Çimərlik oğrularından necə qorunmalı?

Çimərlik oğrularından necə qorunmalı?Külək imkan verəndə Bakı çimərlikləri istirahətə gələnlər, günəş vannası qəbul edənlər, üzmək, əylənmək istəyənlərlə dolu olur. Ancaq istirahət edərkən şəxsi əşyalara diqqət yetirmək lazımdır, çünki çimərliklərdə oğurluq geniş yayılıb.

Təbii ki, xoş istirahətdən sonra "paltarsız" qalmamaq üçün qiymətli əşyaları harada gizlətmək barədə əvvəlcədən düşünmək daha yaxşıdır. Çünki, cibgirlər və oğrular çimərliklərə potensial "yem mənbəyi" kimi baxırlar. Polis hər il çimərliklərdə oğurluq hadisələri ilə bağlı onlarla məlumat alır. Amma zərərçəkənlərin ümumiyyətlə, hamısının polisə müraciət edib-etmədiyi məlum deyil. Oğrular adətən şəxsi əşyaları, pulları və ya ağıllı cihazları oğurlayırlar. Bir qayda olaraq, oğurluğun qurbanları çimərlikdə əşyalarını unudan və ya nəzarətsiz qoyan insanlardır.

Dünya çimərlikləri də sığortalanmayıb

Bəs insanlar əşyalarının oğruların şikarına çevrilməməsi üçün nə etməlidirlər? Tərtəmiz firuzəyi suları, qızılı qumları ilə dünya turistlərini cəlb edən İtaliya çimərlikləri də oğrulardan sığortalanmayıb. Bu ölkədə turistlərə və yerli sakinlərə əsasən ödənişli çimərliklərdə çimməyi məsləhət görürlər. Çünki ətrafda xeyli miqrant vurnuxur... Estoniyanın rəsmi çimərliklərində adətən xilasedicilər olur. Lakin onların səlahiyyətlərinə oğruları izləmək və saxlamaq daxil deyil. Xilasedicilər şəxsə irad bildirə və lazım gələrsə, polis patrulu çağıra bilərlər. Çimərliyə gələnlər oğrunu özləri görsələr, polisə müraciət etməlidirlər. Ölkədə oğurluğa qarşı profilaktik tədbir olaraq suya davamlı çantalardan istifadə edirlər ki, onlara həm pul, həm də telefon qoymaq olur. Əgər heç bir seçim yoxdursa, tətilə gələnlər qoruyucu çantada əşyaları özləri ilə suya apara bilirlər. Məsələn, qadjetlər üçün xüsusi qoruyucu örtüklər bilək və ya boyun nahiyəsinə yapışdırılır. Satışda qumda basdırmaq üçün əlverişli olan seyflər də var. Avtomobili ilə çimərliyə gələnlərə əşyalarını maşının içərisində görünməyən yerdə saxlamaq məsləhət görülür. Əşyaları saxlamaq üçün ağlagəlməz yerlərdən istifadə edənlər də az deyil. Məsələn, telefonu uşağın nahar yeməyinin qutusuna, pulu isə köhnə günəş kremi şüşəsinə qoyanlar, bəzi qiymətli əşyaları körpə bezində gizlədənlər də var. Təcrübəli insanlar ən qiymətli əşyaları qoruyucu çantaya qoyduqdan sonra sadəcə basdırırlar. "Çantanı basdırın, üstünə çimərlik dəsmalı, flip-flop və ya başqa bir şey qoyun. Heç kim qiymətli bir şey axtarmaq üçün sahili qazmayacaq. Yaxşı olar ki, "dəfn" yerini bir sıra digər tanınma işarələri ilə – sütun, skamya, kabin, daş və s. ilə işarələyin", - deyə Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları məsləhət görürlər.

"Gözəgörünməz" olmaq məsləhət görülür

Çimərlikdə oğurluqdan qorunmağın başqa bir profilaktik üsulu "gözəgörünməz" olmaqdır. Yəni, çimərlik oğruları bir insanın xarici görünüşünə baxır və nə qədər varlı olduğunu - riskə getməyin onlar üçün sərfəli olub- olmadığını qiymətləndirirlər. Brend markaların paltarları və ayaqqabıları, bahalı zinət əşyaları və aksesuarları olan insanlar özlərinə diqqət çəkirlər.

"İnsanlar ehtiyatlarını saxlamalıdırlar"

Təhlükəsizlik üzrə ekspert Elmar Nurullayev çimərliklərdə oğurluq hallarının olduğunu təsdiqləyir: "İnsanlar çimərliyə gəlir və öz qiymətli əşyalarını - mobil telefonunu, pul qabını və s. nəzarətsiz qoyurlar. Bu zaman təbii ki, oğurluq halları baş verir. Xidmət olan çimərliklərdə istirahətə gələnlər qiymətli əşyalarını təhvil verirlər".

Ekspert məsləhət görür ki, insanlar özləri ehtiyatlarını saxlamalıdırlar. Onlar qiymətli əşyalarını nəqliyyat vasitələrinin içərisinə, görünməyən yerə qoya bilərlər ki, diqqəti cəlb eləməsin: "Oğurluğu qarşısına məqsəd qoyan adamlar nəzarətsiz əşyaları oğurlamaq fürsətini əldən verməyəcəklər. Burada əsas məsuliyyət vətəndaşların üzərinə düşür. Təbii ki, həmin ərazilərdə xidmətdə olan polislərin, xilasedicilərin diqqətini çəkəndə tədbir görürlər. Yaxşı olar ki, vətəndaşlar şübhələndikləri şəxsləri görəndə vaxtında məlumat versinlər. Bu, nisbətən vəziyyətin qarşısının alınmasına kömək edər".

"Bir daha vətəndaşlarımızdan xahiş edirik ki..."

Daxili İşlər Nazirliyinin (DİN ) polislərin çimərliklərdə gücləndirilmiş iş rejiminə keçməsi ilə bağlı məlumatı da, təbii ki, baş verən analoji hadisələrin qarşısını almağa və insanların təhlükəsizliyinə yönəlib. "Vətəndaşlarımızın təhlükəsizliyinin, onların rahat istirahətinin təmin edilməsi daxili işlər orqanları əməkdaşlarının daim diqqət mərkəzindədir", - deyə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov sualımıza cavab olaraq bildirdi: "Həftə sonu vətəndaşlarımızın çimərlik zonaları istiqamətinə kütləvi hərəkətini nəzərə alaraq həmin ərazilərdə polis əməkdaşları tıxacların yaranmaması üçün avtomobillərin hərəkətini tənzimləyir, istirahətdə olan vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün gücləndirilmiş iş rejimində xidmət aparırlar. Təəssüf ki, bəzən vətəndaşlarımız çimərlik zonalarında şəxsi əşyalarını - pul, bank kartları və mobil telefonlarını nəzarətsiz qoyurlar. Ümumiyyətlə, oğurluq hadisələri ilə bağlı daxil olan müraciətlərlə əlaqədar dərhal müvafiq araşdırmalara və əməliyyat-axtarış tədbirlərinə başlanılır".

DİN rəsmisi vətəndaşlara səslənərək onları ayıq-sayıq olmağa çağırdı: "Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, istirahət zonalarında pul və qiymətli əşyalarını nəzarətsiz saxlamasınlar, hansısa neqativ halla üzləşsələr dərhal ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat versinlər". ("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1041   Tarix: 05 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021