Valideyn təkidi ilə seçilən ixtisas uşağa maraqlı gəlməyə bilər - ARAŞDIRMA

Valideyn təkidi ilə seçilən ixtisas uşağa maraqlı gəlməyə bilər - ARAŞDIRMA"Böyüyəndə hansı peşəni seçmək istəyirsən?" Bu, hər bir valideynin övladına erkən uşaqlıqdan verdiyi sualdır. Məktəbəqədər yaşlı uşaqlar adətən bu suala asanlıqla cavab verirlərsə, böyük uşaqlar, xüsusən də yeniyetmələr çox vaxt sona qədər hansı peşəni seçəcəklərinə qərar verə bilmirlər. Əvvəllər uşaq ailə sülaləsinin ənənəsini yaşatmaq üçün bəzən öz arzularından vaz keçməyə məcbur idi. Məsələn, əgər valideyn dülgər, bənna və ya həkim idisə, uşaq da onun yolunu davam etdirirdi. İndi zaman dəyişib. Dünyaya açılım uşaqların da peşə seçimi imkanlarına təsir edib, onları sərbəst qərar verməyə yönləndirib. Bununla belə, yenə də, övladının peşə seçimində "Arzum oğlumu (qızımı) mühəndis, həkim və ya müəllim görməkdir"- deyə öz arzularını irəli sürən, uşağının arzuları ilə hesablaşmayan valideynlər var. Eyni zamanda, X-XI sinfə qədər peşə seçimi haqqında tam qərar verə bilməyən şagirdlər də az deyil.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Gələcəyə bileti almaqda uşaqlara göstərilən yardım

Rusiyada həyata keçirilən "Gələcəyə bilet" məktəblilərin peşəyönümlü ödənişsiz kursları da məhz valideynlərin övladlarının ixtisas seçimindəki roluna həsr olunub. Kurslarda karyera idarəçiliyi üzrə ekspertlər, psixoloqlar, pedaqoqlar, əmək bazarı analitikləri, həmçinin işəgötürənlər uşaqların gələcək peşə seçiminə necə kömək etmək barədə faydalı məsləhətləri bölüşürlər. Kurs övladlarının gələcək peşəsini düzgün seçməsinə kömək etmək, şagirdə təhsil seçimində dəstək olmaq, həmçinin narahatlığı azaltmaq və uşağın gələcəyinə inam qazandırmaq istəyən valideynlər üçün nəzərdə tutulub. Layihə çərçivəsində valideynlər mütəxəssislərlə birlikdə peşələrin müxtəlifliyini dərk edir və müasir karyera yollarını, əmək bazarında mövcud tendensiyaları öyrənirlər. Bu da uşağın maraq və üstünlüklərini anlamağa imkan verir. Layihə valideynlərə öz baxışlarını tətbiq etmədən övladını yumşaq şəkildə düzgün yola yönəltməyə kömək edir.

Əlbəttə, sirr deyil ki, böyüklər çox vaxt məzun övladlarından az narahat olmurlar. Çünki gələcək haqqında söhbət ilk növbədə ailə daxilində başlayır. Bir uşaq üçün bir peşə seçmək nə qədər çətindirsə, valideyn üçün ondan az maraqlı mövzu deyil.

Bəs peşə seçimi mərhələsində valideyn hansı mövqeyi tutmalı, övladına necə dəstək olmalıdır?

"Siz də həkim və ya müəllim olun" baxışı

ADA Universitetinin professoru Gülməmməd Məmmədov sualın cavabını ümumiyyətlə, birmənalı hesab etmir:

"Valideyn var ki, yalnız orta təhsili var və xüsusi bir sahə ilə bağlı heç bir məlumatı yoxdur. Sadəcə olaraq, cəmiyyət içərisində uğur qazanmış həkim, polis, hüquqşünas və ya müəllim nümunəsini göstərərək övladına təsir etməyə çalışa bilər və çalışır da. Bu cür faktlar çoxdur.

"Siz də həkim və ya müəllim olun", - deyə uşağın təbii marağına, istedadına fikir vermədən övladının peşə seçiminə təsir edir. Bu, bizim cəmiyyətin bir reallığıdır. Digər kateqoriyadan olan valideynlər ali təhsilli, öz ixtisaslarına uyğun, müəyyən uğurları olan insanlardır.

"Mən həkiməm, bu sahədə çevrəm var, sən də həkim ol, sənə də bir yol taparıq", - deyə, onlar da övladlarına öz şəxsi nümunələri ilə təsir edirlər. Bu zaman övladlarının təbii istedadı, istəyi kənarda qalır. Bu problemlər mövcuddur".
Valideyn təkidi ilə seçilən ixtisas uşağa maraqlı gəlməyə bilər

Sürətlə dəyişən dünyamızda iş bazarında yeni peşələrin yarandığını deyən G.Məmmədov bu prosesdən savadından asılı olmayaraq valideynlərin də, şagirdlərin də özlərinin məlumatlı ola bilməyəcəyini bildirir:

"Dəyişikliklərlə bağlı məlumatı olan şəxslər peşəkarlardır. Valideynlər universitetlərdə olan müəllimlərdən və ya QHT-lərin, Elm və Təhsil Nazirliyinin, Sosial Müdafiə Nazirliyinin məşğulluqla, karyera seçimi ilə bağlı tədbirlərindən məlumat ala bilərlər. Valideynlər hansı peşələrə ehtiyac var, gələcəkdə ehtimal olunan peşələr hansılardır və s. nüanslarla maraqlanıb bu məlumatları övladlarına məcburiyyət kimi deyil, seçim olaraq təqdim etməlidirlər. Əks halda, uşağın valideynin təkidi ilə seçdiyi ixtisas ürəyincə olmadığı üçün ona zəhmət və enerji qoyma motivasiyası olmayacaq. Bu da gələcəkdə uşağın uğursuz olmasına gətirib çıxaran ənənəvi faktorlardan birinə çevriləcək".

Professor hesab edir ki, valideynləri bu istiqamətdə məlumatlandıran televiziya proqramları, media xəbərləri olmalıdır:

"Kiçik bir layihə ilə bu işin öhdəsindən gəlmək çətin olar. Bununla bağlı sistemli bir iş görülməli, dövlətin siyasəti müəyyən olunmalıdır. Biz sürətlə inkişaf edən ölkəyik. İş bazarında ölkənin ehtiyacları var. İqtisadiyyat hansı istiqamətə inkişaf edir və hansı ixtisaslara ehtiyac olduğunu dövlət müəyyən edir. Hesab edirəm ki, dövlət buna uyğun da təbliğat işi aparmalıdır".

"Seçimi tam olaraq uşağın öhdəsinə də buraxmaq olmaz"

bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəylinin fikrincə, uşağın ixtisas seçimində valideyn müəyyən qədər təcrübəsindən və dünyagörüşündən çıxış etməlidir. Digər tərəfdən, o, uşağını yaxşı tanıyır:

"Valideyn övladının ixtisas seçiminə biganə qalmamalı, maraqlanmalı, soruşmalı, istiqamətləndirməlidir. Seçimi uşağın öhdəsinə də buraxmaq olmaz. Uşaq qısa müddətli, həvəsləndirici təsirlərin altında ola bilər. Valideyn ona düzgün şəkildə istiqamət verməlidir".

B.Aslanbəyli bəzən valideynlərin uşağının əvəzinə qərar verdiyini də bildirir:

"Valideyn seçimdə mütləq iştirak etməlidir. Amma bu, dominant iştirak olmalı deyil. Uşağın istəyinə qarşı olan iştirak olmamalıdır. Yəni qərarın birgə qəbuluna və uşağın düzgün istiqamətlənməsinə yönələn iştirak olmalıdır. Uşağın marağı kənarda qalmamalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 602   Tarix: 08 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb

Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy

2 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Bakının bu rayonunda su olmayacaq

Nizami rayonunun bəzi ərazilərində oktyabrın 2-də saat 09:00-dan axşam saatlarınadək su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləridir

1 oktyabr
.

Boşanmaq istəyən qadın ərindən necə təhlükəsiz ayrıla bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər. Bəs qadın şiddət görmədə

2 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr
.

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl

2 oktyabr
.

"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb

2 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr