Qərbi Azərbaycan İcması ABŞ və Aİ-ni insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməməyə çağırıb

Qərbi Azərbaycan İcması ABŞ və Aİ-ni insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməməyə çağırıb"Qərbi Azərbaycan İcması Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqının (Aİ) 2023-cü il 20 oktyabrda keçirdikləri zirvə görüşünün Birgə Bəyanatında Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə yol verilmiş ayrı-seçkilikdən dərindən təəssüflənir".

Bu barədə İcmanın yaydığı məlumatda bildirilib.

"Sənəddə Azərbaycanın Qarabağ bölgəsinin ermənilərinin "hüquq və təhlükəsizliyi", o cümlədən, onların geri qayıtmasına dəstək ifadə edilsə də, Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı oxşar dəstəyin ifadə edilməməsi etnik əsasda ayrı-seçkilikdir və bölgədə sülhün bərqərar olmasına əngəl törətmək məqsədi daşıyır. Keçmiş münaqişənin təsirinə məruz qalmış insanların əhatə dairəsinin daha geniş olmasına baxmayaraq, ancaq Qarabağ ermənilərinin hallandırılması, həmin bölgədə olmuş separatizmi yenidən dirçəltmək məqsədi daşıyır.
Bəyanatda suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması əsasında Azərbaycan və Ermənistan arasında sülhün təşviq olunmasına ifadə olunan dəstəyi ilk baxışda müsbət hesab etmək olar. Lakin, Azərbaycan ərazilərinin 30 il işğal altında saxlandığı dövrdə niyə bu cür birmənalı dəstək ifadə edilməməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq sual doğurur.

Qərbi Azərbaycan İcması ABŞ və Aİ-nin Ermənistan və Azərbaycan arasında münaqişənin 30 il ərzində həll edilməmiş qalması ilə bağlı məsuliyyətini xatırladır və onları münaqişənin nəhayət Azərbaycanın səyləri sayəsində həll edilməsindən sonra bölgədə davamlı sülh üçün yaranmış unikal imkanı məhv etməməyə, insan hüquqları məsələsində ayrı-seçkiliyə yol verməməyə və Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına dəstək verməyə çağırır", - deyə məlumatda qeyd olunub.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 847   Tarix: 22 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və digər türk dövlətləri təhlükəsizlik məsələlərində ortaq hərəkət etməlidirlər - ŞƏRH

"Türk Dövlətləri Təşkilatının təhlükəsizlik məsələləri ən ciddi məsələlər sırasındadır. Türk dövlətləri olaraq ortaq təşkilatda birləşiriksə və daha irəli getmək istəyiriksə, təhlükəsizlik məsələlərinə də ciddi diqqət yetirməliyik. Ən əsası isə bu sahədə ortaq hərəkət etməliyik. Çünki ayrı-ayr

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr