Bakıda artan qarğalar hansı təhlükədən xəbər verir? - VİDEO

Bakıda artan qarğalar hansı təhlükədən xəbər verir? - VİDEOSon zamanlar paytaxt səmasında, eləcə də küçələrdə və parklarda qarğalara daha çox rast gəlinir.

Qarğaların bu qədər çoxalması isə park və xiyabanlardan digər quşların və göyərçinlərin uçub getməsinə səbəb olur. Hətta bəzi hallarda qarğaların park və digər məkanlarda uşaqların əlindən qidalarını qoparmağa cəhd göstərdikləri də müşahidə olunur.

Maraqlıdır ki, qarğaların sayının artmasının səbəbi nədir?

Elm və Təhsil Nazirliyinin Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru, dosent Tahir Kərimov "İqtisadiyyat.az"a açıqlamasında qarğaların sürətli şəkildə çoxalmasının səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, qarğaların sayının artmasının başlıca səbəbi məhdudlaşdıracaq limit amillərinin olmamasıdır:

"Yəni qarğanın əti və yumurtası yeyilmir, hər yerdə yuvalaya bilir. O cümlədən hər şey yeyə bilir.

Şəhərdə ala qarğanın artması sərçələrin yoxa çıxmasına təsir edib. Ala qarğa hətta sərçələrin həm balalarını, həm də yumurtalarını yeyir. Ona görə də sərçələr daha təhlükəsiz yerlərə gedirlər. Bir sözlə, şəhər mühitində yaşamaq qarğalar üçün çətinlik yaratmır".

T.Kərimov paytaxtda yayılan qarğaların əsasən ala, yaxud boz qarğa növünə aid olduğunu söyləyib. Onun sözlərinə görə, qarğa yeganə quşdur ki, güzgüdə özünü və eləcə də digər adamları da tanıya bilir. Ona görə də qarğalar ən çox Dənizkənarı Milli Parkda çayxanaların, kafelərin ətrafında toplaşırlar:

"Qarğa kosmopolit növdür və bu növ quşlar Antraktida və Arktikadan başqa dünyanın hər yerinə yayılıblar. Qarğanın xəstə, zəif quşları sıradan çıxarması əslində insan üçün xeyirdir. Çünki bu, xəstəlik ocaqlarının yaranmasının qarşısını alır. Qarğalar həm quşlar arasında sağlamlaşdırma aparırlar, həm də sağlamları saxlayıb özlərinin gələcək yem bazalarını təmin edirlər. Bütün bunlar elmi sübutlardır.

Qarğaların ziyanlı tərəflərinə gəlincə, qarğanı tutmaq, əllə toxunmaq olmaz. Hətta yerə düşmüş qarğa ölüsünü ancaq əlcəklə götürmək olar. Ölü qarğanı bədənə yaxınlaşdırmaq olmaz, çünki insana ektoparazitlər keçə bilər".

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1413   Tarix: 31 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

Məktəbdə nöqsanlar aşkarlandı, direktor işdən çıxarıldı

Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib. xəbər verir ki, bu barədə APA-ya Qazax-Tovuz Regional Tədris idarəsindən məlumat verilib. Bildirilib ki, qey

2 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA

Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin

2 oktyabr
.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Vasif Talıbov YAP-ın İdarə Heyətindən çıxarıldı: Yeni tərkibdə kimlər var?

Yeni Azərbaycan Partiyası (YAP) VII qurultayı keçirilib. xəbər verir ki, qurultayda İdarə Heyətinin (İH) yeni tərkibi müəyyənləşib. Belə ki, Vasif Talıbov, Cavid Osmanov, Elşad Mirbəşiroğlu, Ramin Məmmədov və Rövşən Bayramov idarə heyətinin üzvlüyündən çıxarılıblar. Bundan əlavə, Ziyafət Əsgərov, Hicra

2 oktyabr
.

Prokurorluq toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı araşdırma aparır. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 30-da Kürdəmir şəhəri ərazisində yerləşən iaşə obyektlərindən birində keçirilən məclisdə iştirak etmi

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəmənin hazırlıq iclasında fiziki olaraq iştirak etməyib. Onun məhkəmə zalına gəlmək istəməməsini

1 oktyabr