Zahid Oruc yeni Müstəqillik Günü təsis olunmasını təklif edib
"1991-ci ildə Müstəqillik Bəyannaməsi qəbul ediləndə Xankəndi, Qarabağın inzibati ərazisinin 1/3-i Azərbaycanın nəzarətində deyildi".
Sonxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib.
Zahid Oruc deyib ki, Vətən müharibəsində qazanılan Zəfər millətimizə 20 sentyabr bütövlüyündən doğulan Yeni Müstəqillik Günü bəxş edib: "Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü Respublikanın Qələbə tarixini milli "Müstəqillik gün"ü kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik. 8 noyabr dünya erməniçiliyi üçün matəm günüdür və onlar 90-cı illərin Azərbaycanı kimi 13 sentyabr Qaragöl, 12 dekabr Xankəndi-Laçın yolu, 23 apreli Laçın sərhəd məntəqəsi, 28 mart Fərrux yüksəkliyi və nəhayət, 20 sentyabr Xankəndinin itirilməsini faciə təqviminə çeviriblər. Əlbəttə, bir millət 90-cı ilin Qələbəsini deyil, soyqırımı həyat amalına çevirmişdisə, sonu belə də olmalıydı. 1-ci Qarabağ savaşından sonra Ermənistanın milli qəhrəmanı olanlar 44 günlük müharibədən sonra titullarını itiriblər. İndi 200 il bir əsatirə çəkilən xərcin əvəzini kim ödəyəcək? Yerə salınan bayraq və gerbi haradan asacaqlar? 30 ilin dağ ordusu silahı təhvil verib mülki geyimdə Azərbaycanı tərk edib. Bir nəfər belə hərbi mundiri ilə sərhəd məntəqəsində həbs olunub öz xalqının qəhrəmanına çevrilməyib. Nə 44 gündə, nə də 20 sentyabrda bir qəhrəmanlıq səhnəsi yoxdur ki, onun üzərində Azərbaycanın Horadiz əməliyyatına bənzər uğur hekayəsi qursunlar. Azərbaycan xalqı torpaqlarını vuruşaraq geri qaytarıb. Ona görə də İlham Əliyev Şuşa və Xankəndini siyasi paytaxta çevirir, dövlət rəhbərlərini azad torpaqlarda qəbul edir və regionun gələcəyini yeni zirvələrdən verir".
Deputatın sözlərinə görə, Yaxın Şərqdə coğrafiyası genişlənən müharibə sübut edir ki, Ermənistanla "sülh müqaviləsi" bağlasaq da, sümürgən Qərb imperializmi bizdən əl çəkməyəcək: "Niderland, İspaniya, Avstriyanın qərarı sübutdur. Gəlin, unutmayaq: Qarabağ 30 il bizi birləşdirən milli ideal idi, indi onu itirilmiş sayan dünya erməniçiliyi Xankəndini səfərbərlik simvoluna çevirir. Bizim növbəti vəzifəmiz düşmənin həsrətini yox etməkdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 754 Tarix: 20 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
Gəncə şəhərində 5 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qaynarinfo xəbər verir ki, Gəncədəki məktəblərin birində təhsil alan 5 şagird - S.Abbasova (2017), R.Tağıyeva (2017), R.Kazımova (2017), D.Əliyeva (2017) və N.Quliyeva (2017) zəhərlənib. Onları müəllimlərin köməyi ilə Gəncə Şəhə
1 oktyabrVasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?
Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra
2 oktyabr"Melissa Park"ın əməkdaşı külli miqdarda narkotiklə tutulub
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilib. -nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 1997-ci il təvəllüdlü Maqsud İbrahimov (soyad şərtidir) saxlanılıb
2 oktyabr20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
1 oktyabrRamiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini
1 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabr