Xoşqədəmin adından dələduzluq edən şəxsin cəzası azaldıldı
Aparıcı Xoşqədəm Hidayətqızının adından dələduzluq etməkdə təqsirli bilinərək 7 il həbs cəzası verilmiş telekanal əməkdaşı Ayxan Məmmədlinin şikayətinə baxılıb.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, iş üzrə dəymiş ziyanın bir hissəsinin ödənilməsi yumşaldıcı hal hesab olunmalıdır. Bu əsasla A.Məmmədlinin həbs müddəti 1 il azaldılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxs "Xəzər TV"də müxtəlif vəzifələrdə işləyib. A.Məmmədli zərərçəkmişlərə Xoşqədəm Hidayətqızının verilişinə çıxaracağı, sosial evlərdən mənzil almağa kömək etmək, həbsdən adam çıxarmaq, televiza kanallarının təsərrüfat şöbəsində işə düzəltmək kimi yalan vədlər verərək dələduzluq edib. O, bütün işlərdə Xoşqədəm Hidayətqızının ona kömək edəcəyini deyib.
Cinayət işi üzrə X.Hidayətqızı istintaqda ifadə verib, adından deyilənləri təkzib edib. Məlum olub ki, təqsirləndirilən şəxs mərc oyunlarında külli miqdarda pul uduzub, vəziyyətdən çıxmaq üçün bu yola əl atıb.
Ayxan Məmmədli ümumilikdə 11 nəfərin 480 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1080 Tarix: 04 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ailə daxilində tez-tez yaranan münaqişələr nədən qaynaqlanır? - AÇIQLAMA
Ailə daxilində tez-tez yaranan münaqişələr cəmiyyətin ən həssas və aktual problemlərindən biri hesab olunur. İlk baxışda bu qarşıdurmalar məişət qayğıları, maddi sıxıntılar və ya gündəlik anlaşılmazlıqlar kimi görünsə də, mütəxəssislər bildirirlər ki, məsələnin kökündə daha dərin psixoloji səbəblər dayanır
27 aprelVüsalə onlarla qohum oldu
Aparıcı Vüsalə Əlizadə müğənnilər Günel Zeynalova və Tunar Rəhmanoğlu ilə qohum olub. Axşam.az xəbər verir ki, aparıcı bu haqda proqramında deyib. O bildirib ki, ötən gün bacısı qızının xeyir işi olub:. "Bacımın balası, evimizin ilk nəvəsi Firanın elçiliyi oldu. Tanışlıq idi. Hələ gəldilər ailələ
27 aprelÇoxmərtəbəli binalarda kombi dövrü bitir? - VİDEO
Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnı
26 aprelAlimlərdən sensasion araşdırma: Quşlar tirannozavrların sirrini açır
Tədqiqatçılar müasir heyvanların davranışlarının onların qədim əcdadlarının davranışları ilə oxşar olub-olmadığını sübut etməyə çalışırlar. "The Guardian" nəşrinə istinadən xəbər verir ki, alimlər quşların davranışı barədə məlumatlardan istifadə edərək tirannozavrların düşüncə proseslərin
27 aprelBinaların altındakı gizli təhlükə - Bakıda 16 min bina...
Divarların sökülməsi, konstruksiyaya edilən gizli müdaxilələr və sənədlərdə "ev" kimi görünən, amma əslində mağazaya çevrilən mənzillər hər an partlamağa hazır olan bombanı xatırladır. Birinci mərtəbələrdəki divarların aşırılması bütöv bir binanın sütunlarını sarsıdır və on minlərlə insanı
26 aprelQar yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Aprelin 28-dən 30-u səhərədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı
27 aprelMuxtar Babayev: Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qazaxıstanın Astana şəhərində keçirilən Regional Ekoloji Sammit (RES 2026) çərçivəsində erkən xəbərdarlıq və fəlakət riskinin azaldılması üzrə yüksək səviyyəli sessiyaya qatılıb. "Report" xəbər verir ki, M. Babayev b
26 aprel