"Tesla"nı geridə qoydu: Ən sürətli elektromobilin adı açıqlandı - VİDEO
Xorvatiyanın avtomobil istehsalçısı "Rimac Automobili" elektromobil sinfində yeni rekorda imza atıb.
Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
"Rimac Nevera" hiperkarının sükanı arxasında əyləşən xorvatiyalı yarışçı Martin Kodriç 20 kilometrlik Nürburqrinq trasını 7 dəqiqə 5,3 saniyəyə dövrə vurub.
Bu ilin əvvəlindən dövrə rekordu "Tesla Model S Plaid"ə məxsus olub (7 dəqiqə 25,2 saniyə).
Qeyd edək ki, 2022-ci ildə "Rimac Nevera" hiperkarı 412 km/saat sürətlə elektrik avtomobilləri arasında dünya rekordu qırmışdı. "Nevera" dörd elektrik mühərrikindən ibarət elektrik stansiyası ilə təchiz edilib. Onun ümumi gücü 1 914 at gücünə bərabərdir. Hiperkar yerindən birinci "yüzlüyə" 1,97 saniyəyə, 300 km/saat sürətə isə 9,3 saniyəyə çatır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1689 Tarix: 20 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyanın ən ağır binası hər il altı millimetr dərinə gedir
Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşən Parlament Sarayı hər il daha çox torpağa batır. bu barədə "Sözcü" qəzetinə istinadən xəbər verir. Buna səbəb kimi isə sarayın çəkisi göstərilir. Belə ki, onun ağırlığı 4.1 milyon ton təşkil edir. Bu göstərici ilə Parlament Sarayı dünyanın ə
15 dekabr"Google Translate" xidmətinə yeni funksiyalar əlavə olunub
"Google öz "Translate" xidmətində yenilənmə elan edib. "The Verge" nəşrinə istinadən xəbər verir ki, yeniliyin əsas hadisəsi istənilən model qulaqlıqlar üçün canlı nitqin sinxron tərcüməsi funksiyasının istifadəyə verilməsidir. Ondan istifadə etmək üçün sadəcə "Android"
15 dekabrBir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi
Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə "robot məhsulu" kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır. xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırıla
12 dekabrMusiqi dinləyərək yatmayın - Alimlər XƏBƏRDARLIQ etdi
Yuxu zamanı televizor, podkast, musiqi və ya "ağ səs" kimi arxa plan səslərindən istifadə geniş yayılıb. xəbər verir ki, elmi araşdırmalar bu vərdişin hər zaman zərərsiz olmadığını göstərir. Neyroelm mütəxəssisləri bildirirlər ki, səsli mühitdə yatmaq beynin tam sakitləşməsinə mane olur, dəri
14 dekabrEvin açarını harada gizlətmək olmaz?
Bir çox ev sahiblərinin seçdiyi açarı gizlətmə nöqtələrini oğrular yaxşı tanıyır və ilk yoxlanılan yerlərdir. xarici mediaya istinadla riskli nöqtələr barədə xəbər verir. Qapıdakı xalçanın altı - ən məşhur və eyni zamanda ən təhlükəli gizlətmə yeri hesab olunur. Poçt qutusu - hər kəs tərəfindən asanlıql
12 dekabr