UEFA reytinqi: "Qarabağ" və "Neftçi"nin mövqeyi dəyişməyib, "Qəbələ" geriləyib
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.
Sonxeber.az report-a istinadən xəbər verir ki, avrokuboklarda pley-off mərhələsinin oyunları müəyyən yerdəyişmələrə səbəb olub.
Son 5 mövsümdə toplanan əmsalların cəminə əsasən tərtib edilən siyahıda ən yüksək reytinqli Azərbaycan klubu "Qarabağ"dır. Ağdam təmsilçisi UEFA Avropa Liqasının pley-offunda Sloveniya komandası "Olimpiya"nı 2:0 hesabı ilə məğlub etsə də, bunun mövqeyə təsiri olmayıb. Qurban Qurbanovun yetirmələri 24.500 xalla 62-ci yerdədirlər. "Qarabağ" reytinqdə "Molde" (Norveç), "Fənərbağça" (Türkiyə), PAOK (Yunanıstan) və "Makkabi" (Təl-Əviv, İsrail) ilə bu pilləni bölüşdürür.
"Qarabağ"dan sonra ən yaxşı göstəriciyə malik Azərbaycan klubu "Neftçi"dir. 10.000 əmsalı olan "ağ-qaralar" 4 komanda ilə birlikdə 135-ci pilləni bölüşdürür. Adrian Mutunun kollektivi də yerində qalıb.
"Qəbələ" isə növbəti dəfə geriləyib. "Qırmızı-qaralar" 4.500 xalla 270-cidirlər.
Azərbaycan çempionatının digər iştirakçılarından "Sabah", "Zirə", "Sumqayıt", "Səbail" və elitanı tərk edən "Şamaxı" 3,350 xalla 334-cü pilləni bölüşdürürlər.
"Turan Tovuz", "Kəpəz" və yenidən elitaya qayıdan "Araz-Naxçıvan" 424 klub sırasına düşməyiblər.
Türkiyənin ən reytinqli komandası yenə "Başakşəhər"dir. İstanbul klubu 29.000 əmsalla 53-cü pillədə qərarlaşıb. "Qalatasaray" (26.500) 56-cı, "Fənərbağça" (24.500) 62-ci, "Sivasspor" (16.500) 89-cu yerdədirlər. "Beşiktaş" və "Trabzonspor" (11.500 xalla 113-cü), "Adana Dəmirspor", "Konyaspor", "Alanyaspor" və "Yeni Malatyaspor" (hamısı 6.170 xalla 205-ci) ilk "100-lük"dən kənarda qalıblar.
Ukrayna "Şaxtyor"u yenə keçmiş SSRİ klubları arasında ən yaxşı göstəriciyə malik komandadır. Donetsklilər 57.000 xalla 22-ci yerdədirlər. Ukraynanın digər təmsilçisi Kiyev "Dinamo"su (26.500) 56-cıdır. Bu sıralamada ilk "üçlüy"ü "Qarabağ" qapayır.
UEFA reytinqinə İngiltərə təmsilçisi "Mançester Siti" (124.000) başçılıq edir. Almaniyanın "Bavariya" klubu 120.000 əmsalla ikinci sırada yer alıb. İlk "üçlüy"ü Madrid "Real"ı (106.000) qapayıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 944 Tarix: 26 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar
Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü
18 sentyabr"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı
"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun
10 sentyabrNene "Fənərbağça"dan ayrılmaq istəyir
Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin
22 sentyabrLionel Messi karyerasında 930-cu qolunu vurub
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab
21 sentyabrAvroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya
17 sentyabrAtletika çempionatında kütləvi zəhərlənmə
Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa
13 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr