Beynəlxalq axtarışda olan dörd nəfər Azərbaycana ekstradisiya edildi
Beynəlxalq axtarışa verilmiş dörd nəfərin Rusiyadan ölkəmizə ekstradisiyası təmin edilib.
Sonxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının dörd vətəndaşı - Həbib Kaltayev, Məhərrəm Miriyev, Rəşad Tağıyev və Cəmşid Bədirzadənin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Həbib Kaltayevin dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə, eləcə də bu məqsədlə keçirilən döyüş təlimlərində iştirak etmə, Məhərrəm Miriyevin xuliqanlıq, Rəşad Tağıyev və Cəmşid Bədirzadənin isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa veriliblər.
Yuxarıda adları göstərilən şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq 30.10.2023-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 920 Tarix: 31 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın bir sıra rayonlarına qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında fevralın 23-də əsasən gecə və axşam saatlarında, 24-də bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərd
22 fevralSabiq icra başçısının həbs müddəti uzadıldı
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb. "Report"un məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub. Qeyd edək ki, 2025-c
23 fevralAzərbaycanda bu şəxslərə KOMPENSASİYA ödəniləcək
"Konstitusiya Məhkəməsi işçilərə əlavə kompensasiyaların ödənilməsi ilə bağlı vacib qərar qəbul edib. Qərara əsasən, əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi məzuniyyətlərinə görə kompensasiya ödəniləcək". xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramo
23 fevralAzərbaycanda ölümlə təhdid edilən şəxsə VƏZİFƏ VERİLDİ
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yeni direktor əvəzi təyin edilib. "Qaynarinfo"ya istinadla xəbər verir ki, TƏBİB rəhbərliyinin müvafiq əmri ilə bu vəzifə Elçin Akif oğlu Əliyevə həvalə olunub. Qeyd edək ki, o, bir neçə ildir sözügedən xəstəxananın baş həkimi vəzifəsində çalışır. Elçin Əliye
21 fevralAzərbaycanda Ramazan ayı qızıl bazarına necə təsir edir? - AÇIQLAMA
Azərbaycanda Ramazan ayının qızıl bazarına təsiri əsasən satış həcmi (tələbat) üzərindən özünü göstərir, qiymətlərin formalaşmasına isə daha çox qlobal bazarda müşahidə olunan meyillər təsir edir. Bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşə
21 fevralVACİB XƏBƏR! Sabah bu ərazilərdə SU OLMAYACAQ
Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə suyun verilməsində fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, fevralı
21 fevral"Koti" ləqəbli tiktoter HƏBS EDİLDİ
"Koti" kimi tanınan tiktoker Zeynəb Zeynallı həbs edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, məhkəmə prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib. "Koti" bu dəfə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən inzibati məsuliyyət
21 fevral