Süheylə Cəfərova BMT-nin İnformasiya Mərkəzinə rəhbərlik edəcək
BMT-nin Bakıdakı İnformasiya Mərkəzinin rəhbərliyi və BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin ölkə üzrə təmsilçiliyində dəyişiklik olub.
BMT-nin Bakıdakı ofisindən bildirilib ki, yeni təyinatı ilə əlaqədar bu vəzifədən ayrılan Rəşad Hüseynovu bu ilin sonuna kimi Süheylə Cəfərova əvəz edəcək.
Rəşad Hüseynov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İstanbuldakı Regional Ofisinə kommunikasiya məsələləri üzrə məsul şəxs vəzifəsinə təyin olunub (Communications Officer). Bu vəzifədə o, ÜST-nin Mərkəzi Asiya regionunda kommunikasiya fəaliyyətini əlaqələndirəcək.
Rəşad Hüseynov 2017-ci ilin avqust ayından BMT-nin İnformasiya Mərkəzinə rəhbərlik edib. Bundan öncə isə o, ATƏT-in Vyanadakı baş qərargahında media məsələləri üzrə mütəxəssis və illik hesabatın redaktoru, ATƏT-in Bakı Ofisinin mətbuat xidmətinin rəhbəri, habelə İsrailin Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin direktoru vəzifələrində çalışıb.
BMT-nin İnformasiya Mərkəzinə yeni təyin olunmuş Süheylə Cəfərova isə bu təyinata qədər Bakcell şirkətində Korporativ Kommunikasiyalar üzrə direktor vəzifəsində çalışıb. O, Dünya Bankında, BMT-nin Əhali Fondunda, Beynəlxalq Miqrasiya Təşkilatında, BMT-nin İnkişaf Proqramında və digər təşkilatlar və diplomatik missiyalarda kommunikasiya strategiyalarının qurulması sahəsində konsultant təcrübəsinə malikdir. Süheylə Cəfərova həmçinin bir sıra dövlət qurumları və qlobal brendlərə kommunikasiyaların idarə olunması üzrə məsləhətçi xidməti göstərib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 747 Tarix: 08 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Onlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrPrezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin
19 sentyabr