"Kəpəz" 21 ildir "Qarabağ"a qalib gələ bilmir - STATİSTİKA
Premyer Liqanın IV turunda "Qarabağ"la qarşılaşacaq "Kəpəz" 21 ildir Azərbaycan çempionatlarında rəqibinə qalib gələ bilmir.
Gəncə təmsilçisi sonuncu dəfə 2002-ci ilin aprelində öz meydanında ağdamlılardan 3 xal alıb.
Həmin vaxt görüş "Kəpəz"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. O dönəmdən bəri "sarı-göylər" cəmi 5 dəfə rəqibdən 1 xal almaqla kifayətləniblər. Qalan 23 qarşılaşmada "köhlən atlar" qələbə sevinci yaşayıblar.
Digər maraqlı məqam "Qarabağ"ın son 17 görüşün hamısında rəqibinin qapısına yol tapmasıdır. Gəncəlilər axırıncı dəfə 2012-ci ilin oktyabrında öz meydanlarında gerçəkləşən görüşdə qolsuz bərabərlik sayəsində qapının toxunulmazlığını qorumağı bacarıblar.
"Kəpəz" indiyə qədər "Qarabağ"a qarşı keçirdiyi 26 səfər oyununun cəmi 3-də qalibiyyət əldə edib. Sonuncu belə uğur 1999-cu ildə qazanılıb - 2:0. Ağdam təmsilçisi öz meydanında keçirdiyi qarşılaşmalarda 46 qol vurub, 17-ni buraxıb.
Avqustun 27-də təşkil olunacaq görüş komandaların ölkə çempionatlarında ümumlikdə 54-cü dueli olacaq. "Qarabağ" 30-cu, "Kəpəz" 15-ci qələbəsini qazanmağa çalışacaq. 10 matçda isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, oyun saat 20:45-də başlayacaq.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1106 Tarix: 26 avqust 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar
Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü
18 sentyabr"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı
"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun
10 sentyabrNene "Fənərbağça"dan ayrılmaq istəyir
Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin
22 sentyabrLionel Messi karyerasında 930-cu qolunu vurub
Argentinalı ulduz futbolçu Lionel Messi karyerasında 930-cu qolunu vurub. xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunda çıxış edən 39 yaşlı hücumçu "San Dieqo" ilə heç-heçə etdiləri MLS oyununda fərqlənib. O, 23-cü dəqiqədə adını tabloya yazdırıb. Xatırladaq ki, görüş 2:2 hesab
21 sentyabrAvroliqa həyacanı davamn edir: "Beşiktaş" və "Yuventus" meydana çıxır
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunun növbəti qarşılaşmaları keçiriləcək. Qaynarinfo xəbər verir ki, bu axşam doqquz qarşılaşma baş tutacaq. Günün diqqətçəkən qarşılaşmalarında "Beşiktaş" (Türkiyə) "Marsel" (Fransa) klubu ilə, "Real Soseydad" (İspaniya
17 sentyabrAtletika çempionatında kütləvi zəhərlənmə
Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa
13 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr