"Caspian" və "Badam" klinikaları ilə MEDİA arasında anlaşma
Bakıda fəaliyyət göstərən "Caspian International Hospital" və "Badam Medical Center"də Media Reyestrinə daxil edilmiş jurnalistlər və onların ailə üzvlərinə güzəştli xidmət göstəriləcək.
Bakupost.az xəbər verir ki, güzəştlər bu tibb müəssisələri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) arasında bu günlərdə imzalanmış anlaşma memorandumlarına əsasən tətbiq olunacaq.
Anlaşmaya əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlər 2023-cü ilin avqust ayının 1-dən etibarən jurnalist vəsiqəsini təqdim etməklə, "Badam" və "Caspian" klinikalarında göstərilən bütün tibbi xidmətlərdən güzəştlə yararlana biləcəklər. Bundan başqa, klinikalarda jurnalistlər üçün vaxtaşırı əlavə kampaniyalar olacaq, onlar üçün hazırlanmış xüsusi paketlər təqdim ediləcək, "check-up" müayinələr keçiriləcək.
Xatırladaq ki, hər iki tibb müəssisəsində "Cərrahiyə", "Oftalmologiya", "Terapiya", "Diaqnostika" və "Laboratoriya" şöbələri fəaliyyət göstərir ki, bu şöbələrdə ümumilikdə əllidən artıq xidmət sahəsi mövcuddur. Memorandumlar əsasında ediləcək güzəştlər bütün şöbələri əhatə edəcək.
Odur ki, qeyd olunan jurnalistlər və onların ailə üzvləri hər iki tibb ocağında müraciət etdikləri xidmət sahəsi üzrə güzəştlərdən rahatlıqla yararlana biləcəklər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ətin qiyməti ilə bağlı ŞAD XƏBƏR
Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək
Azərbaycanın əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Su qiymətinə alırdıq, indi 100 MANATA SATILIR - VİDEO
İşıq pulunu tam ödəyənlərə niyə yenidən məbləğ yazılır? - SƏBƏBİ BƏLLİ OLDU
Evdən çıxmazdan əvvəl eyvana PLASTİK BUTULKA BAĞLAYIN
Azərbaycanda 12 uşağa görün nə adı qoyulub?
Yağışların müharibə ilə əlaqəsi varmı? - Alimlər nöqtəni qoydular
XƏBƏRDARLIQ! Bakıda güclü külək əsəcək, yağış yağacaq - BU TARİXDƏ
Dollar saxlayanlara şad XƏBƏR
Azərbaycanda bu qədər şəxs birdəfəlik yardım ALACAQ
"WhatsApp"dan YENİLİK - Mesajları tək-tək oxumağa son
Almaxanımla bağlı suala ƏSƏBİLƏŞDİ
May ayının istirahət günləri açıqlandı
Zaur Kamal ümumiyyətlə EFİRDƏ OLMAYACAQ