Veysəloğlu Şirkətlər Qrupu logistika fəaliyyətinə 80 milyon yatırım edib
Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan iqtisadiyyatı və əhalisi üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmağa çalışır.
Şirkətlər Qrupunun ən son texnologiyalar əsasında fəaliyyət göstərən logistikamərkəzi istehlakçıların keyfiyyətli, təhlükəsiz qida ilə təmin edilməsinə xidmət göstərir.
54 min kvadrat metr ərazisi, 500-ə qədər yük nəqliyyat vasitəsi və2500-dən artıq əməkdaşı ilə "AVT Logistics" MMCQrup şirkətlərinə logistika xidmətləri göstərir.
Logistika mərkəzi gündəlik tələbat məhsullarınıminimal xərclə pərakəndə satış nöqtələrinə çatdırılmasını təmin edir.
Mərkəzin əməliyyatlar üçün tam hazır vəziyyətə gətirilməsinə ümumilikdə 80 milyon manat investisiya yatırımı edilib.
Sərmayənin 10 milyon manatlıq hissəsi Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu, digər hissəsi isə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Almaniya İnvestisiya Fondu (DEG), PaşaBank vəVeysəloğlu Şirkətlər Qrupununöz vəsaiti hesabına maliyyələşdirilib.
Cəmiyyəti təmiz, sağlam və keyfiyyətli gündəlik istehlak malları ilə təmin etmək öhdəliyini qarşısına məqsəd qoyan Veysəloğlu Şirkətlər Qrupu bu sahədə təşəbbüslərini davam etdirərək yeni soyuq anbarın da fəaliyyətə başlamasına nail olub. Yeni soyuq anbar Bakı şəhəri
yaxınlığındakı Məmmədli qəsəbəsi ərazisində yerləşir.
Soyuq anbar layihəsinin həyata keçirilməsi üçün 25 milyon manatdan çox investisiya yatırılıbdır.
Bura, məhsulların düzgün temperaturda və xarici görünüşü, keyfiyyəti pozulmamış, soyuq zəncir prinsiplərinə əməl olunmaqla keyfiyyətli çatdırılması və yollarda gedilən məsafəni azaltmaq üçün 55 ədəd üç temperaturlu yük avtomobillərinə yatırılan sərmayə də daxildir.
Yeni soyuq anbar 10,000 m2 sahəyə malikdir. Bu mərkəzin istifadəyə verilməsi bütün dondurulmuş, təzə ət və süd məhsullarının, həmçinin meyvə-tərəvəzin təravətli saxlanılmasına xidmət edir. Məhsulların mükəmməl şəraitdə saxlanılması üçün temperatur və rütubət avtomatik tənzimlənir və istənilən yayınma halında mobil xəbərdarlıq sistemi vasitəsilə bu barədə dərhal məlumat almaq mümkündür.
"Mərkəzim vasitəsilə soyuq əməliyyatlar üzrə həftənin 7 günü ərzində 5,000-ə qədər nöqtəyə xidmət göstərilir. Yeni iş yerilərinin açılması isə müasir logistika mərkəzinin yaradılması ilə əldə edəcəyimiz ən önəmli nəticələrdən biridir. Yeni iş yerlərinin yaradılması yerli istedadların peşəkar mütəxəssis kimi yetişdirilməsi, onların karyeralarını qurması və müasir logistik əməliyyatları reallaşdırmaq üçün inkişafına zəmin yaradır. Biz vahid və xərclər baxımından
sərfəli olan logistika mərkəzimiz vasitəsilə müştəri bazamızı yerli və beynəlxalq təchizatçılar üçün əlçatan edəcəyik. Bu anbar yalnız məhsulların təravətli saxlanılmasına deyil, eyni zamanda ərzaq təhükəsizliyinə xidmət edir",-deyə "AVT Logistics" MMC-nin icraçı direktoru Anar Adilzadə qeyd edib.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1132 Tarix: 04 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...
"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"
4 oktyabrSürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd
5 oktyabrBəzi yollarda sürət həddi bərpa olundu
Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olara
5 oktyabrŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
4 oktyabrAzərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha
4 oktyabrOktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə
4 oktyabrPensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR
Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi
4 oktyabrAzərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
3 oktyabr"Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
5 oktyabr