"İlham Əliyev Azərbaycanın 200 illik tarixində ən böyük qələbəyə imza atdı" - Kamilə Əliyeva

"İlham Əliyev Azərbaycanın 200 illik tarixində ən böyük qələbəyə imza atdı" - Kamilə Əliyeva"2023-cü il oktyabrın 15-də Prezident cənab İlham Əliyev Azərbaycanın 200 illik tarixində ən böyük qələbəyə imza atdı. Xankəndində müqəddəs bayrağımızı qaldıran Prezidentimiz Azərbaycanın bütövlüyünü və suverenliyini özünə qaytardı".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

O qeyd edib ki, son 20 ildə cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən sürətli inkişaf mərhələsinə keçmişdir:

"Prezident cənab İlham Əliyev 20 il əvvəl xalqa Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyinə söz verdi və bu müqəddəs amal uğrunda yorulmadan çalışdı. Prezidentimiz xalqımızı da ruhdan düşməyə qoymadı və hər kəsi inandırdı ki, biz nəyin bahasına olursa olsun torpaqlarımızı qaytaracağıq. Prezident cənab İlham Əliyev 20 il ərzində xalqımızın tarixinə yeni şanlı səhifələr yazdı. 2023-cü il oktyabrın 15-də Prezident cənab İlham Əliyev Azərbaycanın 200 illik tarixində ən böyük Qələbəyə imza atdı. Xankəndində müqəddəs bayrağımızı qaldıran Prezidentimiz Azərbaycanın bütövlüyünü və suverenliyini özünə qaytardı.
Son 20 ildə cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən sürətli inkişaf mərhələsinə keçmişdir. İqtisadiyyatımız 4 dəfədən çox artmışdır. İqtisadi gücümüz artdıqca ordu quruculuğu istiqamətində də böyük işlər görüldü. Prezident cənab İlham Əliyev güclü Azərbaycan Ordusu yaratdı. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordularından sayılır. Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə Ordumuz 2020-ci ildə cəmi 44 günə torpaqlarımızı işğaldan tam azad etdi. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri uğurla başa çatdırıldı. Bununla da Azərbaycan Qarabağda ərazi bütövlüyünü bərpa etdi.
Ötən əsrin 80-ci illərinin axırlarından başlayaraq Azərbaycanda ictimai-siyasi vəziyyət getdikcə ağırlaşırdı. Qarabağda fəallaşan erməni millətçiləri bölgəni Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi barədə məsələ qaldırdılar. Qarabağdakı millətçilər, daşnaklar və xaricdən bura gətirilən terrorçular azərbaycanlıları qətlə yetirdilər. O vaxtlar Azərbaycanda siyasi hakimiyyətdə olanlar bütün bu hadisələrə göz yumurdular, tədbir görməyə cəsarətləri çatmırdı. AXC - Musavat cütlüyünün zorla hakimiyyətə gəlişindən sonra vəziyyət daha da pisləşdi. Ermənistan ordusu ard - arda torpaqlarımızı işğal etməyə başladı. Hakimiyyətdə olanların başı Azərbaycan dövlətinin sərvətlərini talamağa qarışmışdı. O vaxtlar ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı torpaqlarımız işğal olunmazdı, ermənilər Xocalı, Daşaltı, Malıbəyli, Meşəli və digər soyqırımları həyata keçirə bilməzdilər. Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanda hakimiyyətdə olduğu və 1982-ci ildən 1987-ci ilədək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrlərdə ermənilər bir dəfə də olsun cürət edib Qarabağda bu cür cinayət əməlləri törədə bilməzdilər. Bütün hadisələr Heydər Əliyevin Sivet rəhbərliyindən uzaqlaşdırıldıqdan cəmi 2 həftə sonra baş vermişdir. Prezident cənab İlham Əliyevin çıxışında vurğuladığı kimi Azərbaycan cəmi 6 il Heydər Əliyevsiz qalmışdır və bu 6 il xalqımız üçün faciəvi, böhranlı, utanverici illər kimi tarixdə qaldı.
Prezident cənab İlham Əliyev torpaqlarımızı erməni işğalından azad etdi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edərək xalqımızın qürur və ləyaqətini özünə qaytardı. Artıq biz qalib dövlət, qürurlu xalqıq. Bu gün Azərbaycan bütövdür və ölkəmizin bütün ərazilərində Azərbaycan bayrağı dalğalanır. Prezident cənab İlham Əliyev 20 il ərzində Azərbaycanı güclü, güdrətli, dünyada böyük nüfuza və söz sahibinə malik bir dövlətə çevirdi. Heç bir dövlət, qüvvə bizimlə zorla, təhdidlə danışa bilməz. Bir vaxtlar Xankəndində özlərini "prezident", "baş nazir" adlandıran, Azərbaycana hədə qorxu gələnlər artıq Bakıda təcridxanada öz layiqli cəzalarını gözləyirlər.
15 oktyabr 2023-cü tarixi Azərbaycanda yaşayan azərbaycanlılarla bərabər bütün dünya azərbaycanlıları üçün tarixi bir gündür. Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverenliyimizin bərpası uğrunda şəhid olanların ruhlarının şad olduğu gündür. Bu gün Xankəndində, Xocalıda və bütün şəhər və kəndlərimizdə qaldırılan Azərbaycan bayrağı əbədi bu yerlərdə dalğalanacaq. Tarix kitablarımızda xalqımız qəhrəman xalq, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev bütöv Azərbaycan dövlətini yaradan qalib sərkərdə kimi yazılacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 837   Tarix: 19 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr