"Kirayə ev" adı altında vətəndaşları aldadan şəxs saxlanıldı

"Kirayə ev" adı altında vətəndaşları aldadan şəxs saxlanıldıMingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı "kirayə ev" adı altında vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daşınmaz əmlak saytlarında "kirayə ev" adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadan Kürdəmir rayon sakini, 1989-cu il təvəllüdlü Röyal Hüseynov məsuliyyətə cəlb olunub.

Saxlanılan şəxs ifadəsində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə onlayn yolla ilkin ödəniş aldıqdan sonra istifadə etdiyi mobil nömrəni qırıb atdığını bildirib. Araşdırma zamanı müəyyən edilib ki, R.Hüseynov guya kirayə müqaviləsi bağlamaq adı altında zərərçəkmişlərdən şəxsiyyət vəsiqələrinin fotoşəklini tələb edib və iz itirmək məqsədilə həmin şəxsiyyət vəsiqələri ilə özünə yeni mobil nömrələr alaraq dələduzluq əməllərini başqa şəxslərə qarşı da davam etdirib.

Faktla bağlı araşdırma aparılır.

R.Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə DİN-in "102" Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050)793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

DİN vətəndaşları kirayə və yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməməyə çağırır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 806   Tarix: 02 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Zəhərlənən qadın 15 gün sonra öldü

Bakıda zəhərlənən qadın 15 gün sonra ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Aprelin 2-sində sirkə turşusundan zəhərlənən A.Abdunova ötən gün saat 03 radələrində xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır

18 aprel
.

Ən çox iş saatı BU AYDA OLACAQ

Azərbaycanda 2026-cı ilin ən çox iş saatı iyul ayına təsadüf edir. xəbər verir ki, qüvvədə olan əmək qanunvericiliyinə və 2026-cı il üçün istehsalat təqviminə əsasən, iş vaxtı norması aylar üzrə fərqli şəkildə hesablanır. Aparılan hesablamalara görə, beşgünlük iş həftəsi üçün ən yüksək iş saatı məh

19 aprel
.

Sabiq idarə rəisi vəfat etdi

Azərbaycanda sabiq idarə rəisi vəfat edib. -a istinadən xəbər verir ki, Gəncə Şəhər Təhsil İdarəsinin sabiq müdiri Cəlal Fətullayev dünən ölüb. O, uzun müddət sözügedən quruma rəhbərlik edib. İdarənin bazasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi yaradılandan sonra o, öz ərizəsi ilə vəzifəsindən aza

17 aprel
.

Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri açıqlandı - 3 nəfər maksimal bal topladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bu imtahanda iştirakı nəzərdə tutulan 58139 nəfərdən 393 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğ

17 aprel
.

Bu qurumlar birləşdirildi

Gəncə şəhər Psixo-Nevroloji Dispanseri Gəncə şəhər Psixatriya Xəstəxanasının tabeliyinə verilib. Qaynarinfo xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb. Bundan sonra dispanser şöbə kimi fəaliyyət göstərəcək. Artıq işçilərin bir hissəsi Gəncə Psixatriya Xəstəxanasın

18 aprel
.

Bu şəxslərin pensiya və müavinəti avtomatik UZADILDI - RƏSMİ QƏRAR

Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib

19 aprel
.

Kartla ödəniş edənlərə PİS XƏBƏR

Müştərilər kartla ödəniş etdikdə kartı buraxan bank və ödənişi qəbul edən bank arasındakı hesablaşmalara görə xidmət haqqı tətbiq edilir. Sözügedən xidmət haqqı ticarət obyektləri tərəfindən banklara ödənilir. xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib. Mərkəzi Bankın müvafi

18 aprel
.

Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak edib - FOTO

Aprelin 18-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində "Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması" adlı panel iclas təşkil olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasını

18 aprel
.

Kürdəmirə qatarla getmək istəyənlərin DİQQƏTİNƏ

Bu gündən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin istifadəsinə verilib. "Azərbaycan Dəmir Yolları" QSC-dən -a verilən məlumata görə, məqsəd sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsidir. Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı

18 aprel