Konfrans Liqası: "Sabah" "Partizan"ı, "Neftçi" "Beşiktaş"ı qəbul edəcək

Konfrans Liqası: "Sabah" "Partizan"ı, "Neftçi" "Beşiktaş"ı qəbul edəcək"Sabah" və "Neftçi" klubları bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya "Partizan"ı ilə qarşılaşacaq. "Bank Respublika Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.

"Ağ-qaralar" isə bu raundun ilk duelində Türkiyə nəhəngi "Beşiktaş"ı sınağa çəkəcək. "Neftçi Arena"da oynanılacaq görüşün start fiti saat 21:00-da veriləcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.

UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
10 avqust

20:00. "Sabah" (Azərbaycan) - "Partizan" (Serbiya)
Baş hakim: Giorgi Kruaşvili (Gürcüstan)
"Bank Respublika Arena"

21:00. "Neftçi" (Azərbaycan) - "Beşiktaş" (Türkiyə)
Baş hakim: Lukas Fandrix (İsveçrə)
"Neftçi Arena"

Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 17-də baş tutacaq./BAKU.WS


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 726   Tarix: 10 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakı-Xankəndi velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur

Bakı-Xankəndi Velosiped Yarışının mükafat fondu 50 min avrodan çoxdur. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında bildirib

9 may
.

"Çelsi"dən Xabi Alonso ilə bağlı qərar

"Çelsi" klubu rəsmi saytı vasitəsilə Xabi Alonsonun komandanın yeni baş məşqçisi vəzifəsinə təyin olunduğunu elan edib. xəbər verir ki, ispaniyalı mütəxəssis iyulun 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq. Alonso ilə imzalanmış müqavilənin müddəti dörd il təşkil edir. "Onun bu təyinat

17 may
.

"Real Madrid" azarkeşləri üçün Kilian Mbappe ilə bağlı GÖZLƏNİLMƏZ XƏBƏR

"Real Madrid" futbol klubunun fransalı hücumçusy Kilian Mbappe İspaniya çempionatının 35-ci turu çərçivəsində "Barselona"ya qarşı keçiriləcək səfər oyununun iştirak ərizəsinə daxil edilməyib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, daha əvvə

10 may
.

Final günü: Azərbaycan Kubokunun qalibi müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Kubokunun final matçı baş tutacaq. Qaynarinfo-nun məlumatına görə, Misli Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Sabah" komandası "Zirə" ilə münasibətləri aydınlaşdıracaq. FIFA referisi Elçin Məsiyevin idarə edəcəyi görüş saat 20:00-da, "Palm

13 may
.

Rafael Ağayev 13-cü dəfə əməliyyat olundu - Foto

Tanınmış karateçi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev 13-cü dəfə əməliyyat olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə idmançı özü instaqram hesabında paylaşım edib. R.Ağayev bildirib ki, 5-ci dəfə dizindən əməliyyat edilib

21 may
.

"Barselona" "Real"ı udub çempion oldu - Yenilənib

İspaniya çempionatının 35-ci turunda "El Klasiko" baş tutacaq. "Qafqazinfo" xəbər verir ki, "Barselona" və "Real" "Nou Kamp"da üz-üzə gələcək. Matçın start fiti saat 23:00-da veriləcək. "Barselona" bu matçda qalib gələrsə, çempionluğunu rəsmiləşdirəcək

11 may
.

Roland Hofer: "Bakı-Xankəndi velosiped yarışında komandalar 4 qitəni əhatə edir"

Bakı-Xankəndi velosiped yarışında komandalar 4 qitəni əhatə edir. "Report"un məlumatına görə, bunu Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının texniki direktoru Roland Hofer mətbuat konfransında bildirib. O, yarışa son hazırlıqları dəyərləndirib:. "Çox xoşbəxtəm ki, yenidən qayıtmışı

9 may
.

"Qarabağ"ın daha 2 rəqibi bəlli oldu

Növbəti mövsüm Avropa Liqasında ölkəmizi təmsil edəcək "Qarabağ"ın daha iki potensial rəqibi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, bunlar Serbiyanın "Voyvodina" və Rumıniyanın "Universitatya Kluj" klublarıdır. Bundan əvvəl də Ağdam klubunun 3 rəqibi bəlli olmuşdu

20 may
.

Elvinin "Qarabağ"ın tədbirinə çağırılmaması müzakirə yaratdı - Yola salınır?

"Qarabağ" klubunun rəhbərliyi ötən gecə məşqçilər heyəti və komanda üzvləri ilə görüş keçirib. "Qafqazinfo" xəbər verir ki, görüşdə əsasən komandanın bu mövsüm Çempionlar Liqasındakı uğurları müzakirə olunub. Maraqlıdır ki, ÇL-dəki uğurlarda böyük əməyi olan, intizamsızlığına gör

20 may