TikTok Azərbaycanda yayın ritmini təyin edir: mövsümün əsas musiqiləri

TikTok Azərbaycanda yayın ritmini təyin edir: mövsümün əsas musiqiləriTikTok, qısa videolara baxmaq ve yaratmaq üçün aparıcı platforma olaraq, ötən yayın sevilən musiqiləri ilə bağlı yekun nəticələri təqdim edib. Azərbaycanda və dünyada istifadəçilərin bu mövsüm ən çox dinlədiyi, ən sevilən treklərin siyahısını açıqlayıb.
Musiqi TikTok-da mühüm rol oynayır: İstifadəçiləri yaradıcılıqlarını bölüşməyə ruhlandırır, bir çox trendin əsasını təşkil edir və platformanın atmosferinə pozitivlik qatır. TikTok-da istedadlı musiqiçilər öz mahnılarını tanıdaraq dünyanın müxtəlif yerlərindən dinləyicilər qazana bilərlər və istənilən rəngarəng musiqi nümunəsi populyarlaşaraq milyonlarla insan tərəfindən sevilə bilər.
Bu yay platformanın istifadəçiləri enerjili rəqs ritmlərindən tutmuş lirik melodiyalara qədər müxtəlif musiqilər üçün videolar hazırlayıb - bəziləri mövsümün əsl himnlərinə çevrilib. Yay hitlərindən istifadə edərək #SongSOfTheSummer həştəgi ilə yaradılmış videolar artıq 5 milyarddan çox baxış sayı toplayaraq Azərbaycanda və dünyada milyonlarla musiqisevəri bir araya gətirib.
Bugün platforma 2023-cü ilin yayında TikTok istifadəçilərinin qəlbini fəth edən ən yaxşı hitlərin və musiqiçilərin siyahısı açıqlayıb.
Azərbaycanda yay musiqiləri
Azərbaycanda istifadəçilər arasında ən çox sevilən bu yayın əsas mahnılarının reytinqinə həm beynəlxalq, həm də yerli musiqiçilərin mahnıları daxil edilib. Platforma istifadəçilərinin sevgisini qazanan 6 azərbaycanlı musiqiçinin mahnıları bütün hit siyasının yarıdan çoxunu əhatə edib.
"Pişman değilim" - Semicenk & Dogu Swag
Musiqiçi Semiçenk & Dogu Swag-ın mahnısı TikTok-u fəth edib və bu musiqi ilə olan videolar milyonlarla baxış toplayıb. Türk musiqi sənətçisinin bu əsəri bütün Azərbaycanda istifadəçilərin rəğbətini qazanıb – həm böyüklər, həm kiçiklərin iştirak etdiyi videolarla bu yayın xoşbəxt anlarını paylaşıblar.
"Maşallah" - Ravi Incigöz
Daha bir türkiyəli sənətçi Ravi İncigöz "Maşallah" adlı trekinin sevgi dolu sözləri və özünəməxsus cazibəsi ilə Azərbaycanda istifadəçilərin qəlbinə yol tatıb.
"Nu Paqadi" (Remix - Ayxan Dəniz) - Baləli
Ayxan Dənizin meyxanaçı Baləlinin "Nu Paqadi" mahnısını remiks ilə səsləndirməsi əsərə müasir üslubda yeni nəfəs verib və bu yayın trendlərinə damğa vurub.
"Nə isə" - Miro
Bu yay TikTok-da hitə çevrilən digər mahnı musiqiçi Mironun "Nə isə" mahnısıdır. İstifadəçilər bu mahnı ilə ruhlandırıcı videolar çəkib, faydalı yay tövsiyələrini, yayda Bakının abu-havasını və ətrafdakı gözəllikləri paylaşıblar.
"Boş adamlar" - Ayaz Babayev
Ayaz Babayevin "Boş adamlar" mahnısı yay boyu TikTok trendlərində lider mövqe tutub. Trek sayəsində platformada #boşadamlar həştəgi ilə rəqs çağırışları meydana gəlib və videolar 6 milyona yaxın baxış toplayıb.
"Siraa" - Andre Soueid
Bu yay Azərbaycanda TikTok da ən məşhur olanlardan biri "Siraa" adlı musiqisi ilə libyalı musiqiçi Andre Soueid olub.
"Şirin çağlar" (remix)- Habil Mammadov
Habil Məmmədovun "Şirin çağlar" musiqisinə olunan remiks, mahnıya yeni bir nəfəs qazandırıb ve TikTok istifadəçiləri arasında məşhurlaşmasına səbəb olub.
"Makeba" - Jain
Azərbaycanda istifadəçilər arasında sevimli yay trekləri siyahısına fransız sənətçisi Jainin məşhur Cənubi Afrikalı müğənni və fəal Miriam Makebaya həsr etdiyi, platformada bir çox müsbət videolara ilham verən "Makeba" mahnısı da daxil edilib.
"Ay ürəyim" - Türkan Vəlizadə
Türkan Vəlizadənin "Ay ürəyim" adlı emosional mahnısı da mövsümün ən məşhur treklərindən birinə çevirilib və istifadəçiləri yay anlarını paylaşmağa ruhlandırıb.
"Onun xəstəsiyəm" - Röya
Bu yay xalq artisti Ryoyanın ifa etdiyi "Onun xəstəsiyəm" mahnısı TikTok istifadəçiləri arasında favoritlərdən birinə çevrilməyi bacarıb. Bu dinamik musiqi altında istifadəçilər gözəl yerləri nümayiş etdirərək, səyahət estetikasını və digər canlı videoları paylaşıblar.
Bütün dünyada TikTok-da Yay mahnıları
2023-cü ilin yayında dünyada videolar hazırlamağa ilhamlandıran və TikTok icmasının sevgisini qazanan platformanın populyar mahnılarının siyahısına aşağıdakılar daxildir:
1. If We Ever Broke Up - Mae Stephens
2. What It Is - Solo Version - Doechii
3. girls like me don't cry (sped up) - thuy
4. Cupid – Twin Ver – Sped Up Version - FIFTY FIFTY
5. LALA - Myke Towers
6. Makeba - Jain
7. มองนานๆ - FLI:P
8. Everyday - Ariana Grande, Future
9. Barbie Girl - Aqua
10. Endless Summer - Alan Walker & Zak Abel
Bu yay TikTok istifadəçilərinə bir çox musiqlər kəşf etdilər. Bu mövsümün əsas hitlərinin ritmləri platforma istifadəçilərini hələ uzun müddət yaradıcılıq üçün ruhlandıracaq və onlara isti yay xatirələrini əbədiləşdirməyə kömək edəcək.
TikTok haqqında
TikTok - qısa videoların hazırlanması üçün aparıcı tətbiqdir. Missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1268   Tarix: 28 avqust 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr
.

"Real" bu göstəriciyə görə La Liqada ən pis komandadır

"Real" 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir. -ın xarici mediaya istinadən xəbərinə görə, 7 oyundan sonra "Real" oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət edirlər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir

22 sentyabr
.

Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?

Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi

20 sentyabr
.

Dolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?

Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır

20 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Aristotelin İsgəndərə dərs dediyi məktəb tapıldı - 2300 illik sirr açılır

Yunanıstanın şimalında yerləşən qədim Mieza şəhərində eramızdan əvvəl IV əsrə aid iri arxeoloji kompleks aşkarlanıb. xarici KİV-ə istinadla xəbər verir ki, kompleksin məşhur filosof Aristotelin gənc Makedoniyalı İsgəndərə dərs dediyi məktəb olduğu ehtimal edilir. Arxeoloji qazıntılar zamanı ərazidə ik

23 sentyabr
.

Argentina hərbi gəmisində "yoxa çıxan" qadın dənizçi görüntüləri gündəm oldu - VİDEO

Argentinaya məxsus ARA Libertad təlim gəmisində çəkilən görüntülər sosial mediada marağa səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, gəmidə müsahibə zamanı kameranın qarşısından keçən qadın dənizçinin bir neçə saniyə sonra görüntüdə görünməməsi izləyənlərin diqqətini çəkib. Argentina Hərbi Dəni

21 sentyabr
.

Britaniyalı qadın səhərlər gəzməyə başladı və gözlənilməz bir kəşf etdi

Britaniyalı jurnalist Elis Porter hər gün səhər işdən əvvəl gəzintiyə çıxmaq qərarına gəlib və gözlənilməz bir kəşf edib. -ın xəbərinə görə, o, öz təcrübəsinin nəticələrini "Fit and Well" nəşri ilə bölüşüb. Elis Porterin sözlərinə görə, uzun müddət səhərlər məhz qəhvə sayəsində özünü gümra

23 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr