Bu tarixədək Bakı Metropolitenində yeni TARİFLƏR TƏSDİQLƏNƏCƏK - RƏSMİ

Bu tarixədək Bakı Metropolitenində yeni TARİFLƏR TƏSDİQLƏNƏCƏK - RƏSMİ"Bakı Metropoliteni" QSC-dəki yeniliklər və fəaliyyəti ilə bağlı qurumun sədr müavini Hidayət Məmmədov bir sıra mühüm sualları cavablandırıb.

Sonxeber.az AZƏRTAC-a həmin müsahibəninin bir hissəsini təqdim edir.

Metropoliten artıq bir stansiyada QR bilet ödəmə sisteminin tətbiqinə başlayıb. Tam olaraq nə zaman bütün stansiyalarda yeni tətbiqə keçiləcək?

- Bilirsiniz, hər bir yeni sistem bizim mövcud ödəniş aparatlarımıza, yəni, turniketlərimizə uyğunlaşdırılmalı və ya ona uyğun quraşdırılmalıdır. 2019-cu ildə əsas işlər, demək olar ki, yekunlaşdırılmışdı. 2020-ci ildə iki stansiyada texniki sınaq işləri də uğurla aparılmışdı. Lakin pandemiya dövründə obyektiv səbəblərdən işlər təxirə salındı. Bu isə kifayət qədər texniki araşdırma tələb edir. Burada risk yerüstü və digər nəqliyyat növlərindən daha çoxdur. Təsəvvür edin ki, bizim əsas stansiyalarımıza gün ərzində on minlərlə sərnişin daxil olur. Bir stansiyada bir turniketdə problemin yaşanması yetər ki, böyük narazılıq yaransın. Buna görə bu məsələdə tələskənliyə yol vermək olmaz. Üstəlik, metropolitendə olan turniketlər də bir neçə sistemi əhatə edir və texniki cəhətdən fərqlənir. Bənövşəyi xətdə işlər davam edir, Yaşıl və Qırmızı xətlərdə isə mərhələ ilə bu sistemin tətbiqinə başlamışıq. Tələsməməyimizin əsas səbəbi mümkün texniki natamamlığın olmamasıdır. Təsəvvür edin ki, sərnişini sıx olan stansiyalarda kiçik bir problemin olması yetər ki, sərnişin narazılığı və ümumən, bu sistemə münasibət mənfi olaraq formalaşsın. Şəhər nəqliyyat sistemində bu layihəni həyata keçirən icraçı təşkilat əsas işləri bu il tamamlayacaq. Gələn ilin ilk rübündə bütün stansiyalarda olan ümumən 500-dən artıq turniketdə QR bilet sistemi tam tətbiq olunacaq. Bundan əlavə, artıq digər münasib ödəmə üsullarının tətbiqi də reallıqdır. Gələn il bu istiqamətdə də xəbərləri eşidəcəksiniz. Bunun üzərində fəal iş aparılır.

- Adətən açıqlamalarda bildirilir ki, metropolitendə sərnişinlər üçün tətbiq edilən tarif qurumun xərclərini ödəməyə bəs etmir. Hazırda bir sərnişinin daşınması neçəyə başa gəlir və xərclərin qarşılanması üçün maliyyə vəsaiti necə formalaşır?

- 2023-cü ildə tariflərə də yenidən baxıldı və bir gediş haqqı 40 qəpiyə təyin olundu. Əsasən pandemiya dövrünün təsirləri sözünü dedi. Metropolitenin isə ən əsas gəliri məhz sərnişindaşımadandır. Reklam, müxtəlif kabellərə xidmət, stansiyalarda olan ticarət obyektləri və s. baxımından gəlirlər o qədər də çox deyil. Həm də o da sirr deyil ki, metro üçün məhsullar, avadanlıq, qurğu və sistemlər, əsasən, ölkə xaricində istehsal olunur.

Bunlara rəğmən gördüyümüz yeniliklər və optimallaşma tədbirləri, ən mühüm də sərnişinin sayının artması sayəsində 2018-ci ilin hesabatına əsasən, bir sərnişinin maya dəyəri 51 qəpik idi, 2019-cu ildə 50 qəpiyə salınmışdı. Pandemiya və məhdudiyyətlər 2020-2021-ci illərdə metronun əsas gəlir mənbəyi olan sərnişindaşımaya da mənfi təsir göstərdi. Təsəvvür edin ki, 2019-cu ildə 236 milyondan artıq sərnişin daşıyan metropoliten, 2020-ci ildə cəmi 74 milyon 706,2 min sərnişinə xidmət göstərdi. Sonrakı il rəqəm 90 milyondan bir qədər artıq oldu.

Pandemiya təchizatla bağlı məhsulların da qiymətinə təsir edib. Məsələn, ağac şpalların qiyməti, demək olar, iki dəfə artıb. Doğrudur, pandemiya vaxtı da bir sıra yeniləşmə və optimallaşma işləri, həmçinin mümkün qənaətə nail olundu. Bütün sadaladıqlarım və ən əsası, sərnişin artımı 2022-ci ildə özünü yenidən büruzə verməyə başladı və sərnişindaşımanın maya dəyərinin azalmasına təsir etdi. Bir sərnişinin daşınması 2022-ci ildə 68 qəpik olub. Lakin qeyd edim ki, metropolitenin son iki il üçün maliyyə hesabatı müstəqil auditin yoxlamasındadır. Normativ tələblərə uyğun olaraq, bu rəy alındıqdan sonra hesabatlar dərc olunacaq, bir sərnişinin neçəyə və nə üçün qeyd edilən qiymətə başa gəldiyini hesabatda daha əyani görəcəksiniz.

- Metro stansiyalarında yayımlanan reklamlar xərclərin təxminən neçə faizini əhatə edir?

- Bu barədə qeyd etdim. Sualınız çox maraqlı və doğru qoyulub. İndi deyəcəyim rəqəm isə hər şeyi əyani göstərəcək. 2022-ci ildə metropolitendə olan reklamlardan əldə edilən gəlir bütün gəlirlərin cəmi 3 faizini təşkil edir. Bu isə reklam gəlirlərinin daim qeyd etdiyimiz kimi, metropolitenin sərnişindaşımadan əldə etdiyi gəlirlərlə müqayisədə elə də böyük rəqəm olmadığını bir daha əyani göstərir. Onu da əlavə edim ki, müxtəlif ekspertlər metropolitendə reklam siyasətinin düzgün qurulduğu qənaətindədir.

Reklamın növləri çox ola bilər, lakin onun tətbiqi və səmərəsi arasında bu, özünü əyani göstərməlidir. Bu səbəbdən bazar öyrənilərək ən münasib qiymətlər və texniki imkanlardan istifadə olunur. Son dövrlərdə siz metropolitendə bu istiqamətdə vizual yayım imkanlarından istifadə edilməsinin genişləndiyini də müşahidə edə bilərsiniz. Bu, məhz artan dövrü tələbatla bağlıdır. Ümumən pandemiya məhdudiyyətlərindən sonra metropoliten bu istiqamətdə də müəyyən müsbət tendensiyalar həddinə çatmağa yaxınlaşıb.

- Ümumiyyətlə, metropoliten yaxın müddətdə qiymət artımı ilə bağlı müraciət edibmi, etməyibsə, bunu planlaşdırırmı?

- Bu il sentyabrın 2-də Prezident İlham Əliyev "Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Fərman imzalayıb. Bu sənədlə "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişikliklər edilib. Edilən bir dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir.

Digər dəyişikliyə uyğun olaraq, müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, təsdiq etmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. Fərmanın 9-cu bəndinə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb ki, sənədin 1-8-ci hissələrində nəzərdə tutulan tarifləri və xidmət haqlarını, İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Fərmanda o da qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tariflər və xidmət haqlarını təsdiq edənədək, mövcud tariflər və xidmət haqları hüquqi qüvvəsini saxlayacaq. Qeyd edə bilərəm ki, haqqında söz açdığım Fərmandan irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə aidiyyəti qurumlarla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Bakı Metropoliteni" QSC ilə də gərgin iş aparır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3373   Tarix: 01 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?

Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs

2 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var. "Teleqraf"a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddə

1 oktyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar

Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA

Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin

2 oktyabr
.

Bu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA

Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını

2 oktyabr
.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

1 oktyabr