Bir qəhvənin niyə 40 il xətri olurmuş? - Belə yaranıb
Türkiyədə çox işlənən "Bir qəhvənin 40 il xətri olar" məsəli artıq bizim dilimizdə də işlənir. Yaxşılığın unudulmaması, illər keçsə də, cavabının olacağı anlamına gəlir. Bəs bu məsəl necə yaranıb, arxasında hansı həyat hekayəsi dayanır?
Lent.az "Belə yaranıb" rubrikasında tarixin tozlu səhifələrini vərəqləyir.
İstanbulun Eminönü məhəlləsində Yemiş limanı deyilən yerdə balaca bir qəhvəxana varmış. Bura hər sinifdən insanlar, xüsusən də, gəmi kapitanları, balıqçılar gələr, dadlı türk qəhvəsi içə-içə uzun-uzun söhbətlər edirmişlər.
Bir gün məkana bir yeniçəri gəlir. Türk sultanının ordusunda yeniçərilər xüsusi nüfuzları ilə seçilir, bir sözləri iki edilmirdi. Ətrafa nəzər salan yeniçəri içəridə bir rumlu (adətən balkan yarımadasından olanlara və yunanlara rumlu deyilirdi) gəmi kapitanının da oturduğunu görür və ucadan qəhvəxananın sahibinə deyir.
"Hamıya məndən bir qəhvə ver, rumluya vermə!".
Qəhvəçi hamıya qəhvə paylayır, ən sonda özünə və rumluya da bir fincan süzüb gəlib onunla eyni masada oturur. Yeniçəri qəzəblə, "Ona vermə, demədimmi?" söyləyəndə, dükan sahibi "Bu mənim ona hədiyyəmdir, mən qonaq edirəm" deyir və rumlu ilə söhbətinə davam edir ki, adamın könlü qırılmasın.
Bu hadisələrin üstündən düz 40 il keçir. Yunan və türklərin ortaq yaşadığı Susam adasında başlayan rum üsyanı alovlanır, rumlular xeyli türkü əsir alırlar və onların içərisində həmin yaşlı qəhvəxana sahibi də olur. Əsir bazarına çıxarılan qəhvəçini yaşlı bir rumlu satın alır və onu azadlığa buraxır. Türk bunun səbəbini anlamayanda rumlu "Mənə 40 il öncə bir fincan qəhvə vermişdin. Hər kəsin içində qürurum sınmasın deyə çox yaxşı davranmışdın, mən bunu unutmadım. Səni də görən kimi tanıdım", deyir.
Bax beləcə, "Bir qəhvənin 40 il xətri olar" misalı dildən dilə düşüb və gəlib bu günümüzə çatıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1537 Tarix: 10 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabr"Real" bu göstəriciyə görə La Liqada ən pis komandadır
"Real" 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir. -ın xarici mediaya istinadən xəbərinə görə, 7 oyundan sonra "Real" oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət edirlər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir
22 sentyabrTelefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20 sentyabrDolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?
Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır
20 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrAristotelin İsgəndərə dərs dediyi məktəb tapıldı - 2300 illik sirr açılır
Yunanıstanın şimalında yerləşən qədim Mieza şəhərində eramızdan əvvəl IV əsrə aid iri arxeoloji kompleks aşkarlanıb. xarici KİV-ə istinadla xəbər verir ki, kompleksin məşhur filosof Aristotelin gənc Makedoniyalı İsgəndərə dərs dediyi məktəb olduğu ehtimal edilir. Arxeoloji qazıntılar zamanı ərazidə ik
23 sentyabrBritaniyalı qadın səhərlər gəzməyə başladı və gözlənilməz bir kəşf etdi
Britaniyalı jurnalist Elis Porter hər gün səhər işdən əvvəl gəzintiyə çıxmaq qərarına gəlib və gözlənilməz bir kəşf edib. -ın xəbərinə görə, o, öz təcrübəsinin nəticələrini "Fit and Well" nəşri ilə bölüşüb. Elis Porterin sözlərinə görə, uzun müddət səhərlər məhz qəhvə sayəsində özünü gümra
23 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabr