"16 yaşımda bədbəxt oldum" - Nizami Rəmzinin qızı
"Atam sağ olsaydı belə olmazdım. O, olmadığına görə, məni 16 yaşımda bədbəxt ediblər. O sağ olsaydı, heç kim bunu mənə edə bilməzdi. Elə şeylər var ki, mən bu haqda danışa bilmərəm".
Axşam.az xəbər verir ki, bu sözləri mərhum meyxanaçı, şair Nizami Rəmzinin narkotikdən əziyyət çəkən, küçələrdə yaşayan qızı Reyhan deyib. O, bloger Nail Kəmərlinin yutub layihəsində qonaq olub. Reyhan bildirib ki, N.Rəmzinin ikinci evliliyindən olan övladıdır:
"Anamın adı Hicran idi. Atam gəlib bizi görüb gedəndə arxasınca çox ağlayırdım. Bizə yaxşı baxırdı, çox istəyirdim onu. Adımı da atam qoyub. İnsanlar çox vəfasızdır. Həyat yox, insanlar səni pis yola salır. Yəqin ki, yanımda yaxşı insanlar olsaydı, o yola düşməzdim. Əslində yanımda insan var idi, amma getdi. Dedi ki, get, müalicəyə. O da mənim kimi narkotik istifadəçisi idi. Üç il birlikdə olduq. Artıq mənim üçün sevgi heç nədir (ağlayır). Yanımda başqa heç kim olmayıb.
Üç il müddətində mən bu hallara düşdüm. O qədər özüm-özümə ağlamışam ki... Yağışın altında, soyuqda taxtaların altında qalmışam. Tək olmaq pis şeydir. Ac-susuz qaldığım, iki gün yemək yemədiyim vaxtlar da olub. Pulumuz olanda da "mal"a (narkotik maddə - red.) görə xərcləməmişik ki, birdən çatmaz. Eşitməmişəm ki, kimsə məni bu illər ərzində axtarsın.
Öz yaxınların axtarmırsa, dostların ümumiyyətlə axtarmaz. Dost kənar bir insandır. Mən tək qaldğım üçün bu yerlərə gəlib çıxdım. Tək olmasaydım, belə şeylər olmayacaqdı. Hava soyuq, yağışlı olanda belə küçələrdə dəmir yığırdım. Buna məcbur idim".
Reyhan narkotik aludəçiliyindən xilas etmək üçün reabilitasiya mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, Nizami Rəmzi 1997-ci ildə, 49 yaşında yol qəzasında vəfat edib. O, üç dəfə ailəli olub və 6 övladı dünyaya gəlib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1527 Tarix: 13 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi
1 oktyabrTemperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan gözlənilən yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, 3-ü səhərədək arabir güclü olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Fasilələrlə yağışlı hava şəraiti oktyabrın 4-
1 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabr"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabr