Coğrafiya İnstitutu havanın isti keçməsinə aydınlıq gətirib
Oktyabr və noyabr ayının əvvəlində havanın isti keçməsi normal haldır.
Sonxeber.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib. O bildirib ki, bu tip təbiət hadisəsi hava kütlələrinin hərəkət xarakterindən asılıdır:
"Bilirik ki, hansısa əraziyə hava kütlələri şimaldan daxil olarsa, orada hava soyuyur, bu hərəkətlilik cənubdan şimala doğru olduğu zaman isə, hansı ay olmasından asılı olmayaraq, havanın qəfil isindiyini müşahidə edirik. Buna görə bəzən nəinki oktyabr, noyabr ayında, eləcə də yanvar, fevral aylarında da havanın qəfil isindiyini görə bilirik. Yəni bu cür hallar havanın hərəkət istiqaməti ilə bağlıdır. Buna təəccüblənmək lazım deyil".
Lokal istiləşmələr barədə danışan Səid Səfərov deyib ki, bu, fyon hadisəsi ilə əlaqədardır:
"Fyon hadisəsi zamanı hava kütlələri hər hansı bir maneəni, məsələn, təpəni və ya dağ silsilələrini aşandan sonra havanın temperaturu artmağa başlayır və bu, güclü küləklə müşayiət olunur. Bu hadisə Bakı şəhəri üçün xarakterik olmasa da, daha çox dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur".
Havanın payız aylarında isti keçməsinin qlobal istiləşmənin təzahürü olub-olmaması barədə sualımızı cavablandıran Səid Səfərov deyib ki, qlobal istiləşmə ümumi bir fondur və bütün dünyada bunun təzahürləri özünü göstərir, lakin bu, bütün aylar üçün eyni deyil:
"Orta statistik rəqəmlərə görə, havanın orta temperaturunun artması mart, avqust və oktyabr ayında daha çox müşahidə olunur. Bu hal bəzən noyabr ayında da müşahidə edilsə də, nəzərəçarpacaq qədər deyil. Məsələn, son 30 ildə Bakı şəhəri üzrə oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına nisbətən artması, təxminən, 1.5 dərəcə olubsa, noyabr ayında bu rəqəm 0-a yaxın olub. Yəni hansısa ay daxilində ayrı-ayrı günlərdə və ya müddətdə havanın temperaturunun bu və ya digər dərəcədə artması və ya azalması qlobal istiləşmə ilə bağlı deyil. Bu, atmosferin ümumi sirkulyasiyası xüsusiyyətləri ilə əlaqədardır, bunu birbaşa qlobal istiləşmə ilə əlaqələndirmək doğru deyil".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1067 Tarix: 01 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dönərxanalarda TƏHLÜKƏ: Toyuq əti ekspertizadan keçirilmir?
Dönərxanalarda istifadə olunan toyuq ətinin təhlükəsizlik və keyfiyyət tələblərinə uyğun olması istehlakçı sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Baytarlıq ekspertizasından keçirilməyən, etiketlənməyən və temperatur rejiminə əməl olunmadan daşınan məhsullar mikrobioloji çirklənmə və qida zəhərlənməs
2 oktyabrZaqatalada zəlzələ oldu
Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib
1 oktyabr92 nəfərin zəhərləndiyi restoran bağlandı - Fotolar
Kürdəmir rayonunda yerləşən "Günəş" restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. "Qafqazinfo" xəbər verir ki, məclisdə istifadə oluna
1 oktyabrBakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd
1 oktyabrXəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA
Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin
2 oktyabrBu şəxslərə əlavə MAAŞ ÖDƏNİLMƏLİDİR - AÇIQLAMA
Əmək müqaviləsi ilə çalışan işçilərin artıq iş saatlarında, istirahət və bayram günlərində, gecə vaxtı, eləcə də ağır və zərərli əmək şəraitində işləməsi zamanı əlavə ödəniş məsələsi əmək qanunvericiliyi ilə tənzimlənir. Bu ödənişlərin düzgün hesablanması və vaxtında verilməsi işçinin əmək hüquqlarını
2 oktyabrLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
1 oktyabr