Küçəyə atılan körpələr: ictimai immun çatışmazlığı, yoxsa qanundakı boşluqlar...

Küçəyə atılan körpələr: ictimai immun çatışmazlığı, yoxsa qanundakı boşluqlar...Xəbər verildiyi kimi, Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb. Uşaqlar 4 aylıq körpə qız, digəri isə 3 yaşlı oğlan uşağıdır. Həmin uşaqlar şəhərin mərkəzində tapılaraq Gəncə Şəhər Uşaq Xəstəxanasına gətirilib.

Az sonra məlum olub ki, uşaqların qəyyumu olan nənə əvvəlcə 4 aylıq körpəni, sonra isə qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyub. Qadın bunun səbəbi barədə danışıb. Mehriban Cəlilova deyib ki, qızı narkotik aludəçisidir. O, qızı ilə bağlı başqa ittihamlar da səsləndirib və belə olduğu halda uşaqların anasının yanında böyüməsini istəmədiyini deyib. Onun sözlərinə görə, qızı hər gün evdə dava salır və o, məcbur olaraq bu addımı atıb. O həm də uşaqları müvəqqəti olaraq İcra Hakimiyyətinə verdiyini açıqlayıb. "Mən nəvələrimdən imtina etməmişəm", - qadın iddia edib.

Elə həmin gün uşaqların anası övladlarını geri istədiyini bildirib. Belə ki, İ.Cəlilova övladlarının olduğu Gəncə şəhər 2 Saylı Uşaq Xəstəxanasına gedərək onları ordan götürmək istəyib. Lakin qadının narkotik aludəçisi olması, sosial durumu və onun övladlarının qəyyumu olan nənəsinin uşaqlara baxmaq istəməməsi səbəbləri nəzərə alınaraq uşaqlar ona verilməyib. Qadınla bu barədə danışıqlar aparılıb və ona bildirilib ki, hər iki övladının sağlıq durumu yaxşıdır və onlar oktyabrın 26-da Bakıdakı Körpələr Evinin birinə yerləşdiriləcək.

Qeyd edək ki, körpələrin son vəziyyəti ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən açıqlama verilib. Komitənin mətbuat katibi Teymur Mərdanoğlu qeyd edib ki, qeyd olunan məsələ Komitə tərəfindən tam nəzarətə götürülüb, araşdırmalara başlanılıb.

"Uşaqlar bir müddət öncə nənənin qəyyumluğuna verilib. Nənə qəyyumluqdan imtina edərək uşaqları Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısına qoyub və oranı tərk etmək istəyib. Uşaqlar xəstəxanaya yerləşdirilib, İcra Hakimiyyəti tərəfindən azyaşlılarla bağlı məlumat Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin altsisteminə yerləşdirilib".

O qeyd edib ki, Komitənin əməkdaşları tərəfindən yataqxanada yaşayan ailəyə baxış keçirilib:

"Uşaqların vəziyyəti qiymətləndirilib, ananın narkotik aludəçisi olduğu təsdiqlənib. Hazırda uşaqlar xəstəxanata müayinə keçib, müvafiq müalicə alıblar. Komissiya tərəfindən uşaqlara geyim və qida ilə bağlı lazımi dəstək göstərilib. Həftənin sonu 4 aylıq körpə Bakıda yerləşən körpələr evinə, 3 yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək".

Lakin məlum olduğu kimi, nənə nəvələrindən imtina etmədiyini deyib. Belə çıxır, uşaqlar təzədən onun qəyyumluğuna verilə bilər? Bəs narkoman ananın öz övladları üzərində hər hansı hüququ varmı? Ümumiyyətlə, belə halların təkrarlanmaması, uşaqların ailədaxili münasibətlərin qurbanına çevrilməməsi üçün nələr edilməlidir?

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa "Yeni Müsavat"a danışıb. Millət vəkili qeyd edib ki, bu cür məsələlərdə uşaqlar mütləq dövlətin himayəsinə götürülməlidir, onları taleyin ümidinə buraxmaq olmaz:

"Belə halda əsas məsələ uşaqların dövlət tərəfindən himayəyə götürülməsi ilə bağlı olmalıdır. Dövlət bir mexanizm qurmalı, anası narkotik istifadəçisi olan və yaxud bu cür fəaliyyətlə məşğul olan şəxslərin uşaqlarının taleyini həll etməlidir. Əks halda burada uşaqlar başsız qalacaq və onlara qarşı hər hansı bir şəkildə qurma mexanizmləri işləməyəcək.

Nənənin gəliri, yaşayışı uyğun olmaya bilər. Qızı ilə eyni evdə yaşamaq istəməz, nənə də dünyasını dəyişə bilər, ona görə də uşaqların taleyi əsas məsələdir. Bu baxımdan uşaqların taleyi ilə bağlı qərar verilməsi, onlar dövlətin himayəsində böyüməlididlər. Onları taleyin ümidinə buraxmaq olmaz".

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də mövzu ilə bağlı danışıb:

"Nənə uşaqları aparıb, icra hakimiyyətinin binasının önünə qoyub və bunun da onunla əsaslandırıb ki, "uşaqlara baxa bilmirəm". Axı bunun prosedur qaydaları var. Nənə aidiyyəti orqanlara müraciət etməli idi ki, qəyyumluğumda olmadığı halda uşaqlara baxır, uşaqlar həssas qrupdandır və sairə. Ola bilər ki, nənə bu haqda məlumatsızdır. Amma əgər artıq uşaqları aparıb ora qoyubsa, onda "mən imtina etmirəm" nə deməkdir? Birmənalı şəkildə həmin valideyni valideynlik hüquqlarından məhrum edib, uşaqları da dövlətin himayəsinə verərək, onlar üçün normal şərait yaradılmalıdır. Kim qarante verir ki, nənə uşaqlara sahib çıxdıqdan sonra onların vəziyyəti normal olacaq?

Bəli, narkotik istifadəçisi olan ananın da uşaqları üzərində hüququ var. Sadəcə ananın həssas qrupdan olması, zərərli vərdişləri olması dəyərləndirilməlidir. Nə qədər ki, həssas, zərərli vərdişləri olan, münaqişəli ailələrin bazası yardılmayacaq, belə problemlərlə daim qarşılaşacağıq. Əgər vahid baza olarsa artıq bu vahid baza ətrafında həm dövlətin yükü yüngülləşər, biz də digər qurumları qınamarıq ki, niyə vaxtında lazımi tədbirlər görməmisiniz. Yəni, koordinasiya, baza yoxdur, nəticədə ortaya gəlib çıxan atılmış uşaqlar olur".

Kəmalə Ağazadənin sözlərinə görə, bu cür problemlərin həlli üçün maarifləndirmə işləri aparılmalıdır:

"Maarifləndirmə olmalıdır və maarifləndirmədə daha çox dəyərlərdən danışmalıyıq. Mənəvi dəyərlərimiz, ideologiyamızı formalaşdırmalıyıq.

Bu gün xeyli sayda tək analar var ki, övladlarına tək baxır və biz onlara deyirik ki, canın çıxsın uşağına bax. Amma canın çıxsın uşağa bax deməzdən əvvəl sosial rifahı düzəltmək lazımdır. Sosial rifahı düzəltsək, bir çox problemlərin qarşısını almış olarıq.

Və ən önəmlisi bu gün cəmiyyətdə narkomaniyanın qarşısının alınması üçün çox ciddi işlər aparılmaldır. Bəzən mətbuatda oxuyuruq ki, hansısa gözəllik salonunda patı satıcıları var. Buna kim nəzarət edir? Niyə yuxarı sinif şagirdləri arasında narkotik istifadəçilərinin sayı artır? Demək ki, bunu satan var, alan da var. Beləliklə, narkomaniyanın qarşısının alınması istiqamətində ciddi iş aparılmalıdır.

Daha bir məsələ, psixoloqlarla bağlıdır. Bu gün özünə psixoloq deyən nə qədər adamlar var ki, uşaqları şikəst edir. Kim onların fəaliyyəti ilə bağlı monitorinq aparır? Hərəsi bir klinika açır, vəssalam. Bəs klinikanın işinə kim nəzarət etməlidir? Bəlkə, elə o psixoloqlar "canlı bomba"lar hazırlayıb, ailələrə ötürürlər, bundan xəbərimiz varmı?

Həmçinin ailə modellərinin gücləndirilməsi çox önəmlidir. Bunun üçün də dövlət proqramları olmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 9246   Tarix: 28 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021