Azərbaycan klubundan ŞOK AÇIQLAMA

Azərbaycan klubundan ŞOK AÇIQLAMAAzərbaycan futbolunda növbəti qalmaqal baş verib.

Hadisə II Liqanın "Göygöl - "Şəki Siti" qarşılaşmasında (1:2) yaşanıb.

Belə ki, Göygöldə keçirilən matç axıra çatdırılmayıb. Rövşən Rəcəbovun başçılıq etdiyi hakimlər briqadası 83-cü dəqiqədə oyunu dayandırıb.

Buna səbəb ev sahibi olan komandanın onların qərarına sərt və davamlı etirazıdır. Belə ki, göygöllülərin 3 futbolçusu ikinci hissədə qırmızı vərəqə alıb.

Həmçinin baş məşqçi Araz Mansurov texniki zonadan uzaqlaşdırılıb. Narazılığı bitməyən qərb təmsilçisinin oyunçuları "fit sahibləri"nə təzyiq göstəriblər.

Döyüləcəklərindən qorxan "ədalət təmsilçiləri" final fitini səsləndirmədən hakimlər otağının yolunu tutub.

"Göygöl" hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"Oktyabrın 31-də "Göygöl" FK və "Şəki Siti" FK arasında II Liqanın IX turu çərçivəsində keçirilən oyunda xoşagəlməz hadisələr yaşanıb və klubumuz bundan zərər çəkib.

Buna etiraz etdiyimizi bəyan edir, baş verənlərin araşdırılaraq doğru qərarlar veriləcəyinə inamımızı bildiririk.

Qarşılaşmanın 80-ci dəqiqəsində hakimin ədalətsiz qərarına etiraz edən futbolçumuz Vüqar Əşrəfliyə qırmızı vərəqə verilib.

O, meydançanı tərk edərkən hakim Rövşən Rəcəbov onu təhqir edib, idmançının şərəf və ləyaqətini alçaldan ifadələr işlədərək onu konfliktə təhrik edib.
Bundan sonra tərəflər arasında mübahisə başlayıb. Ardından hakim Rövşən Rəcəbov oyun zamanı asayişdən məsul olan polis əməkdaşlarının təhlükəsizliyi təmin edə bilməməsini iddia edərək oyunu yarımçıq saxlayıb.

Ədalət təmsilçisinin qeyri-adekvat hərəkətləri, oyunu yanlış idarə etməsi, daha doğrusu, idarə edə bilməməsi, kobud səhvlərə yol verməsi, öz səriştəsizliyi səbəbindən oyunu yarıda buraxmasını nəzərə alaraq, bu şəxsin cəzalanması və matçın yenidən təşkil olunmasının vacibliyini qeyd edir, bununla bağlı açıq ictimai müraciətimizi bildiririk. Məsələ ilə bağlı AFFA-ya rəsmi yazılı müraciət də ediləcək.

Onu da qeyd edək ki, oyunun əvvəlki dəqiqələrində də hakimin qərəzli qərarlar verməsinin şahidi olurduq.

Onun matçda sarı və qırmızı vərəqələrdən yanlış və qərəzli şəkildə istifadəsindən və vəzifə səlahiyyətlərindən istifadə edərək, Azərbaycan Respublikasının sərhədləri çərçivəsində qadağan edilən mərc platformaları ilə əməkdaşlıq çərçivəsində qeyri-qanuni gəlir əldə etməsindən də şübhələnirik.

Son dövrlərdə Azərbaycan futbolunda aparılan islahatlara kölgə salan belə halların yolverilməz olduğunu, məsələnin AFFA İntizam Komitəsi tərəfindən nəzarətə götürülməsini xahiş edir, ədalətli qərar verəcəyinə inamımızı bildiririk.

"Göygöl" Futbol Klubu daim ədalət tərəfdarı olub, atdığı bütün addımlar zamanı ilk öncə dürüstlük, idman prinsipləri, layiqli oyun nümayiş etdirilməsini istəyib.

Futbolçularımızın bundan öncəki matçlarda da qırmızı vərəqələr aldığı məqamlar olub, bunu təbii qiymətləndirərək heç bir etiraz etməmişik.

Lakin qərəzli halların ardıcıl baş verməsinin üzücü bir tendensiyaya çevrilməsi bizi narahat edir. Məsələ ilə bağlı videofaktlar klubumuz tərəfindən aidiyyəti üzrə təqdim etmək üçün hazırdır.

Sonda heç bir zaman adı qalmaqallarda, hakimlər və ya rəqiblərlə problemlərdə hallanmayan klubumuzun öz şərəfli yolunu əvvəlki kimi davam etdirəcəyini bir daha bildiririk".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 794   Tarix: 01 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?

Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs

2 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA

Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin

2 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr