"Ermənistanda azərbaycanlılara qarşı nifrət nitqi daha da artır" - Ombudsman
"Bu gün sosial şəbəkələrdə və rəqəmsal mediada Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi daha da artmaqdadır".
Sonxeber.az xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda keçirilən Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi hesabatının təqdimatında deyib.
Onun sözlərinə görə, Ermənistanda cəmiyyətin müxtəlif təbəqələri, eləcə də dünyanın müxtəlif bölgələrində yaşayan erməniəsilli şəxslər tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi kəskin şəkildə ifadə edilməkdədir: "Bu cür hallar İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə daha geniş vüsət almışdır. Belə ki, istər sosial şəbəkələrdə, istərsə də mətbuatda ölkəmizə və azərbaycanlılara qarşı aşağılayıcı, təhqiramiz, açıq şəkildə nifrəti təbliğ edən ifadələr səsləndirilib".
Ombudsman bildirib ki, hazırda sosial şəbəkələrdə, internet saytlarda davamlı olaraq azərbaycanlıları hədələyən açıqlamaların verilməsi, onlara münasibətdə aqressiv və insan ləyaqətini alçaldan ifadələrin işlənməsi, etnik zəmində nifrətin təşviq edilməsi məhz uzun illərdir Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış dözümsüzlük siyasətinin daha bir təzahürüdür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1124 Tarix: 30 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
2 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabrXəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA
Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin
2 oktyabr