"Ermənilərin Azərbaycana renteqrasiyasının effektivliyi üçün riyakar beynəlxalq subyektlərin müdaxiləsinə imkan verilməməlidir" - Deputat

"Ermənilərin Azərbaycana renteqrasiyasının effektivliyi üçün riyakar beynəlxalq subyektlərin müdaxiləsinə imkan verilməməlidir" - Deputatİstiqamət: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi, mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

"Revanşist niyyətlərdən uzaq duran erməni əsilli sakinlərini Azərbaycan cəmiyyətinə renteqrasiyasının effektivliyi üçün bu prosesə regiona yad olan ünsürlərin, həmçinin riyakar beynəlxalq subyektlərin müdaxiləsinə imkan verilməməlidir. Belə olan halda Azərbaycan cəmiyyəti ən azı Sovet dövrünün 70 illik birgəyaşayış təcrübəsinə əsaslanaraq, heç bir xüsusi zəruri tədbirlərə ehtiyac olmadan reinteqrasiyanı uğurla reallaşdıra biləcək".

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, Yaxın Şərqdən, digər ərazilərdən qanunsuz köçürmə cinayətinin subyekti kimi bölgəyə gətirilməyən, hazırda Azərbaycan bayrağı altında Azərbaycan qanunları çərçivəsində yaşamağa razı və hazır olan hər bir Qarabağ ermənisi Azərbaycan cəmiyyətinin tərkib hissəsi ola, bu prosesdə inkişaf və tərəqqidən faydalanaraq Azərbaycan dövlətinin inkişafına öz tövhəsini verə bilər:

"Qarabağın erməni əsilli sakinlərinin Azərbaycan cəmiyyətinə renteqrasiyası artıq başlayıb, proses kifayət qədər rəvan şəkildə könüllülük əsasında davam edir. Bakının bu prosesdə mövqeyi aydındır. Azərbaycan ərazisində əvvəldən vətəndaşlıq hüququ olan, sonradan Yaxın Şərqdən, digər ərazilərdən qanunsuz köçürmə cinayətinin subyekti kimi bölgəyə gətirilməyən, hazırda Azərbaycan bayrağı altında Azərbaycan qanunları çərçivəsində yaşamağa razı və hazır olan hər bir Qarabağ ermənisi Azərbaycan cəmiyyətinin tərkib hissəsi ola, bu prosesdə inkişaf və tərəqqidən faydalanaraq Azərbaycan dövlətinin inkişafına öz tövhəsini verə bilər. Möhtərəm Prezidentin özünün də dediyi kimi Qarabağın erməni əsilli sakinləri Azərbaycanın digər vətəndaşları kimi istər qanunvericiliklə, istərsə də əlavə sosial tədbirlərlə müəyyən olunan bütün haqlardan, hüquqlardan istifadə edə və bu cəmiyyətin tam hüquqlu üzvünə çevrilə bilər. Bu mənada ermənilərin Azərbaycan cəmiyyətinə rentiqrasiyası üçün xüsusi inzibatı metodlara və yaxud digər müəyyən olunmamış üsullara əl atılmasına ehtiyac yoxdur. Öz axarı ilə davam etməkdə olan prosesin reallaşması üçün bütün zəruri infrasturuktur, o cümlədən Azərbaycanın aidiyyəti dövlət sturukturlarının əməkdaşları artıq Xankəndidə fəaliyyət göstərir. İndiki məqamda Qarabağın Azərbaycan qanunları və bayrağı altında yaşamağa razı olan, revanşist niyyətlərdən uzaq duran erməni əsilli sakinlərini Azərbaycan cəmiyyətinə renteqrasiyasının effektivliyi üçün bu prosesə regiona yad olan ünsürlərin, həmçinin riyakar beynəlxalq subyektlərin müdaxiləsinə imkan verilməməlidir. Belə olan halda Azərbaycan cəmiyyəti ən azı Sovet dövrünün 70 illik birgəyaşayış təcrübəsinə əsaslanaraq, heç bir xüsusi zəruri tədbirlərə ehtiyac olmadan reinteqrasiyanı uğurla reallaşdıra biləcək".

Qeyd edək ki, hazırda Qarabağda 50-1000 erməni sakinin olduğu bildirilir.

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Ermənilərin Azərbaycana renteqrasiyasının effektivliyi üçün riyakar beynəlxalq subyektlərin müdaxiləsinə imkan verilməməlidir" - DeputatŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1165   Tarix: 18 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr