"Zəngilanda inşa ediləcək hava limanı bu bölgəni beynəlxalq nəqliyyat logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır"-Kamilə Əliyeva

"Zəngilanda inşa ediləcək hava limanı bu bölgəni beynəlxalq nəqliyyat logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır"-Kamilə Əliyeva"Zəngilan coğrafi cəhətdən Azərbaycan üçün çox əhəmiyyətli bir ərazidə yerləşir. Zəngilanı Naxçıvandan ayıran 40 km lik Zəngəzur dəhlizidir. Bu dəhliz açıldıqdan sonra xalqımızın Azərbaycanın qədim torpağı olan Zəngəzura qayıdışı təmin ediləcək. Dəhlizin açılması ilə Zəngilanın Qərbi Zəngəzurla, daha sonra Naxçıvan və Türkiyə ilə birləşdirilməsi Azərbaycanın növbəti tarixi qələbəsi olacaq. Zəngəzur dəhlizinin açılması bölgə dövlətləri ilə yanaşı Şərq - Qərb nəqliyyat marşrutunun üzərində yerləşən bütün dövlətlərin iqtisadiyyatının yüksəldilməsinə böyük təkan verəcək".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

O qeyd edib ki,Zəngilanda inşa ediləcək hava limanı bu bölgəni beynəlxalq nəqliyyat logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. İşğaldan azad edilmiş bütün torpaqlarımızda sürətli şəkildə böyük quruculuq və abadlıq işləri aparılır:

"Çox da uzaq olmayan tarixdə, XIX əsrin əvvəllərində Rusiya Qafqazı işğal etdikdən sonra yeni ərazi inzibati bölgə yaratdı. Zəngəzur qəzası Gəncə quberniyasına tabe edildi və Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın bu quberniyaya daxil edildi.
Bolşeviklərin köməyi ilə qədim Azərbaycan torpaqlarında ermənilər öz dövlətlərini qurdular və Zəngəzur qəzasını işğal etdilər. Bolşevik Rusiyasının köməyi ilə Zəngəzur Azərbaycandan alınaraq Ermənistana birləşdirildi. Nəticədə Zəngəzur qəzasının yuxarı hissəsi Ermənistana, Laçın, Qubadlı, Zəngilan bölgələri Azərbaycanın tərkibinə verildi. Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən işğal edilən Zəngilanın ərazisində azərbaycanlılara məxsus onlarla tarixi, dini abidələr mövcud olmuşdur. Erməni vəhşiləri bütün qədim abidələri dağıtmışdılar. Rayon ərazisində qızıl, qara mərmər yataqları, əhəng xam malı və sair faydalı qazıntılar var idi. Ermənilər bu yataqları qeyri-qanuni istismar edib, məhsullarını xarici dövlətlərə satırdılar. Rayon ərazisindən keçən ölkəmizin ən böyük çaylarını ekoloji fəlakət səviyyəsinə çatdırmışdılar. 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət olan Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan ordusu tərəfindən işğal edilmişdir. 45 mindən çox olan Zəngilan əhalisi məcbur olaraq respublikamızın 43 rayonunda məskunlaşdırıldı. Zəngilan Qubadlı, Cəbrayıl rayonları, eləcə də Araz çayı boyunca İranla həmsərhəddir. Zəngilan ərazisində olan XVII əsrə aid İmam Hüseyn məscidi də daxil olmaqla digər əsrlərə aid məscidlər, Xanazor və Yeməzli kəndlərindəki Alban kilsələri də ermənilər tərəfindən dağıdılmışdır. Həmçinin rayon ərazisində yerli sakinlərlə yanaşı bütün azərbaycanlılar üçün müqəddəs ziyarətgahlar da erməni vandallarının vəhşiliyinə məruz qalmışdır. Zəngilan ərazisi IX-XVI əsrlərə aid unikal tarixi memarlıq abidələri ilə də zəngin olub.
Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-dən başlayaraq Zəngilanın işğaldan azad edilməsi əməliyyatına başladı. Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunun yaşayış məntəqələrinin işğaldan azad edilməsi ordumuzun Zəngilan rayonunun ərazisində uğurlu hərbi əməliyyatlar keçirməsinə zəmin yaratdı. Zəngilan uğrunda döyüşlər Sərhəd Xidməti Qoşunlarının Komandanlığı altında aparılmışdır. 2020-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciət edərək Zəngilan rayonunun altı kəndi ilə yanaşı, Zəngilan şəhərinin də işğaldan azad edilməsi barədə xoş müjdə verdi. 1 şəhər, 4 qəsəbə və 49 kənd işğaldan azad edildi. Işğal altında qalmış 132 kilometrlik sərhədlərimiz bərpa edildi.
2020-ci il noyabrın 26-da "Zəngilanın azad olunmasına görə" medalı təsis olundu. Prezident cənab İlham Əliyevin sərəncamları ilə 6972 hərbi qulluqçu "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Zəngilan coğrafi cəhətdən Azərbaycan üçün çox əhəmiyyətli bir ərazidə yerləşir. Zəngilanı Naxçıvandan ayıran 40 km lik Zəngəzur dəhlizidir. Bu dəhliz açıldıqdan sonra xalqımızın Azərbaycanın qədim torpağı olan Zəngəzura qayıdışı təmin ediləcək. Dəhlizin açılması ilə Zəngilanın Qərbi Zəngəzurla, daha sonra Naxçıvan və Türkiyə ilə birləşdirilməsi Azərbaycanın növbəti tarixi qələbəsi olacaq. Zəngəzur dəhlizinin açılması bölgə dövlətləri ilə yanaşı Şərq - Qərb nəqliyyat marşrutunun üzərində yerləşən bütün dövlətlərin iqtisadiyyatının yüksəldilməsinə böyük təkan verəcək.
Müharibə başa çatdıqdan sonra Zəngilanda böyük logistika layihələri həyata keçirilməyə başladı. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu böyük strateji əhəmiyyətə malikdir. Zəngilanda inşa ediləcək hava limanı bu bölgəni beynəlxalq nəqliyyat logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. İşğaldan azad edilmiş bütün torpaqlarımızda sürətli şəkildə böyük quruculuq və abadlıq işləri aparılır. Artıq "Böyük Qayıdış" proqramı uğurla davam etdirilir. İlk pilot layihə Zəngilanın Ağalı kəndində reallaşdı. 200 evdən ibarət yeni Ağalı kəndi salındı. Artıq Ağalı kəndinin sakinləri öz yurdlarına qayıdıblar. Zəngilan şəhərinin ilk sakinləri isə 2025-ci ilə qədər öz doğma evlərinə dönəcəklər. Burada əhalinin məşğulluğu ilə yanaşı bütün sosial xidmətlər yaradılmaqdadır.r. Heydər Əliyev Fondu tərəfindən Zəngilan məscidi bərpa olunmaqdadır. İşğaldan azad edildikdən sonra Prezident cənab İlham Əliyev 10 dəfə Zəngilana səfər edib. Ölkə başçımız bütün səfərlərində yeni müəssisələrin, yaşayış evlərinin və sosial obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edib. Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İşğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözü gedən Sərəncama əsasən 20 oktyabr Zəngilan şəhəri kimi müəyyən olunub".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1066   Tarix: 20 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr