"Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri" layihəsi çərçivəsində regionlarda keçirilən təlimlər başa çatıb
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən icra edilən "Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri" layihəsi çərçivəsində regionlarda təşkil edilən təlimlər 28-29 oktyabr tarixlərində Zaqatala rayonunda keçirilən təlimlə başa çatıb.
Təlimçi Rafat Şirəliyev iştirakçılara innovasiya və startap nədir, onlar arasında əlaqə necə qurulur, innovativ ideyaların formalaşdırılması, innovasiya fəaliyyətinin strategiyası, digital marketinq və bu kimi digər mövzular üzrə ətraflı məlumat verib. Tapşırıqlar əsasında daha faydalı informasiyanın araşdırılmasını aparan gənclər, yeni ideyaların formalaşdırılması və ideyanın marketinq planının qurulması üzrə qrup işi icra ediblər. İştirakçılar, həmçinin komandalara bölünərək hazırladıqları layihə təkliflərinin təqdimatını keçirib, təqdim edilən layihələrin müzakirəsini aparıblar. Təlimçi tərəfindən mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, "Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri" layihəsi innovasiya və dördüncü sənaye inqilabının texnologiyalarından istifadənin təşviqinin genişləndirilməsi, bu istiqamətdə baş verən proseslər və icra olunan fəaliyyətlərlə bağlı region gəncləri arasında məlumatlılığın artırılması məqsədilə icra edilir. Zaqatala ilə yanaşı, Lənkəran rayonu və Gəncə şəhərində də təşkil edilən təlimlərdən, ümumilikdə 100-dən çox gənc yararlanıb və bütün iştirakçılara sertifikatlar təqdim olunub.
Layihə növbəti mərhələdə innovativ tədqiqatların təşviqinə yönləmiş mövzuları əhatə edən onlayn təlimlərlə davam etdiriləcək.









Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 847 Tarix: 30 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
2 oktyabrDönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabrMasallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama
Masallı rayonunda 3 nömrəli tam orta ümumtəhsil məktəbində baş verən hadisənin təfərrüatı məlum olub. Valideynlər hadisənin səhlənkarlıqdan baş verdiyini və xəsarət alanların sayının orta məktəb rəhbərliyi tərəfindən gizlədildiyini iddia edirlər. Olay zamanı gözündən ciddi xəsarət alan 2013-cü il təvəllüdl
2 oktyabr"TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
1 oktyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabrXəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA
Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin
2 oktyabr