Macarıstanlı dünya çempionu: "Nəhayət, Bakıda qızıl medal mənim oldu"
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında bu gün atıcılığın maraqlı növlərindən olan 300 metr məsafəyə tüfəngdən atəş açma üzrə kişilər arasında yarışlar keçirilib.
Sonxeber.az xəbər verir ki, bu növdə Macarıstan təmsilçisi İstvan Peni qızıl medal qazanıb. O, "gümüş"ün sahibi norveçli Andre Kim Landla eyni miqdarda - 587 xal toplasa da, əlavə göstəricilərə görə həmkarını qabaqlayıb. Bürünc medal isə İstvan və Andredən 1 xal az toplayan ABŞ atıcısı Timoti Şerrinin olub.
Komanda yarışında Avstriya komandası qızıl medal qazanıb. İsveçrə gümüş, Norveç isə bürünc medala sahib çıxıb.
Mükafatlandırma mərasimindən sonra İstvan Peni yarışla bağlı təəssüratlarını bölüşüb:
"300 metr məsafəyə tüfəngdən atəş açma çox çətin növdür. Normal yarışlardan fərqli olaraq, bizim tüfəngimizin çəkisi ağır olur. Digər növlərlə müqayisədə bir az çətinlik yaradır. Amma hədəfin ölçüsü bir az böyük olur. Mən xoşbəxtəm ki, qalib gəldim. 2018-ci ildəki dünya çempionatında gümüş, ötən il Misirdə keçirilən mundialda isə bürünc medal qazanmışdım. Nəhayət, Bakıda qızıl medal mənim oldu. Artıq kolleksiyamda bir dəst medal var".
Macarıstanlı atıcı olimpiya növü olmamasına rəğmən bu kateqoriyanı seçmə səbəbini açıqlayıb:
"10, 25 və 50 metr məsafəyə atəş açma növlərində də iştirak etmişəm. Niyə 300 metri sevirəm? Ümumiyyətlə, atıcılıq mənim həyatımdır. Silahı tutmaq, onunla davranmaq, barıtın qoxusu, patronun düşməsi... Bunların hamısı mənim üçün stimuldur və əyləncədir".
İstvan Peni paytaxtımız və Bakı Atıcılıq mərkəzi barədə də fikirlərini bölüşüb:
"Bakıya ilk dəfə 2015-ci ildə gəlmişəm. Burada alışmadığımız tək şey havanın tez-tez küləkli olmasıdır. Bu da təbii prosesdir. Çünki Bakı küləklər şəhəridir. Amma paytaxtınız və bu mərkəz çox gözəldir. Hər gəlişimdə inkişaf edən gözəl şəhər görürəm. Bakı hər dəfə dəyişir. Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyətinə də toxunmaq lazımdır. Burada böyük işlər görülür. Yaradılan mərkəz sayəsində bu idman növünün inkişafı yönündə addımlar atılır. Belə yarışların təşkili bunu sübut edir".
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 745 Tarix: 26 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar
Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü
18 sentyabr"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı
"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun
10 sentyabrNene "Fənərbağça"dan ayrılmaq istəyir
Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin
22 sentyabrLionel Messi karyerasında 930-cu qolunu vurub
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab
21 sentyabrAvroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya
17 sentyabrAtletika çempionatında kütləvi zəhərlənmə
Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa
13 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr