Peşə təhsili üçün tələbə qəbulu davam edir
Peşə təhsili müəssisələrinə 2023-2024-cü tədris ili üzrə tələbə qəbulu davam edir.
️Peşə təhsili almaq istəyən şəxslər 11 avqust saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməklə "Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu" xidməti vasitəsilə müraciət göndərə bilərlər.
Bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat xidməti Sonxeber.az-a məlumat verib.
Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.
Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Hər müraciətçiyə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
Müraciət edən şəxslərin nəticələri barədə məlumat "Şəxsi kabinetim" bölməsində yerləşdiriləcək, həmçinin onlara nəticələrlə bağlı SMS bildiriş göndəriləcək.
Qeyd edək ki, 28-31 iyul tarixlərində 3 922 şəxs peşə təhsili müəssisələrinə qəbul üçün müraciət edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1908 Tarix: 01 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"NEW MED KLINIKA"da şəfa tapmaq olarmı?
Ölkədə özəl tibb sektorunda şəffaflıq və qanunlara əməl olunması dəfələrlə gündəmə gətirilsə də, bəzi klinikalar görünən odur ki, bu tələbləri açıq şəkildə görməzdən gəlməkdə davam edir. "NEW MED KLINIKA" ilə bağlı daxil olan məlumatlar isə vəziyyətin düşündüyümüzdən daha ciddi olduğunu göstərir.İddialar
27 aprelBakıda 16 dərəcə isti olacaq, rayonlara yağış yağacaq
Bakıda aprelin 28-də hava yağmursuz olacaq, rayonlarda isə qısamüddətli yağıntılar gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qər
27 aprelLeyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı
Leyla Əliyeva instaqram hesabında İsmayıllıya səfərindən fotolar paylaşıb. "Qafqazinfo" xəbər verir ki, o, səfəri çərçivəsində həmçinin İsmayıllı şəhəri Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət edib
27 aprelAlimlərdən sensasion araşdırma: Quşlar tirannozavrların sirrini açır
Tədqiqatçılar müasir heyvanların davranışlarının onların qədim əcdadlarının davranışları ilə oxşar olub-olmadığını sübut etməyə çalışırlar. "The Guardian" nəşrinə istinadən xəbər verir ki, alimlər quşların davranışı barədə məlumatlardan istifadə edərək tirannozavrların düşüncə proseslərin
27 aprelÇoxmərtəbəli binalarda kombi dövrü bitir? - VİDEO
Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnı
26 aprelQar yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Aprelin 28-dən 30-u səhərədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı
27 aprel