"Bu, Heydər Əliyev siyasi kursuna, İlham Əliyevə, böyük inama verilən səs idi" - Kamilə Əliyeva

"Bu, Heydər Əliyev siyasi kursuna, İlham Əliyevə, böyük inama verilən səs idi" - Kamilə Əliyeva2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının böyük əksəriyyəti, 76 faizdən çoxu, prezident seçkilərində İlham Əliyevə səs verdi. Bu Heydər Əliyev siyasi kursuna, İlham Əliyevə, böyük inama verilən səs idi. Xalqımız öz seçimində yanılmamışdı. Prezident cənab İlham Əliyev Azərbaycan dövlətini zirvələrə qaldırdı, dünyada söz sahibinə malik bir dövlətə çevirdi.

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

O qeyd edib ki, Ulu öndər İlham Əliyevə özü qədər inandığını, İlham Əliyevi güclü siyasətçi olmaqla yanaşı dövlətini, xalqını sevən və lazım gələrsə xalq yolunda canını belə verməyə hazır olan insan olduğunu bildirmişdi:

"2003-cü il oktyabrın 1-də Azərbaycan dövlətinin memarı və qurucusu, bütün ömrünü Azərbaycan xalqının rifahına həsr etmiş ümummilli lider Heydər Əliyevin xalqa tarixi müraciəti oldu. Ulu öndər Heydər Əliyev  prezident seçkilərində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi. Ulu öndər çıxışında Azərbaycan xalqını özünün siyasi varisi, dünya siyasətini gözəl bilən, yüksək intellektli, qətiyyətli və praqmatik düşüncəli bir şəxsiyyət olan İlham Əliyevə səs verməyə çağırdı. Ulu öndər İlham Əliyevə özü qədər inandığını, İlham Əliyevi güclü siyasətçi olmaqla yanaşı dövlətini, xalqını sevən və lazım gələrsə xalq yolunda canını belə verməyə hazır olan insan olduğunu bildirmişdi. Ulu öndər bütün fəaliyyəti dövründə xalqa arxalanırdı və xalq da Heydər Əliyevə inanırdı. Xalqımız çox gözəl bilirdi ki, dövlətimizi gələcək inkişafa, vətəndaşlarımızı rifaha aparan yol Heydər Əliyev yoludur və İlham Əliyev bu siyasi kursun, bu yolun ən layiqli davamçısı olacaq. 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqının böyük əksəriyyəti, 76 faizdən çoxu, prezident seçkilərində İlham Əliyevə səs verdi. Bu, Heydər Əliyev siyasi kursuna, İlham Əliyevə, böyük inama verilən səs idi.Xalqımız öz seçimində yanılmamışdı. Prezident cənab İlham Əliyev Azərbaycan dövlətini zirvələrə qaldırdı, dünyada söz sahibinə malik bir dövlətə çevirdi".

Kamilə Əliyeva vurğulayıb ki, neft-qaz sənayesinin inkişafında cənab İlham Əliyev böyük layihələrə imza atdı:

"Prezident seçildiyi ilk illərdən etibarən cənab İlham Əliyev iqtisadiyyatda, səhiyyə, təhsil sistemində, ordu quruculuğunda böyük irəliləyişlərə nail oldu. Müasir, dünya standartlarına uyğun yüzlərlə xəstəxana, minlərlə məktəblər inşa edildi. Gələcək nəsillərimizin sağlam böyüməsi, dünya idman arenalarında idmançılarımızın Azərbaycan bayrağını yüksəklərə qaldırması məqsədilə ölkəmizin demək olar ki, bütün regionlarında olimpiya idman kompleksləri inşa etdirildi.
Neft-qaz sənayesinin inkişafında cənab İlham Əliyev böyük layihələrə imza atdı. Trans-Anadolu, Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə başlanıldı. Bununla da ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamağa başladı. Xəzər dənizinin Azərbaycana aid olan sektorunda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə işlənilməsi və pay bölgüsü haqqında yeni saziş imzalandı. Bununla da Azərbaycan həm də dünya enerji sənayesində də həlledici rol oynadı. Bakı-Tbilisi-Qars dəmir yol xəttinin çəkilişi də məhz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Bu dəmir yol xətti Asiya və Avropanı  birləşdirən bir nəqliyyat dəhlizi oldu. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Asiyadan Avropaya və geriyə milyon tonlarla yük daşınır.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi ilə Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına nail olundu. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi neft-qaz strategiyası, eləcə də yeritdiyi məqsədyönlü, müdrik xarici siyasəti nəticəsində Avropa İttifaqı və bir çox Avropa dövlətləri ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında istər siyasi, istərsə də iqtisadi sahələrdə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın təbii qazı Avropaya ixrac olunur".

O bildirib ki, İlham Əliyev dövlət büdcəsini neft asılılığından azad etdi. Qeyri-neft sektorundan gələn gəlirlərin həcmi hər il artmaqdadır. Azərbaycan dünyada çox az dövlətlərdəndir ki, gəlirləri xarici borcları dəfələrlə üstələyir:

"Məhz Prezident cənab İlham Əliyevin ölkə daxilində həyata keçirdiyi iqtisadi islahatlar, eləcə də güclü xarici siyasəti nəticəsində Azərbaycan bu gün tək regionda deyil, beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmişdir.
Prezident cənab İlham Əliyevin ölkə iqtisadiyatında qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi böyük layihələr Azərbaycan iqtisadiyyatının daha da gücləndirilməsinə təkan verdi. Cənab İlham Əliyev dövlət büdcəsini neft asılılığından azad etdi. Qeyri-neft sektorundan gələn gəlirlərin həcmi hər il artmaqdadır. Azərbaycan dünyada çox az dövlətlərdəndir ki, gəlirləri xarici borcları dəfələrlə üstələyir. Prezident cənab İlham Əliyevin müəllifi olduğu iqtisadi islahatların uğurla həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan artıq kredit alan yox, digər dövlətlərə kredit verən bir dövlətə çevrilmişdir.
Azərbaycanda elə bir sahə yoxdur ki, inkişaf etdirilməsin. Prezident seçildiyi ilk vaxtlardan cənab İlham Əliyev gənclərin sağlamlığına, təlim-tərbiyəsinə böyük diqqət ayırdı. Gənclərimiz sağlam olmaqla yanaşı beynəlxalq yarışlarda Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirməklə ölkəmizi tanıtdırırlar. Ölkə başçımız hər zaman Azərbaycanlı gənclərə inandığını bildirir. Bu gün gənc, istedadlı demokratik düşüncəli gənclərimizə böyük etimad göstərilir, onlar dövlət idarəçiliyində, icra orqanları strukturlarında rəhbər vəzifələrə təyin olunurlar.
Prezident cənab İlham Əliyev ölkəmizdə yaratdığı müasir nəqliyyat, logistika, infrastrukturu sayəsində Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşağının mərkəzinə çevrilmişdir. Şərqlə Qərbi birləşdirən bu orta nəqliyyat dəhlizinə bir çox Avropa və Asiya dövlətləri böyük maraq göstərir. Artıq bu marşrut xətlərilə yükdaşımaların həcmi hər il artmaqdadır. Bu da tranzit ölkə olaraq Azərbaycan iqtisadiyatına böyük gəlir gətirməklə yanaşı Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunu artırır.
Prezident cənab İlham Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərindən bəhz edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Cənab İlham Əliyev Azərbaycanda siyasi dialoqun əsasında milli həmrəyliyimizin təməlini yaratdı. Siyasi plüralizmin dəstəklənməsi çoxpartiyalı sistemin inkişafı ölkəmizdə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.
Cənab İlham Əliyevin daxili və xarici siyasətinin prioritetini Azərbaycanın güclü dövlətə çevrilməsi və Azərbaycan xalqının rifahının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. İlham Əliyevin yeritdiyi müstəqil, balanslaşdırılmış siyasəti nəticəsində Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı.
Azərbaycanın müstəqill parlamentarizm tarixində ilk dəfə olaraq 2020-ci ildə müxtəlif siyasi partiyalar qanunverici orqanın rəhbərliyində təmsil olundu. Milli Məclisin sədr müavini, komitə sədri və sədr müavinləri vəzifələrinə müxalif siyasi partiyaların nümayəndələri seçilmişdilər. Prezident cənab İlham Əliyev ölkədə siyasi plüralizmin inkişafına böyük dəstək göstərir. Prezident cənab İlham Əliyev bütün dünya Azərbaycanlarının qürur duyduğu Azərbaycan adlı güclü bir dövlət yaratdı.
İlham Əliyevin güclü lider olması da sübut olunub. Prezident seçildiyi 20 il ərzində cənab İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu gün dünyada belə dövlət başçısına çox az rast gəlmək olar.
Cənab İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın dünyada siyasi və iqtisadi imkanları möhkəmlənib. Bu gün regionda həyata keçirilən beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə reallaşdırılır.
30 il işğal altında olan torpaqlarımız İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində işğaldan azad edildi. İlham Əliyev ərazi bütövlüyümüzü təmin etməklə yanaşı, xalqımızın kimliyini, qürurunu özünə qaytarmış oldu. Qloballaşan dünyada adət-ənənələrimizin qorunub saxlanılması, milli dəyərlərimizə sadiqlik, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi İlham Əliyevin xalq qarşısında əvəzsiz xidmətlərinin nəticəsidir. Bu gün Azərbaycan İlham Əliyevin yaratdığı multikulturalizm, tolerantlıq dəyərləri bütün dünyada nümunə göstərilir. İlham Əliyev Azərbaycanda yaşayan bütün millətləri bir ideya, azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Bu məmləkətdə yaşayan dinindən, dilindən asılı olmayaraq hər kəs azərbaycanlı olması ilə fəxr edir.
Cənab Prezident ölkənin iqtisadi potensialının artırılması yönümündə həyata keçirdiyi siyasət nəticəsində ÜDM dəfələrlə artmışdır. İlham Əliyev Azərbaycanda "neft kapitalını" " insan kapitalına" çevrilməsinə dair strateji nəzəriyyə yaratdı. Bu gün Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir.  Bu sektorda ixrac potensialımız hər gün artmaqdadır. Azərbaycan beynəlxalq aləmdə müstəqil siyasət yeridən strateji və etibarlı müttəfiq dövlət imicini qazanmışdır. Ölkəmizin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi cənab İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzundan xəbər verir.
Prezident cənab İlham Əliyev ölkədə ordu quruculuğuna xüsusi diqqət ayırır. Prezident hər zaman Ermənistanla müharibəyə hazır olmalıyıq fikrini səsləndirirdi. Ermənistan rəhbərliyi Azərbaycana qarşı yeni torpaq iddiaları irəli sürürdü. Bu səbəbdən İlham Əliyev All Baş Komandan olaraq Azərbaycanda güclü,  müasir ordu yaratdı. Bu ordu özləri üçün "məğlubedilməz ordu" imici yaratmış erməni ordusunu 44 günə darmadağın etdi. İlham Əliyevin bacarıqlı sərkərdə olması ilə də çox qürur duyuruq.
Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.  Bu gün YAP regionda ən güclü və nüfuzlu partiyaya çevrilmişdi. YAP ın 85 yerli təşkilatı, 760 mindən çox üzvü var.  YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. Bu vətəndaşlarımızın YAPa və onun sədri cənab İlham Əliyevə olan etimadının  göstəricidir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında ordumuzun rəşadəti, xalqımızın birliyi nəticəsində 30 illik işğala son qoyuldu. Müharibədə böyük Zəfər qazandıq. Artıq Qarabağa "Böyük Qayıdış" planı reallaşmaqdadır. Artıq keçmiş məcburi köçkünlərimiz də öz yurdlarına mərhələli şəkildə dönməkdədir. Müharibə bitəndən bugünədək bərpa və yenidənqurma işlərinə büdcədən 7 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Növbəti il üçün daha 2 milyard ABŞ dolları həcmində vəsait ayrılacaq. 2023-cü il aprelin 23-də Laçın istiqamətində nəzarət buraxılış məntəqəsi yaratmaqla Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Lakin Ermənistan dövlətinə və Qarabağda qalan separatçılara məxsus silahlı dəstələr Azərbaycan hərbiçilərinə və mülki şəxslərimizə qarşı terror aktları törətməkdə davam edirdilər. Bu il sentyabrın 19- da Azərbaycan Ordusu Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirdi. Ermənistana və separatçılara məxsus silahlı qüvvələr 24 saat belə Azərbaycan Ordusu qarşısında tab gətirə bilmədi və təslim olduqlarını bildirdilər. Bununla da Azərbaycan Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi, xunta rejiminin Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətmiş rəhbərləri həbs edilərək Bakıya gətirildi. Prezident cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti daha yüksək zirvələr fəth edəcək və böyük uğurlara imza atacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 721   Tarix: 16 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr