Xəstənin qarnında tənzif unutdu, məsuliyyətdən azad edildi
Mingəçevir Şəhər Məhkəməsində Mingəçevir Şəhər Xəstəxananın Doğum-Ginekologiya şöbəsinin həkimi, mama-ginekoloq Leyla Cəfərova barəsindəki cinayət işinə baxılıb.
"Qafqazinfo" xəbər verir ki, qeysəriyyə əməliyyatı vaxtı qadının qarın boşluğunda tənzifi unudan həkim Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə təqsirləndirilib. Belə ki, araşdırmalar zamanı tənzifin 7 ay müddətində 25 yaşlı Aysel Qurbanovanın qarnında qalması məlum olub. Nəticədə onun bağırsağı deşilib.
Bildirilib ki, 25 yaşlı A.Qurbanova 2021-ci ilin sentyabrında qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Doğuşdan 3 gün sonra xəstəxanadan evə buraxılan ananın qarın nahiyəsində bir müddət sonra kəskin ağrılar başlayıb. Bir neçə ay davam edən ağrılardan sonra Aysel Qurbanova yaxınları tərəfindən yenidən ginekoloq L.Cəfərovanın yanına gətirilib.
A.Qurbanova ifadəsində bildirib ki, həkim ona soyuqdəymə diaqnozu ilə müalicə yazıb. Lakin onun ağrıları daha da artıb. Bundan sonra Bakıdakı "Xəzər" klinikasına gətirilən qadının qarın boşluğunda yad cismin olması müəyyən edilib və o, təcili əməliyyata götürülüb.
Burada əməliyyat edilən gənc ananın qarın boşluğundan tənzif götürülüb, lakin daha sonra qadının bağırsağının deşilməsi məlum olub və o, bir il ərzində 3-cü dəfə əməliyyat edilməli olub. Nəticədə Respublika Klinik Xəstəxanasında bağırsağından əməliyyat olunan qadının bağırsağının çürümüş hissəsi götürülüb.
A.Qurbanovanın şikayətindan sonra onun qarın boşluğunda tənzifi unudan, uzun müddət sağlamlığının pozulmasına və bağırsağının deşilməsinə səbəb olan ginekoloq barəsində cinayət işi açılıb. Məhkəmədə L.Cəfərova özünü təqsirli bilib və zərərçəkmiş şəxsin sağalması üçün əlindən gələni etdiyini bildirib. O, A.Qurbanovanı şəxsi maşını ilə Bakıya müayinələrə apardığını, maddi dəstək verdiyini deyib. A.Qurbanova da həkimlə barışdığını, artıq ona qarşı şikayət və ya tələbinin olmadığını bildirib.
Mingəçevir şəhər Məhkəməsində keçirilən prosesin yekununda Leyla Cəfərova barəsindəki cinayət işi üzrə onun cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsas götürülüb. Məhkəmə həkimin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar verib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Azərbaycanda dörd qanun ləğv ediləcək
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video