Dövlət Agentliyi: "Bu il 25 müəssisənin rentgen kabinetlərinin fəaliyyəti məhdudlaşdırılıb" - MÜSAHİBƏ

Dövlət Agentliyi: "Bu il 25 müəssisənin rentgen kabinetlərinin fəaliyyəti məhdudlaşdırılıb" - MÜSAHİBƏFövqəladə Hallar Nazirliyi (FHN) vaxtaşırı olaraq tibb müəssisələrində nüvə və radioloji təhlükəsizliyin təmin olunması məqsədilə yoxlamalar keçirir.

Bununla bağlı FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov APA-ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Tibb müəssisələrində rentgen aparatlarının istismara yararlı olub-olmamasına, təhlükəsizliyin təmin olunmasına dair yoxlamaların aparılması Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən hansı formada həyata keçirilir?

- Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən tibb müəssisələrində aparılan yoxlamalar zamanı, ilk növbədə, həmin müəssisələrdə radiasiya təhlükəsizliyinə dair tələblərə riayət olunmasına nəzarət edilir. Bu tələblərin biri də rentgen aparatlarının istismara yararlı olmasıdır. Lakin onların istismara yararlı olduğuna dair müvafiq sənəd bu sahədə akkreditasiyası olan təşkilatlar tərəfindən verilir.

- Yoxlamalar Agentlik tərəfindən birbaşa həyata keçirilə bilər, yoxsa bunun üçün tibb müəssisələri rəhbərləri və ya vətəndaşlar tərəfindən müraciət olunmalıdır?

- Agentlik tərəfindən keçirilən yoxlamalar planlı və plandankənar şəkildə aparılır. Planlı yoxlamaların siyahısı ilin əvvəlində hazırlanır və lazımi hallarda il ərzində bu plana dəyişikliklər edilə bilər. Plandankənar yoxlamalar müəssisə barədə daxil olmuş məlumatlar, vətəndaşlar və ya müəssisə tərəfindən edilmiş müraciətlər əsasında həyata keçirilir.

- Planlı yoxlamalar olursa, bu, nə qədər müddətdən bir həyata keçirilir?

- Planlı yoxlamaların dövriliyi müəssisənin hansı risk qrupuna aid edildiyindən asılıdır. Belə ki, yüksək risk qrupuna aid edilən müəssisələrdə ildə bir dəfə, orta risk qrupuna aid edilən müəssisələrdə iki ildə bir dəfə, kiçik risk qrupuna aid edilən müəssisələrdə üç ildə bir dəfə yoxlamalar keçirilir.

- Xüsusi icazə Agentlik tərəfindən nə qədər müddətə verilir? Bununla bağlı standartlardakı tələblər nədir?

- "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı" (yəni rentgen aparatlarının istismarı) fəaliyyət növünə xüsusi icazənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İonlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə xüsusi icazə verilməsi Qaydaları"nın, "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantı anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılmasına xüsusi icazə verilməsi Qaydaları"nın, "İonlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantı anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasına xüsusi icazə verilməsi Qaydaları"nın və "Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlərə xüsusi icazə verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında 12 aprel 2004-cü il tarixli 42 nömrəli Qərarı ilə tənzimlənir.

Xüsusi icazənin alınması üçün sözügedən Qərarda göstərilən tələblərə uyğun olaraq sənədlər təqdim edildiyi halda 7-15 gün ərzində icazə sənədləri verilir.
Xüsusi icazənin qüvvədə olma müddəti üç ildir. Eyni zamanda, qeyd edirik ki, "Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası"nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 134 nömrəli Qərarına əsasən müəssisə və təşkilatlar radioloji-gigiyenik pasportunun aparılması üçün hər il Agentliyə müraciət edərək müvafiq sənədlər təqdim etməlidir.

- 2023-cü ildə indiyə qədər neçə tibb müəssisəsindəki rentgen aparatlarında nöqsan aşkar edilib, nəçəsinin fəaliyyəti dayandırılıb və neçəsinin bundan sonra fəaliyyəti bərpa edilib?

- 2023-cü il ərzində radiasiya təhlükəsizliyinə dair tələblərə cavab verməyən 25 müəssisənin rentgen kabinetlərinin fəaliyyəti məhdudlaşdırılıb. Buna yerləşdirilməsi düzgün aparılmamış, sahələri və qoruyucu təbəqələri qaydaların tələblərinə cavab verməyən rentgen-prosedura otaqları aiddir.

Eyni zamanda, bəzi müəssisələr tərəfindən Agentliyə xüsusi icazənin alınmasına qədər rentgen aparatlarının fəaliyyətinin məhdudlaşdırılmasına dair müraciətlər daxil olub. Lazımi sənədlər əldə edildikdən sonra bu kimi müəssisələrin rentgenoloji fəaliyyəti bərpa edilib.

Hazırda rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılmış müəssisələrin üçündə nöqsanlar aradan qaldırıldığı üçün fəaliyyəti bərpa edilib.

25 müəssisədən biri xüsusi icazə sənədlərini alıb.

- Nöqsan aşkar edildikdən sonra yenidən icazənin verilməsi hansı formada həyata keçirilir?

- Müəssisə tərəfindən yoxlama zamanı aşkar edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq normativ aktlarda nəzərdə tutulmuş qaydalara uyğun olaraq icazənin alınması üçün sənədlər təqdim edilir.

- Qarşıda hansı tibb müəssisələrində rentgen avadanlıqlarının istismarı zamanı radiasiya təhlükəsizliyinin təmin olunmasına dair yoxlamalar həyata keçirilməsi gözlənilir? Agentliyə müraciət olubmu?

- Müəssisələrin risk qruplarına bölgüsünə uyğun olaraq növbəti il üçün yoxlama planı tərtib edilir. Eyni zamanda, yeni yaranan və ya xüsusi icazə sənədləri yeniləyən müəssisələrdən radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi və müvafiq metodiki köməkliyin göstərilməsi barədə müraciətlər daxil olduqda agentliyin mütəxəssisləri lazımi hallarda yerlərdə baxışlar və yoxlamalar keçirirlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 648   Tarix: 04 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
406409_1790855066m.jpg" src="" alt="." />

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Son xəbərlər

Unvan.az elanlar sayti
vipemlak.az
turlar.az