Siçovulların oynağı "Park Azure"dan müharibə veteranının anasına qarşı HÖRMƏTSİZLİK - FOTO

Siçovulların oynağı "Park Azure"dan müharibə veteranının anasına qarşı HÖRMƏTSİZLİK - FOTOBakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində "Yeni Həyat Şirkətlər" Qrupunun inşaa etdiyi "Park Azure" Yaşayış Kompleksində komunal xərcləri ödəməyən sakinlərin liftdən sitifadəsinə məhdudiyyət qoyulub. Sözügedən binada mənzilinə çıxışı üçün liftə məhdudiyyəti tətbiq edilən şəxslərdən biri də Arzu Əliyevadır.

Arzu Əliyeva Qaynarinfo-ya açıqlamasında "Park Azure" yaşayış kompleksində başına gətirilən oyunlardan və sahibkarın qanunsuz əməllərinə göz yuman dövlət qurumlarından danışıb:

"Mən iki otaqlı mənzilimi satıb, sözügedən binada ilkin ödəniş etməklə ipoteka ilə mənzil sahibi olmuşam. "Park Azure" yaşayış kompleksində əvvəl hər şey normal idi və sonradan burada çox ciddi problemlər başladı. Binada avtomobil qarajları üçün nəzərdə tutulan yerlər sökülərək, ofislərlə əvəzləndi. Tikinti və yanğın təhlükəsizliyi normalarına riayət edilmədən qanunsuz addımlar atılmaqda davam etdi. Səsini çıxaran, haqqını, hüququnu tələb edən vətəndaşları müxtəlif yollarla, hədə-qorxu gələrək susdurmağa çalışırlar. Halbuki, biz ora köçürüləndə binada sakinlər üçün yüksək şərait nəzərdə tutulmuşdu. Sənədləri də buna görə imzaladıq. Adı "Park Azure"dır. Amma uşaqların və böyüklərin həyətə dincəlmələri üçün nə park var, nə həyət var. Həyətin ortasında da tikinti aparılıb. Əslində buranın adı "Park Azure"a yox "Babək Azure" olmalıdır. Avtomobil dayanacağı üçün nəzərdə tutulan yerlər ofis olub və həmin yerlər yüksək məbləğdə icrayə verilir. Problemlər də elə burdan başlayır".

Arzu Əliyeva iddia edib ki, hazırda mənzillərə giriş-çıxış üçün istifadəyə verilən liftlərdən sözügedən qanunsuz tikilən ofislərin işçiləri də istifadə edir:

"Nəticədə mənzillərimizə qalxıb-düşmək üçün liftdən istifadə çətinləşib. Çünki, bir liftə minmək üçün ən azı 15 dəqiqə vaxt lazımdır. Yəni gözləməlisən ki, ofis işçiləri nə vaxt lifti boşaladacaq. Bu bina sakinləri ilə "Park Azure" Yaşayış Kompleksini idarə edənlər arasında ciddi narazılığa səbəb olu"r.

Digər bir tərəfdən Arzu Əliyeva əlavə edib ki, "Park Azure" Yaşayış Kompleksində liftdən istifadə və təmizlik üçün aylıq 104 manat tələb edilir:

"Mən bu kommunal ödənişi etməyə hazıram. Bilirəm ki, binanın ümumi əmlakının saxlanması üçün aylıq xərc lazımdır və bu da qanunvericilik çərçivəsində tənzimlənməlidir. Amma mənə bildirilsin ki, sözügedən vəsait necə hesablanıb, necə formalaşır və "Park Azure" Yaşayış Kompleksinin rəhbərliyi yığılan pulu nəyə xərcləyir? Bunun hesabatını bizə verən yoxdur. Əksinə, liftlərə qanunsuz quraşdırılan kartı pulla satıblar. İstədikləri vaxt lifti dayandırır, açırlar. Nəyə görə bu qanunsuzluğa dövlət qurumları göz yumur? Vətəndaşa göstərilən qərəzli mövqedən belə başa düşülür ki, ölkəmizdə sahibkar nəyi necə istəyir, elə də edə bilər. Mənzilin sahibi mənəm, onlar deyil. Əgər onlardırsa, gətirib verdiyim pulları qaytarsınlar. Mən gedib başqa yerdə yaşayım. Kirayədə qalmıram, evimdə qalıram. Liftdən bütün günü müxtəlif işlər üçün istifadə edilir. Yuxarıda sadaladığım kimi, bizim nə parkımız var, nə həyətimiz. Üstəlik binada anisanitariya höküm sürür. Binanı siçovullar basıb. Burda uşaqlar kiçik bir həyətdə ölən siçovullara əl vururlar. Bu ki infeksiyadır. Binanın padvalı belə icarəyə verilib. Orada çörək sexi açılıb".
Siçovulların oynağı "Park Azure"dan müharibə veteranının anasına qarşı HÖRMƏTSİZLİK - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1674   Tarix: 05 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Toylarda MENYU DƏYİŞİR: Qutab, kabab, plov, ləvəngi, balıq, tort...

"XX əsrin toy adət-ənənələri ilə XXI əsrdə keçirilən toylar arasında ciddi fərqlər var. Əvvəllər məclislərdə şabaş atmaq və pul nümayiş etdirmək geniş yayılmışdı. İndi isə bu ənənə, demək olar ki, aradan qalxıb. Hazırda isə insanlar öz imkanlarını başqa formada nümayiş etdirməyə çalışırlar"

4 oktyabr
.

Sürücülər üçün sığorta haqları ARTACAQ? - Ekspertdən AÇIQLAMA

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığortası üzrə yığımların 10,7 faiz, sığorta ödənişlərinin isə 20,2 faiz artması avtomobil sığortası bazarında ödənişlərin daha sürətli yüksəldiyini göstərir. Ödənişlərin yığımlardan daha sürətlə artması sığorta şirkətlərinin maliyyə yükünə və gələcəkd

5 oktyabr
.

Bəzi yollarda sürət həddi bərpa olundu

Yağışlı hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə -a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, oktyabrın 3-də müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olara

5 oktyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha

4 oktyabr
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

4 oktyabr
.

Pensiyaçılara və aztəminatlı ailələrə ŞAD XƏBƏR

Azərbaycan dövlət büdcəsinin əsas prioritetləri yenidən insan kapitalına və sosial rifaha köklənib. Gələn ilin büdcə xərclərinin 44 faizinin sosialyönümlü tədbirlərə sərf olunması təkcə maliyyə rəqəmi deyil, eyni zamanda ölkənin sosial siyasətində mühüm bir addımdır. Bu addım minlərlə şəhid ailəsi, qazi

4 oktyabr
.

Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur

3 oktyabr
.

"Neptun"dakı endirim narazılıq yaratdı - Foto

"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını

5 oktyabr