Vasif Tağıyevin anası: "İnanırıq ki, üçüncü əməliyyata ehtiyac olmayacaq" - VİDEO
"Allaha şükür, Vasif yaxşıdır, normal yemək yeyə bilir. Bəzi tikişləri qalıb, Allahın izni ilə bu həftə onlar da sökülər. İnanırıq ki, üçüncü əməliyyata ehtiyac olmayacaq".
Pravda.az xəbər verir ki, bunu İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı terrorçunun zərərsizləşdirilməsində şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva deyib.
Təranə Tağıyeva oğlu ilə maraqlanan hər bir kəsə təşəkkür edib:
"Prezident İlham Əliyevə Vasifə və Vasifin ailəsinə göstərdiyi diqqət və qayğıya görə öz ailəmiz adından təşəkkür edirəm. Vasifi əməliyyat edən bütün həkim kollektivinə, onun vəziyyəti ilə tez-tez maraqlanan insanlara təşəkkürümüzü bildiririk".
Xatırladaq ki, Vasif Tağıyev iyulun 7-də əməliyyat olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1145 Tarix: 04 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çoxmərtəbəli binalarda kombi dövrü bitir? - VİDEO
Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnı
26 aprelAzərbaycan-Ukrayna əlaqələrinin inkişaf perspektivləri
Azərbaycan və Ukrayna arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq müasir beynəlxalq münasibətlər sistemində diqqətçəkən tərəfdaşlıq modellərindən birinə çevrilmişdir. Bu əlaqələrin inkişafı yalnız iki dövlətin milli maraqlarının uzlaşması ilə deyil, həm də regional və qloba
27 aprelLeyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı
Leyla Əliyeva instaqram hesabında İsmayıllıya səfərindən fotolar paylaşıb. "Qafqazinfo" xəbər verir ki, o, səfəri çərçivəsində həmçinin İsmayıllı şəhəri Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət edib
27 aprelİran və Oman Hörmüz boğazında gəmilərin hərəkətini müzakirə ediblər
İranın xarici işlər naziri Abbas Əraqçi özünün "Telegram" kanalında İranla Oman arasında mövcud olan dostluq münasibətləri çərçivəsində aparılan danışıqlarda Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərin təhlükəsizliyi məsələsi diqqət mərkəzində olduğunu qeyd edib. xəbər verir ki, Abbas Əraqç
27 aprel