İcra başçısının Baş Prokurorluğun vəzifə saxtakarlığında ittiham etdiyi məmurla yarım milyonluq "işbirliyi"

İcra başçısının Baş Prokurorluğun vəzifə saxtakarlığında ittiham etdiyi məmurla yarım milyonluq "işbirliyi"Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi "Aztimont" Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 578 616,13 AZN təşkil edən müqavilədə Şirvan şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Aztimont" ASC 20 iyul 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 AZN olan şirkətin hüquqi ünvanı Sabirabad rayonu Qalağayn kəndində yerləşir. ASC-nin qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur.

"Aztimont" ASC 2011-ci ilə qədər "Sabirabad Tikinti-23" ASC adı altında fəaliyyət göstərib. Daha sonra ASC-nin adı dəyişdirilib və şirkət 2021-ci ilə qədər "Azərtikinti-Quraşdırma-Servis-23" ASC adlanıb. 2021-ci ildən isə "Aztimont"a çevrilib.

Şirkətin ilk qanuni təmsilçisi Bağırov Xosrov Məhəmməd olub. Daha sonra onu Şirinov Şöhrət Ağaşirin oğlu əvəzləyib. Ağaşirin Şirinovdan sonra qanuni təmsilçi Allahverdiyev Emin Allahverdi oğlu olub. Emin Allahverdiyevi hazırki qanuni təmsilçi Nəriman Veysəlov əvəzləyib.

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumata rast gəlinmir. ASC-nin qanuni təmsilçiləri olmuş şəxslərlə barədə hər hansı məlumat yoxdur.

Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət tenderlərdə fəal iştirak edir və əsasən iri məbləğli satınalma müsabiqələrinin qlibi seçilir. "Aztimont" ASC-nin hazırda 58 292,74 AZN vergi borcu var. "Dövlət satınalmaları haqqında" Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir. Amma hansısa səbəbdən bu qadağa "Aztimont" ASC üçün keçərli olmayıb.

Mediada gedən məlumatlardan məlum olur ki, ASC cari ilin iyun ayında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin keçirdiyi tenderin qalibi olub. Həmin vaxt da şirkətin vergi borcu olub.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovdur. O, 2019-cu ildən şəhərə rəhbərlik edir.

İlqar Abbasovun 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi isə Pünhan Mənsimovdur. Pünhan Mənsimov bundan əvvəl Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi olub.

2020-ci ildə Pünhan Mənsimov karantin rejimi qaydalarını pozmaqda ittiham edilib. Baş Prokurorluğun yaydığı bu barədə məlumatdan aydın olur ki, Pünhan Mənsimovun vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verdiyinə dair əsaslı şübhələr müəyyən olunub. O, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının əmri ilə işdən azad edilib.

Toplanmış materiallar üzrə Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.

Bu cinayət işindən sonra Pünhan Mənsimovun yenidən icra nümayəndəsi vəzifəsinə necə təyinat alması barədə sualın cavabı açıq qalır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1343   Tarix: 02 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021