CinemaPlus-da "Barbenheimer" fenomenal ajiotaj yaratdı

CinemaPlus-da "Barbenheimer" fenomenal ajiotaj yaratdı"CinemaPlus" premium kinoteatrlar şəbəkəsi tarixi hadisəni qeyd edir – eyni gündə böyük ekranlarda nümayiş olunan "Barbi" və "Oppenheymer" filmləri. Bu kinohadisə ilin ən səs-küylü fenomeninə çevrildi. Tamaşaçılar hər iki filmi eyni gündə qiymətləndirə bilmək üçün bilet alırlar. Onlar "CinemaPlus" kinoteatrlar şəbəkəsinə çəhrayı və qara rəngli geyimlərdə gəlirlər.
Təkcə ilk həftədə Marqo Robbi və Rayn Qoslinq-in rol aldığı "Barbi" dünya üzrə təxminən 530 milyon dollar gəlir əldə edib. "Oppenheymer" ilk həftəsində 265 milyon dollardan çox gəlir əldə etdi. Ancaq kassa baxımından qalibi müəyyən etmək üçün filmləri müqayisə etmək düzgün olmazdı. Çünki "Barbi" dünyada bir çox nəsillərə məlum olan oyuncaq əsasında qurulub və film uşaqlarla rahat izlənilə bilər. "Oppenheymer" isə R reytinqli kimi qiymətləndirilən (17 yaşdan aşağı izləyicilərə valideyn müşaiyəti tələb olunur) fizika haqqında üç saatlıq biopikdir.
Real hadisələr əsasında çəkilən "Oppenheymer" bioqrafik filmi.
Bu hekayə II Dünya Müharibəsi illərində onun rəhbərliyi altında atom bombası yaradılmış amerikalı fizikin həyatından bəhs edir.
Kvant mexanikası və nəzəriyyəsi, eləcə də kosmik şüalar fizikası sahəsində çoxsaylı nailiyyətlərə baxmayaraq, Robert Oppenheymer əsasən ölümcül silahların yaradılması sayəsində bütün dünyada geniş tanındı. Məhz ona görə də əvvəlcə onu ABŞ-da, sonra isə bütün dünyada "nüvə bombasının atası" adlandırılmağa başladılar.
Filmin rejissoru və ssenari müəllifi Kristofer Nolandır.
Baş rolu Killian Merfi canlandırıb, həmçinin Robert Dauni Jr., Emili Blant, Mett Deymon və başqaları da filmdə rol alıblar.
Filmin büdcəsi 100 milyon dollardır.
"CinemaPlus" kinoteatrlar şəbəkəsində film 2 dildə nümayiş olunur: rus və ingilis.

"Mattel" şitkətinin Barbi oyuncaqları seriyası əsasında "Barbi" komediya filmi.
Filmin rejissoru Qreta Qerviqdir. Barbi və Ken rollarını Margo Robbi və Rayan Qoslinq canlandırıblar. Həmçinin rollarda Uvill Ferrell, Emma Makey, Simu Lyu və başqaları çəkilib.

Barbi gözəllik standartlarına uyğun olmadığı üçün "Barbieland"-dən qovulur.
Bundan sonra o, real dünyada yeni həyata başlamaq qərarına gəlir və burada mükəmməlliyə yalnız daxili harmoniya ilə nail ola biləcəyini kəşf edir.
Filmin büdcəsi 145 milyon dollardır.
"CinemaPlus" kinoteatrlar şəbəkəsində film 3 dildə nümayiş olunur: türk, rus və ingilis.

"CinemaPlus" kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1638   Tarix: 01 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

11 avqust
.

Şarovski II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib

9 sentyabr
.

Pikassonun tablosu 1,7 milyon dollara satıldı

İspan rəssam Pablo Pikassonun fotoqraf Dora Maarın portreti Londonda keçirilən hərracda 1,7 milyon dollara satılıb. -a istinadən xəbər verir ki, hərracı "Sotheby's" təşkil edib. 1936-cı ildə çəkilən əsərin ilkin qiyməti 600-800 min funt sterlinq qiymətləndirilsə də, yekunda 1,3 milyo

26 iyun
.

Ceki Çan Bakıya bu səhər gəlib - Dünənki dublyoru imiş

Əfsanəvi aktyor Ceki Çan bu gün səhər saatlarında Bakıya gəlib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, aktyor paytaxtdakı hotellərdən birinə yerləşib və gün ərzində şəhərin görməli yerlərini gəzəcək. Sabahdan etibarən isə Ceki Çan "Tanrının zirehi 4: Ultimatum" beynəlxalq macər

4 avqust
.

"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir

Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə

23 iyul
.

Səbinə İskəndər - akvarel sənətinin inkişafına töhfə verən peşəkar rəssam və kurator

Səbinə İskəndər yerli və beynəlxalq bədii sərgilərin təşkili sahəsində zəngin təcrübəyə malik peşəkar rəssam və kuratordur. O, həm Azərbaycanda, həm də xarici ölkələrdə sərgilənən əsərləri, yaradıcı axtarışları və özünəməxsus bədii üslubu ilə seçilir. xəbər verir ki, akvarel sənətinə xüsusi bağlılığ

17 iyun
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb (FOTO)

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, mill

20 avqust
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18 sentyabr