Bakının yeni üçlü format təklifi: "Dostlarımız dost olsun..."

Bakının yeni üçlü format təklifi: "Dostlarımız dost olsun...""Azərbaycan İsrail və Türkiyə ilə yeni üçtərəfli əməkdaşlıq formatını təklif edir".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq "i24NEWS" telekanalına müsahibəsində deyib.

"Dostlarımızın bir-biri ilə dost olması Azərbaycan diplomatiyası üçün çox vacibdir. Buna görə də Azərbaycan Türkiyə ilə İsrail arasında dostluq və qarşılıqlı anlaşmanın davam etdirilməsindən məmnundur. Azərbaycan eləcə də iki tərəfdaşı arasında dialoqun və daha yaxşı anlaşmanın inkişaf etdirilməsi prosesinə öz töhfəsini verir", - o bildirib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan bundan sonra da bu məsələdə öz rolunu oynamağa davam edəcək: "Azərbaycanın üçtərəfli formatda əməkdaşlığımızı gücləndirmək təklifi var, belə ki, Azərbaycan, Türkiyə və İsrail qarşılıqlı fəaliyyət göstərə bilər". Bakının yeni əməkdaşlıq formatının yeni dünya düzənində əhəmiyyəti nədir? Ankara-Təl-Əviv arasında zaman-zaman yaşanan gərginliklər fonunda bu cür üçlü format hansı üstünlüklər yarada bilər?

Fikrət Yusifov İctimai Nəzarət Mərkəzinin icraçı direktoru seçilib

Professor Fikrət Yusifov "Yeni Müsavat"a bildirdi ki, türk-yəhudi dostluğunun tarixi çox qədimdir. Hələ yüz illər öncə İspaniya və Portuqaliyadan qovulan yəhudilər Osmanlı dövlətinin rəsmi dəvəti ilə imperatorluqda məskunlaşaraq xilas ola bilmişdilər. Belə hadisələrin üzərindən nə qədər uzun zaman keçsə də bir millətin tarixi keçmişində yaşanmış olay kimi heç vaxt unudulmur. Zaman-zaman Türkiyə dövləti İsrail dövləti arasında müəyyən anlaşılmaz məqamlar yaransa da iki xalqın kökü çox dərinlərə gedən dostluq telləri qorunub saxlanıb: "Azərbaycan bu gün artıq dünya siyasət meydanında istənilən məsələlərin həllində söz sahibi ola bilmək qədər qüdrətli bir dövlətə çevrilib. İsraillə Türkiyə kimi iki qüdrətli dövlətin arasında müəyyən hadisələr fonunda yaranmış soyuqluğun aradan qaldırılmasında dövlətimizin rolu göz qabağındadır. Azərbaycan bu iki dövlətin münasibətlərində yaranmış soyuqluğun aradan qaldırılmasına öz töhfəsini verərkən "dostumun dostu mənim dostumdur" formulunu rəhbər tutub. Türkiyə bizə qardaş ölkə, İsrail isə ən yaxın dostumuzdur və bu səbəbdən onların öz aralarında dost olması gərəkdir. Bu dostluq artıq 2020-ci ildə ikinci Qarabağ savaşında öz sözünü dedi və o, 30 illik ədalətsizliyə son verilməsində rol oynadı. Nədən indi bu dostluq regionda mövcud olan ciddi problemlərin həllində öz sözünü deməsin?

Türkiyə, İsrail və Azərbaycan birliyi bu böyük regionda irili, xardalı bütün problemləri həll edə biləcək hərbi-siyasi güc deməkdir. Azərbaycan artıq illərdir bu birliyi yaratmaq üçün səylər göstərir. Artıq nəticə hasil olunub. Mənfur işğalçı qonşularımızın və onların havadarlarının da qorxduğu elə bu idi.

Azərbaycanın xarici siyasətini bəyənməyən "sapı özümüzdən olan" diletantlar görəsən indi nə deyəcəklər? Bu birlik Azərbaycan diplomatiyasının uğurudur. Bu birlikdə olmaq regionda ən ciddi sayılan problemləri çözmək imkanına yiyələnmək deməkdir".

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Hikmət Hacıyevin İsrailə səfəri zamanı yerli televiziya kanalına müsahibəsində Azərbaycanın Türkiyə və İsraillə üçtərəfli formatın təsis edilməsində maraqlı olduğunu bildirməsi əhəmiyyətli təklifdir. Ancaq rəsmi Bakının dəstəklədiyi üçtərəfli formatın yaradılması üçün Türkiyə-İsrail münasibətlərinin tərəfdaşlıq səviyyəsinə qalxması vacibdir: "Doğrudur, iki ölkə arasında münasibətlərdəki gərginlik arxada qalıb, ancaq əlaqələrin keçmiş illərdəki tərəfdaşlıq səviyyəsinə gəlib çatdığını söyləmək hələ mümkün deyil. Misal üçün Fələstin lideri Mahmud Abbasın Türkiyəyə səfərindən sonra İsrailin baş naziri Benyamin Netanyahunun da Ankaraya gedəcəyi bildirilirdi. Bu səfər hələ baş tutmayıb. Halbuki, həqiqətən Azərbaycan-Türkiyə-İsrail üçlü formatı bölgədə yeni əməkdaşlıq imkanları aça bilər. İsraildə kəşf edilən qaz resurslarının da Azərbaycan və Türkiyəni birləşdirən boru xətləriylə Avropaya nəqli hər 3 ölkənin xeyrinə olardı".

İndi o dövr deyil..." – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı Yeni Sabah

Siyasi şərhçi Əli Orucov isə bildirdi ki, Azərbaycan, Türkiyə və İsrailin strateji əməkdaşlıq səviyyəsində blok və ya ittifaq yaratması ilə bağlı perspektivlər artıq özünü büruzə verir. Türkiyə-İsrail-Azərbaycan strateji ittifaqının qurulması bölgənin gələcək təhlükəsizlik arxitekturasının inşasında ciddi rol oynaya bilər: "Azərbaycanın yaxın müttəfiqi olan Türkiyə ilə İsrail arasında münasibətlərin genişlənməsi bölgənin təhlükəsizliyi və inkişafı ilə bağlı yeni mərhələ formalaşdırır. Türkiyə-İsrail-Azərbaycan əlaqələrinin inkişafı və üçlü əməkdaşlıq formatına çevrilməsi regional sabitlik və sülh üçün böyük əhəmiyyət daşıya bilər. Belə bir əməkdaşlıq formatı bölgədə çox güclü hərbi ittifaqın meydana gəlməsinə də səbəb olar. Hazırda qlobal siyasətdə olduqca ciddi proseslər getməkdədir. Yeni dünya nizamının formalaşması prosesi gedir. Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail isə bizə dost ölkədir. Onların arasında isti münasibətlərin formalaşması regional əməkdaşlığın inkişafına töhfə verər. Azərbaycanın irəli sürdüyü əməkdaşlıq formatı müsbət müsbət dəyərləndirilməlidir. Azərbaycana yaxın olan və regionun aparıcı dövlətlərindən olan İsrail ilə Türkiyə arasında dostluq münasibətlərinin qurulması üçlü əməkdaşlıq formatının reallaşmasına gətirib çıxarar. Müasir çağırışlar çoxtərəfli və çoxşaxəli əməkdaşlıqların inkişafını tələb edir".

Musavat.com


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1277   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Bu gün Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır" - DEPUTAT

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri son illərdə əldə etdiyi tarixi qələbələr, yüksək döyüş hazırlığı və müasir hərbi imkanları ilə regionun təhlükəsizlik arxitekturasında mühüm rol oynayan güclü hərbi qüvvəyə çevrilmişdir. Bu gün Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər təsadüfi deyil

23 iyun
.

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşası, daha 100-nün bərpasına dəstək verəcək. "Report" xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizci "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyini

25 iyun
.

"Cəmiyyətin sülhə hazır olması diplomatik qələbənin arxasında dayanan ən böyük mənəvi gücdür" - AÇIQLAMA

Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sül

11 iyun
.

Paşinyan Azərbaycan üzərindən Ermənistana internet kabelin çəkilməsi ilə bağlı: "Risk görmürük"

"Ermənistan internet trafikinin Azərbaycan üzərindən tranziti halında şəxsi məlumatlar üçün hər hansı risk və ya təhdid görmür". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan hökumət iclasından sonra bildirib. Daha əvvəl məlum olduğuna görə, "Teleco

25 iyun
.

Prezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam

25 iyun
.

Prezident dövlət agentliyi ilə Esvatininin dövlət qurumu arasında memorandumu təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşm

30 iyun
.

Azov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI

İyun 5-i tarixində Azov dənizində dron hücumları nəticəsində zərər görmüş gəmilərin heyət üzvləri olan 19 nəfər Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların 9 iyun tarixində günorta radələrində ölkəmizə çatmaları gözlənilir. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili

9 iyun
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

"Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir" - DEPUTAT

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdə

10 iyun