Nazirliklə sabiq deputatın bankının məhkəmə çəkişməsi ilə bağlı qərar açıqlandı
Bakı Kommersiya Məhkəməsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Bakı Cihazqayırma Zavodu" MMC-nin "Muğanbank" ASC-yə qarşı iddiasına baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, iddia qismən təmin edilib.
Qeyd: "Bakı Cihazqayırma Zavodu" MMC "Muğanbank" ASC-ni məhkəməyə verərək bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr barədə tələb irəli sürüb.
Xatırlatma: 1941-ci ildə "Azərneft" kombinatının tərkibində "Bakı Alət Zavodu" olaraq yaradılan "Bakı Cihazqayırma Zavodu" MMC 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Nizamnamə kapitalı 137,5 milyon manat olan "Muğanbank" ASC 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Hazırda bankın əsas səhmdarları Munir və Samir Vəliyev qardaşlarıdır. Daha əvvəl "Muğanbank" ASC-nin əsas səhmdarı olan Elmir Mehdiyev bu yaxınlarda bankdakı 74%-lik payından yarısını (37%-ni) Munir Vəliyevə, digər yarısını isə Samir Vəliyevə təhvil verib. Bundan başqa, bankın digər səhmdarı Fəridə Mehdiyeva isə öz səhmlərinin 6%-nin yarısını (3%) Munir Vəliyev, digər yarısını isə Samir Vəliyevə (3%) satıb. Bu ilin əvvəlində "Muğanbank" ASC-nin səhmdarları aşağıdakı kimi olub:
Bankdakı 74%-lik payını satan Mehdiyev Elmir Maqbet oğlu sabiq millət vəkili, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin kürəkənidir. Səhmlərin 10,65 %-nə nəzarət edən Vəliyeva Vəfa isə Əhməd Vəliyevin qızıdır. Digər 2 səhmdar isə Əhməd Vəliyevin qudaları olub.
Onu da qeyd edək ki, Əhməd Vəliyevin qudası Tibb Universitetinin dosenti, biologiya elmləri namizədi Maqbet Mehdiyev ötən ilin noyabr ayında vəfat edib. Bankın yeni səhmdarları Munir və Samir Vəliyevlər isə Əhməd Vəliyevin oğlanlarıdır. Hazırda Əhməd Vəliyev Odlar Yurdu Universitetinin rektoru, böyük oğlu Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, kiçik oğlu Munir Vəliyev isə Odlar Yurdu Universitetinin 1-ci prorektorudur. Onların hər üçün profesordur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1024 Tarix: 03 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
5 oktyabrSevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB
Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə
5 oktyabrBəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olara
5 oktyabrBu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR
Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen
4 oktyabrPensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi
4 oktyabrTarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi
5 oktyabrBakıda tanınmış restoranda biabırçılıq
Bakının Əhmədli qəsəbəsində yerləşən "Boranı Restoran"ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub. Bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb. Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xara
5 oktyabrAzərbaycanda könüllü sığorta bazarı 13 % böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 901,903 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur. Hesabat dövründə könüllü sığorta növləri üzr
3 oktyabr