Vidadi Rzayev: "Qarabağ" və "Sabah"ın şansları bərabərdir, "Neftçi"nin işi isə çətin görünür"

Vidadi Rzayev: "Qarabağ" və "Sabah"ın şansları bərabərdir, "Neftçi"nin işi isə çətin görünür""Qarabağ" və "Sabah"ın şansları bərabərdir, "Neftçi"nin işi isə çətin görünür".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vidadi Rzayev yerli klubların avrokuboklardakı çıxışını dəyərləndirərkən deyib.

Əvvəlcə Ağdam təmsilçisinin Bakıda Finlandiya HİK-inə 2:1 hesabı ilə qalib gəldiyi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununa toxunan 56 yaşlı mütəxəssis hələ heç nəyin həll olunmadığını bildirib: "Hələ "Rakuv"la oyundan öncə "Qarabağ"la bağlı proqnoz verdim, səhv çıxdı. HİK-i evdə 2:1 hesabı ilə udublar, nə deyəcəyimi bilmirəm (gülür). Qələbəyə baxmayaraq, hələ də şansları bərabər görürəm".

O, "köhlən atlar"ın oyununda eniş hiss olunduğunu söyləyib: "Bu da bəzi oyunçuların gedişi, onların yerinə yeni futbolçuların gəlişi ilə bağlıdır. Uyğunlaşma prosesi üçün bir az vaxt lazımdır. Mənə elə gəlir ki, "Qarabağ" bu mövsüm də çempion olmaq üçün çox əziyyət çəkməyəcək. Əsas rəqibi "Sabah" olacaq. Hələlik "Neftçi"nin adını çəkmək istəmirəm. Çünki başları transfer məsələlərinə qarışıb. "Sabah" isə komplektləşmiş komandadır, "Qarabağ"a başağrı ola bilər".

"Sabah"ın evdə Serbiya "Partizan"ını iki cavabsız qolla məğlub etdiyi UEFA Konfrans Liqasının ilk görüşündən də söz açan Rzayev Bakı klubunun pley-offa adlayacağına inanır: "Əvvəlki raundun RFŞ-lə cavab oyununda çox əziyyət çəkdilər. Azlıqda qalmasına baxmayaraq, ilk qolu rəqib vurdu. "Sabah"ın futbolçuları yalnız matçın sonlarına doğru iki dəfə fərqlənib qələbə qazandılar. Düşünürdüm ki, "Partizan"la görüşdə də belə oynasalar, mərhələni rəqib keçəcək. Lakin "Sabah" Serbiya təmsilçisinə qarşı əla təsir bağışladı. Düzdü, "Partizan"ın baş məşqçisi hələ də pley-offa onların adlayacaqlarına ümid edir. Amma inanmıram ki, "Sabah" səfərdə iki top fərqi ilə məğlub olsun. Uduza bilər, lakin minimal hesabla".
Təcrübəli mütəxəssisin fikrincə, Konfrans Liqasının III təsnifat mərhələsinin birinci oyununda Bakıda Türkiyə "Beşiktaş"ına 1:3 hesabı ilə uduzan "Neftçi"nin işi daha çətindir: "Hesab edirəm ki, evdə uduzmaqla növbəti mərhələ şanslarını itirdilər. Səfərdə iki top fərqi ilə qalib gəlmələri mümkünsüz görünür. Düzdür, futbolda hər şey olur. Amma inanmıram. Heyətdə oyunçu çatışmazlığı var. Bunu özləri də bilirlər. Normal hücumçuları yoxdur. Premyer Liqanın ilk turunda "Kəpəz"ə uduzdular. Gəncəlilərin qələbəsinə kölgə salmaq istəmirəm. Amma "Neftçi" həmin vaxt Türkiyə klubu ilə oyuna hazırlaşırdı. Hələlik sıx qrafikə uyğun oynaya bilmirlər".

O, "Neftçi"də hələ də iki bərabər səviyyəli heyətin formalaşmadığını düşünür: "O vaxtdan vəziyyət eynidir. İki heyət qura bilmirlər. Birinci heyəti yığırlar, oyunçu dəyişikliyi üçün əvəzedicilərdən də 3-4 yerli futbolçu tapırlar. Eyni və ya aparıcı oyunçulardan bir az aşağı səviyyəli futbolçular tapa bilmirlər. İddialı klublar yerli çempionatda bir, avrokuboklarda digər heyətlə oynayırlar. Bir ara "Qarabağ" belə edirdi. Hətta çempion da olurdu. İndi isə vəziyyət dəyişib. Komandalar güclənib, hamı çempionluq, avrokuboklar uğrunda mübarizə aparır. Bu gün "Neftçi"də əsas heyət üzvlərini əvəzləyə biləcək ehtiyat qüvvə yoxdur".

Qeyd edək ki, Azərbaycan klubları cavab oyunlarını avqustun 17-də səfərdə keçirəcək.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1031   Tarix: 12 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Neftçi" Rikardinyonu transfer edir

"Neftçi" Çexiyanın "Viktoriya" klubunun sabiq futbolçusu Rikardinyonu heyətinə qatmaqda israrlıdır. Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar artıq son mərhələdədir. 25 yaşlı braziliyalı hücumçunun da karyerasını Azərbaycanda davam etdirməkdə maraql

7 iyul
.

"Qarabağ" - Vestri" oyununun biletləri satışda

Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Vestri" (İslandiya) matçının biletləri satışa çıxarılıb. Qaynarinfo xəbər verir ki, satış prosesi saat 15:00-dan etibarən başlayıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərini

3 iyul
.

"UFC Fight Night Baku": Rafael Fiziyev əsas döyüşdə nokautla qələbə qazandı

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində gecənin əsas döyüşü baş tutub. xəbər verir ki, yüngül çəki dərəcəsində təmsilçimiz Rafael Fiziyev (70.76 kq) meksikalı Manuel Torreslə (70.76 kq) qarşılaşıb. O, meksikalı rəqibini ikinci raundda nokaut edərək qalib gəlib. Qeyd edək ki, dah

27 iyun
.

"UFC Fight Night Baku": Qazaxıstanlı Almabayev qələbə qazandı

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində növbəti görüş baş tutub. xəbər verir ki, turnirin üçüncü əsas qarşılaşmasında Qazaxıstanı təmsil edən Asu Almabayev (57.15 kq) ABŞ-dən olan Çarlz Consonla (56.92 kq) qarşıaşıb. Superyüngül çəkidə keçirilən döyüşdə Asu Almabayev Çarlz Conson

27 iyun
.

"UFC Fight Night Baku": Nazim Sadıxov ilk raundda nokaut oldu

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində növbəti təmsilçimiz oktaqona çıxıb. xəbər verir ki, yüngül çəki dərəcəsində təmsilçimiz Nazim Sadıxov (70.76 kq) Braziliyadan olan Mateus Kamilo ilə (70.76) qarşılaşıb. O, braziliyalı rəqibinə ilk raundda nokautla uduzub. Qeyd edək ki, dah

27 iyun
.

"Qarabağ" bu futbolçusunu 6,8 milyona satır - Danışıqlar yekunlaşır

Şotlandiyanın "Seltik" klubu "Qarabağ"ın hücumçusu Kamilo Duranın transferini yaxın günlərdə rəsmiləşdirməyə hazırlaşır. Qaynarinfo "Glasgow Times"a istinadən xəbər verir ki, kolumbiyalı futbolçunun menecerləri hazırda Şotlandiyadadır və tərəflər müqavilənin yekun şərtlərin

6 iyul
.

DÇ-2026: Misir Avstraliyanı penaltilər seriyasında uddu

Futbol üzrə dünya çempionatında Misir Avstraliyanı məğlub edib. Qaynarinfo-nun məlumatına görə, Dallas stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb - 1:1. Misirin heyətində Emam Aşur (13) komandasını hesabda irəli çıxarıb. Lakin Afrika təmsilçisinin müdafiəçis

4 iyul
.

Messi, yoxsa Salah? - Argentina Misirə qarşı

Son dünya çempionu Argentina millisi bu gün mundialda 1/8 finala çıxacaq. "Qafqazinfo" xəbər verir ki, cənubi amerikalılar Misirlə qarşılaşacaq. Bu görüş həm də argentinalıların kapitanı Lionel Messi və misirlilərin ulduzu Məhəmməd Salah arasında mübarizə baxımından maraqlı olacaq. Matç Bak

7 iyul
.

DÇ-2026: 1/4 finalın bütün cütləri müəyyənləşdi

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/8 finalın son oyunundan sonra aydınlıq gəlib. Bu mərhələdə aşağıdakı qarşılaşmala

8 iyul