Avropa Liqası: "Qarabağ" püşkatmada hansı səbətdə yer alacaq? - ARAŞDIRMA
Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ"ın hansı turnirin qrup mərhələsində yoluna davam edəcəyinə avqustun 31-də aydınlıq gələcək.
UEFA Avropa Liqasının (AL) pley-off mərhələsi çərçivəsində Sloveniya klubu "Olimpiya"nı səfərdəki ilk görüşdə 2:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi böyük ehtimalla məhz bu turnirdə mübarizəni davam etdirəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşmada sensasiya baş verməsə, "Qarabağ" sentyabrın 1-də təşkil olunacaq AL-in püşkatma mərasimində rəqibləri ilə tanış olacaq.
"Report"un araşdırmasına görə, Azərbaycan çempionu püşk zamanı ikinci və ya üçüncü səbətdə qərar tutacaq. İndiki məqamda "Qarabağ" üçüncü səbətin ən yüksək reytinqli komandasıdır. Ancaq bütün iştirakçılar hələ dəqiqləşmədiyindən, "köhlən atlar"ın ikinci səbətə yüksəlmək ehtimalı da mövcuddur.
Avropa Liqasında səbəti qeyri-müəyyən olanlardan Fransa klubu "Marsel"in püşkatma zamanı "Qarabağ"dan yuxarıda olacağı dəqiqdir. Bu isə o deməkdir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin üçüncü səbətə düşməsi üçün Çempionlar Liqası (ÇL) və Avropa Liqasının pley-offlarında ümumilikdə bir sensasiya baş verməlidir.
Çempionlar Liqasının pley-offunda PSV (Niderland) – "Reyncers" (Şotlandiya) və AEK (Yunanıstan) – "Antverpen" (Belçika) oyunlarının "Qarabağ"ın mövqeyinə heç bir təsiri olmayacaq. Çünki ilk cütdəki komandaların reytinqi Azərbaycan çempionundan yuxarı, ikinci duelin iştirakçılarında isə aşağıdır. Ancaq "Kopenhagen" (Danimarka) – "Rakuv" (Polşa) matçının nəticəsi böyük önəm kəsb edir. Ağdamlılar onları turnirdən kənarlaşdıran Polşa çempionunun Avropa Liqasına yuvarlanmasını arzulamalıdırlar. Çünki belə olan halda "Qarabağ"ın ikinci səbətə düşmək şansı bir qədər artacaq. Həmin cütdə "Kopenhagen"in uğuru təmsilçimizi Avropa Liqasında bir, "Rakuv"un qələbəsi isə iki sensasiya gözləməyə məcbur edəcək.
AL-də "Ayaks" (Niderland) – "Ludoqorets" (Bolqarıstan) cütündə ikincilərin, "Zarya" (Ukrayna) – "Slaviya" (Çexiya), "Çukariçki" (Serbiya) – "Olimpiakos" (Yunanıstan), "Zrinski" (Bosniya və Herseqovina) – LASK (Avstriya) duellərində birincilərin mərhələ adlaması "Qarabağ"ın işinə yarayacaq.
"Rakuv" "Kopenhagen"ə qarşı öz meydanındakı ilk matçda 0:1 hesabı ilə uduzub. Yəni bu cütdə polşalıların növbəti mərhələ şansı minimuma bərabərdir. Bu da o deməkdir ki, AL-də yuxarıda sadalanan 4 qarşılaşmadan heç olmasa birində gözlənilməz nəticə qeydə alınmalıdır. Onlardan ən real görünəni "Zrinski"nin mümkün qalibiyyətidir. Çünki bosniyalılar səfərdə baş tutan ilk görüşdə minimal fərqlə məğlub olublar. "Ayaks"ın oyununda sensasiya artıq möcüzə kimi görünür. Niderland təmsilçisi rəqib meydanında 4:1 hesablı qələbə qazanıb. "Zarya" və "Çukariçki" səfərdəki iki top fərqli məğlubiyyətin əvəzini çıxmalıdırlar.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin son oyunları bu gün, Avropa Liqasında isə cavab qarşılaşmaları avqustun 31-də keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Bakıda maraqlı toy karvanı - Video
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular
Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi
Alim Qasımovdan əl çəkin!
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Bakıda ətin qiyməti 19 manat oldu