"Neftçi" "Beşiktaş"la keçiriləcək oyun ərəfəsində azarkeşlərə müraciət edib

"Neftçi" "Beşiktaş"la keçiriləcək oyun ərəfəsində azarkeşlərə müraciət edibNeftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyənin "Beşiktaş" klubu ilə Bakıda keçiriləcək ilk oyun ərəfəsində azarkeşlərə müraciət edib.

BAKU.WS xəbər verir ki, Azərbaycan təmsilçisi bununla bağlı bəyanat yayaraq, hər iki komanda azarkeşlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması və oyun zamanı onlar arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görüləcəyini vurğulayıb.

Qeyd olunub ki, görüşə olan böyük marağı nəzərə alaraq, "Neftçi Arena"da baş tutacaq qarşılaşmada İstanbul klubunun azarkeşləri üçün xüsusi sektor ayrılacaq:

"Beşiktaş" azarkeşləri bu sektora bilet əldə etmək üçün qeyd edilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdır. "Neftçi" azarkeşləri üçün nəzərdə tutulacaq digər sektorlarda isə təhlükəsizlik məqsədilə İstanbul klubunun forması və ya digər atributunu daşıyan azarkeşlərin, o cümlədən, "Neftçi"yə aid olmayan, digər komandalara məxsus atributları daşıyan azarkeşlərin oyunu izləməsi məhdudlaşdırılacaq.

Belə hallara rast gəlindikdə həmin şəxslər dərhal təhlükəsizlik əməkdaşları tərəfindən stadiondan çıxarılacaqlar. "Neftçi" PFK olaraq azarkeşlərin təhlükəsizliyi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq".

Qeyd edək ki, avqustun 10-da keçiriləcək "Neftçi" – "Beşiktaş" matçının biletləri bu gün "itikcet.az" saytında satışa çıxarılacaq.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 882   Tarix: 08 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elvin Cəfərquliyev İngiltərə Premyer Liqasında?

"Qarabağ"ın və Azərbaycan millisinin cinah müdafiəçisi Elvin Cəfərquliyev sosial şəbəkə hesabında diqqətçəkən foto paylaşıb. Qaynarinfo xəbər verir ki, hazırda Ağdam təmsilçisinin heyətində Avstriyanın Zaltsburq şəhərində təlim-məşq toplanışında olan istedadlı futbolçu asudə vaxtında çəkilmi

30 iyun
.

Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi

DÇ-2026-nın 1/16 finalında keçirilən Kolumbiya - Qana matçının (1:0) ən yaxşı oyunçusu açıqlanıb. "Qafqazinfo" FİFA-ya istinadən xəbər verir ki, bu, Kolumbiya yığmasının futbolçusu Luis Dias olub. Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi görüşə start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzləni

4 iyul
.

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə daha iki yoxlama oyunu keçirəcək. Qaynarinfo-nn məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk olaraq Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-d

1 iyul
.

DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda

Futbol üzrə dünya çempionatında Argentina Kabo Verdeni çətinliklə məğlub edərək 1/8 finala yüksəlib. Qaynarinfo-nun məlumatına görə, Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında "tanqoçular" 3:2 hesablı qələbəyə seviniblər. Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb

4 iyul
.

Qurban Qurbanov: "Bir neçə gün vaxtımız olsaydı..."

"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışı pis keçməyib. Qaynarinfo xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib. Mütəxəssis keçirdikləri iki yoxlama oyunu barəsində danışıb:. "Bu gün iki oyun keçirdik. "Xarkov"l

2 iyul
.

DÇ-2026: Portuqaliya və İapaniya 1/8 finalda

Futbol üzrə dünya çempionatı davam edir. Bu gecə 1/16 finalın daha 2 qarşılaşması baş tutub. Qaynarinfo-nun məlumatına görə, Los-Anceles stadionunda keçirilən günün ilk oyununda İspaniya Avstriya üzərində 3:0 hesablı qələbə qazanıb. Mikel Oyarsabal (36, 89) və Pedro Porro (66) fərqlənən futbolçular olublar

3 iyul
.

"UFC Fight Night Baku": Fərman Həsənov amerikalı rəqibini məğlub etdi

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində növbəti təmsilçimiz oktaqona çıxıb. xəbər verir ki, yarımorta çəki dərəcəsində təmsilçimiz Fərman Həsənov (77.33 kq) ABŞ təmsilçisi Erik Nolanla (77.33 kq) qarşılaşıb. O, ABŞ-dən olan rəqibinə hakimlərin yekdil qərarı nəticəsində qalib gəlib

27 iyun
.

Klopp Almaniya yığmasının baş məşqçisi olacaq

Almaniyalı mütəxəssis Yurgen Klopp futbol üzrə Almaniya millisinə rəhbərlik edəcək. "Report" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində bildirib. Onun sözlərinə görə, uzunmüddətli müqavilənin detalları hələ müzakirə olunur, lakin prinsipia

5 iyul
.

"Qarabağ"ın hücumçusu "Seltik"də?

Şotlandiyanın "Seltik" klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır. Klubun maraq dairəsinə düşən futbolçulardan biri də "Qarabağ"da çıxış edən kolumbiyalı hücumçu Kamilo Durandır. Qaynarinfo bu barədə Şotlandiya mediasına istinadən xəbər verir. Məlumatd

3 iyul