Artromed klinikasında təhlükəli burun əməliyyatı – Vətəndaş prokurorluğa müraciət etdi – VİDEO

Artromed klinikasında təhlükəli burun əməliyyatı – Vətəndaş prokurorluğa müraciət etdi – VİDEOArtromed Tibb Mərkəzində burnunu əməliyyat etdirən Məmmədova Günel Kəmaləddin qızı gözlənilməz nəticə ilə üzləşib.

Günel Məmmədova Reportyor.info-ya bildirib ki, sözügedən tibb ocağının İdrak Əhmədov adlı həkimi burun əməliyyatı adı altında onun tənəffüs və iybilmə orqanını ciddi şəkildə zədələyib: "8 sentyabr 2022-ci ildə burnumdan əməliyyat olundum. Əməliyyatı İdrak Əhmədov adlı həkim edib. Əməliyyatdan sonra burnumda müəyyən problemlər yarandı. 5 ay sonra isə burnum demək olar ki, sıradan çıxdı. Burnumda şiş əmələ gəldi. İdrak Əhmədov çözüm kimi burnuma iynə vurdu. Bu iynədən sonra isə burnum daha da pis vəziyyətə düşdü. İdrak Əhmədovdan burnumu yenidən əməliyyat etməsini tələb etdim. Lakin həkim yenidən əməliyyata razı olmadı. Mən əməliyyat haqqı olara 4500 manat ödəmişdim. Bu halda pulumu geri istədim. Bununla bağlı klinikanın rəhbərliyinə şikayət etdim. Estetik cərrahiyə şöbəsinin müdiri Mais həkim dedi ki, problem həllini tapacaq, yəni pulum geri qaytarılacaq. Onun sentyabrın 25-nə qədər pulumun qaytarılacağını bildirdi".

Şikayətçinin sözlərinə görə, Mais həkim verdiyi vədə əməl etməyib. "Pulumu qaytarmadılar. Əksinə, həkimlər birləşib məni təhqir etdilər", – deyə Günel Məmmədova bildirib.

O, saytımız vasitəsilə Baş Prokurorluğa müraciət edərək məsələ ilə bağlı tədbir görülməsini xahiş edir.

Ayrıca, Günel Məmmədova məsələ ilə bağlı prokurorluğa videomüraciət edib. Həmin videonu da oxuculara təqdim edirik.

Sonda qeyd edək ki, Reportyor.info Günel Məmmədovun iddiaları ilə bağlı Artromed Tibb Mərkəzinə sorğu göndərib. Üzərindən bir aydan artıq vaxt keçməsinə baxmayaraq sorğuya cavab verilməyib.

Artromed klinikasında təhlükəli burun əməliyyatı – Vətəndaş prokurorluğa müraciət etdi – VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1737   Tarix: 10 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maşında həyat yoldaşını döyən rəqqas SAXLANILDI - RƏSMİ

Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib. Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra is

2 oktyabr
.

İkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı

2 oktyabr
.

82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov illər sonra ictimaiyyət arasında görülüb. "Qafqazinfo" xəbər verir ki, o, Yeni Azərbaycan Partiyasının (YAP) bu gün keçirilən qurultayına qatılıb. Belə ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki

2 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA

Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin

2 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

"Köhnə binanı sökmək olar, amma əvvəl şəhərin həmin yükü daşıyıb-daşımadığı hesablanmalıdır" - Muxtar Ərturan

Bakıda sovet dövründə tikilən çoxmənzilli binaların bir hissəsi hələ də istismar olunur. Yaşayış fondunun köhnəlməsi, binaların texniki vəziyyəti və söküntü ilə bağlı layihələrin hansı meyarlarla həyata keçirilməsi məsələsi isə sakinlər üçün aktual olaraq qalır. Bəs sovetlər birliyindən qalan binaları

2 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr