Naxçıvanda 20 min nəfərlik stadion tikiləcək
Cari mövsüm "Araz-Naxçıvan"ın Premyer Liqaya qayıtması bütün futbolsevərlərin ürəyincə oldu. Neçə illərdir blokada şəraitində yaşayan bölgənin ölkənin futbol elitasında təmsil olunması Premyer Liqaya marağı daha da artırıb.
Ancaq komanda hələ ki, doğma meydanda oynaya bilmir. Səbəb Naxçıvan şəhər stadionunun Peşəkar Futbol Liqasının tələblərinə cavab verməməsidir. Mövsümün əvvəlində arenanın təmir ediləcəyi gözlənilsə də, işlərin başlaması yubanıb.
Görəsən, arenanın təmir işlərinin yubanmasına səbəb nədir?
Mövzu ilə bağlı Bizim.media-ya açıqlama verən "Araz-Naxçıvan"ın koordinatoru Sakit Rza layihələndirmə işlərinin getdiyini bildirib:
"Mövsümün əvvəlində stadionla bağlı PFL bizə tələblərini bildirmişdi. Bununla bağlı müvafiq qurumlarla birgə layihə işlərinə başlanılıb. Ancaq yenidənqurma işlərinin nə vaxt start götürəcəyi bilinmir. Yəqin ki, bu mövsüm "Araz-Naxçıvan" Bakıda oynamalı olacaq. Çünki tikinti işlərinin xeyli vaxt aparacağı da istisna deyil".
Klub rəsmisi ilə söhbətimizdə o da məlum olub ki, Naxçıvanda yeni stadionun tikilməsi planlaşdırılır:
"Bildiyiniz kimi, Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqram qəbul olunub. Həmin proqram çərçivəsində Naxçıvan şəhərində yeni 20 minlik stadionun tikintisi də nəzərdə tutulub.
Artıq arena üçün yeni torpaq sahəsi də ayrılıb. Layihələndirmə başa çatdıqdan sonra tikinti işlərinə start veriləcək".
Belə görünür ki, Naxçıvan azarkeşləri bu mövsüm doğma klublarının oyununa yalnız televiziya vasitəsilə baxa biləcəklər. Komandanın doğma bölgəyə qayıtması isə böyük ehtimalla növbəti mövsüm mümkün olacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 973 Tarix: 10 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ
Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is
2 oktyabrİkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı
2 oktyabr82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki
2 oktyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabrXəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA
Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin
2 oktyabrBu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabr