Konfrans Liqası: "Neftçi" Bakıda "Beşiktaş"a məğlub olub
"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi doğma arenasında Türkiyə klubu "Beşiktaş"ı qəbul edib.
Bakılılar "Neftçi Arena" adı altında doğma stadionunda keçirdiyi ilk görüşə uğurlu start verə bilməyib. Artıq 14-cü dəqiqədə istanbullular hesabı açıblar. Vensan Abubakar qapıçı ilə təkbətək şansı qaçırmayıb. Cəmi 9 dəqiqə sonra ev sahibləri ikinci dəfə mərkəzə dəvət olunublar. Bu dəfə Cekson Muleka yaxın məsafədən dəqiq zərbə ilə adını tabloya yazdırıb.
"Beşiktaş" fasilədən sonra da üstünlüyünü davam etdirib. 62-ci dəqiqədə Salih Uçan komandasının üçüncü qoluna imza atıb. 79-cu dəqiqədə isə "Neftçi" qollardan birinin əvəzini çıxıb. Kilan Lebon hesab arasındakı fərqi azaldıb. Bu, həm də qarşılaşmada vurulan son qol olub və "Neftçi" Bakıda "Beşiktaş"a 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 17-də İstanbulda olacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1003 Tarix: 10 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə şikayət edib
Təcrübəli mütəxəssis Joze Mourinyo Türkiyəni Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. xarici mediaya istinadla xəbər verur ki, portuqaliyalı mütəxəssis buna səbəb kimi "Fənərbaxça" da işlədiyi zaman ona verilən cəzaları əsas gətirib. O, İstanbul klubunda çalışarkən TFF tərəfindən tətbi
4 iyun"Sabah" futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb
"Sabah" futbolçusu Cesse Sekidika ilə yollarını ayırıb. Klubdan "Report"a verilən məlumata görə, nigeriyalı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsinin müddəti yenilənməyib. Cesse Sekidika "Sabah"ın tarixində mühüm rol oynamış futbolçulardandır. O, "bayquşlar"ı
31 may"Beşiktaş"ın yeni baş məşqçisinin adı açıqlandı - RƏSMİ
"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İstanbul təmsilçisi Vinçenzo İtalyano ilə müqavilə imzalayıb. İtaliyalı mütəxəssislə sazişin müddəti 2027/28 mövsümünün sonuna kimi nəzərdə tutulub. Qeyd edək ki, Vinçenzo İtalyanonu
7 iyunToral Bayramov 3 dünya ulduzu ilə komanda yoldaşı ola bilər (FOTO)
Qardaş ölkənin köklü klublarından olan və yeni mövsümdə iddialı heyətlə çempionluq hədəfləyən "Bursaspor" heyətini gücləndirmək üçün çalışmalara başlayıb. Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, "yaşıl-ağlar"ın transfer siyahısına dünya şöhrətli üç təcrübəli hücumçunu
26 mayAzərbaycan millisi Maltaya qarşı
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxlama oyununa çıxacaq. "Qafqazinfo" xəbər verir ki, Ayxan Abbasovun komandası Malta ilə qarşılaşacaq. Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-d
5 iyunMeydanda 2-ci dəfə ürəyi dayanan - Eriksenin son durumu
Danimarka milli komandasının həkimi Morten Boesen ötən gün Ukrayna ilə matçda huşunu itirərək yerə yıxılan və xəstəxanaya aparılan futbolçu Kristian Eriksenin vəziyyəti ilə bağlı açıqlama verib. "Qafqazinfo" xəbər verir ki, o, futbolçunun durumunun yaxşı olduğunu bildirib. "Bu səhər Kristianl
8 iyunAddai məşhur İtaliya klubunda oynaya bilər
"Qarabağ"dan ayrılan sol cinah hücumçusu Emmanuel Addai karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. -a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu İtaliyanın "Boloniya" klubunun diqqətini cəlb edib. Hazırda dəyəri 1.50 milyon avro olaraq göstərilən Emmanuel Addai A Seriyas
27 may"Zirə"nin futbolçusu əməliyyat olundu
"Zirə"nin futbolçusu Enrike Kustodio 6-8 ay yaşıl meydanlardan uzaq qalacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun paylaşımında bildirilib. Qeyd edilib ki, buna səbəb onun ön çarpaz bağından əməliyyat olunmasıdır. Əməliyyatın müdafiəçinin vətəni Braziliyada baş tutduğu açıqlanı
1 iyun