Vergidən yayınmanın yeni metodu: "Alıcı pulu ödəyir, satıcı isə..." - ARAŞDIRMA

Vergidən yayınmanın yeni metodu: "Alıcı pulu ödəyir, satıcı isə..." - ARAŞDIRMASon zamanlar ictimai iaşə obyektlərində, mağazalarda ödənişin post-terminalla deyil, kartdan karta köçürülmə vasitəsilə tələb edilməsi halları ilə rastlaşırıq. Mütəxəssislər bu tələbin qanunvericiliyə zidd olduğunu bildirirlər.

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Hər birimizin bank kartları ilə bağlı ən sevdiyimiz üsul "card to card" əməliyyatıdır. Plastik kart əldə etdikdə, ilk maraqlandığımız nüans "kəşbek"in miqdarı və kartdan karta köçürmələr zamanı nə qədər pulun tutulmasıdır. Elə bu sevgimizi bilən banklar da daim bunlarla bağlı kampaniyalar edir, müştərilərini bu üsulla cəlb edirlər. Təsadüfi deyil ki, Vençur fondunun rəhbəri Məmməd Kərim də "card to card" əməliyyatlarının Azərbaycanda fenomenə çevrildiyini bildirib. Şirkət rəsmisinin sözlərinə görə, ölkəmizdə bu əməliyyatların həcmi milyardlara bərabərdir. Maraqlıdır, nə üçün bu əməliyyatlar ölkədə fenomenə çevrilib? Əhali "card to card" əməliyyatından daha çox harada istifadə edir?

"Card to card" əməliyyatlarından istifadə normadan artıqdır"

İqtisadçı Pünhan Musayev "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, əhalinin bank kartlarına marağı artan sürətlə davam edir. İstifadəçi sayı çoxdur və onlar da ən minimal ödənişlərini belə, kart vasitəsilə edirlər: "Əvvəlki illərə nisbətən kart əməliyyatları, insanların kart sisteminə yaxınlığı artıb. "Card to card" əməliyyatlarından istifadə normadan artıqdır. Səbəbləri müxtəlif ola bilər. Məsələn, ehtimallardan biri odur ki, restoran, kafe və ya mağazada pos-terminal olmadıqda, ödənişi kartdan karta köçürmə vasitəsilə edirik".

Tələbələrə pul əvvəl poçtla göndərilirdi, indi isə...

Mütəxəssis deyir ki, "card to card" əməliyyatları valideyn və tələbələr arasında da çox istifadə olunur: "İkinci səbəb əksər ali təhsil müəssisələrinin Bakıda yerləşməsi və burada regiondan gələn minlərlə tələbə kontingentinin təhsil alması ilə izah oluna bilər. Hansı ki, əvvəllər valideynlər övladlarına ay ərzində göndərdikləri pulu poçtla çatdırırdılarsa, hazırda bu, "card to card" yolu ilə həyata keçirilir".

Borclar və nisyələr kartla ödənir?

Üçüncü səbəb isə əhalinin borclanması və paytaxtla region arasındakı disbalansla bağlı ola bilər. Həmsöhbətimiz qeyd edir ki, nağd vəsaitlərdən necə istifadə edilirdisə, indi "card to card" onu əvəzləyir. Üstəlik, bəzi kartlarda heç bir faiz tutulmaması insanların işini daha da rahatlaşdırır: "Regionlarda əhalinin gəlirliliyi arzuolunan səviyyədə deyil. Bəzən borc pul alır, bəzən də nisyə mal almağa üstünlük verirlər. Nisyə ödənişlər əksər vaxtlarda kartdan karta köçürülmələrlə ödənir. Yaxud kiminsə kiməsə borcu varsa, borcunu görüşüb vermir, kartına göndərir. Bundan əlavə, region sakinlərinin paytaxtdan aldıqları xidmətlər də var. Məsələn, pandemiyadan sonra onlayn kurslar kifayət qədər məşhurlaşıb. Təbii ki, onların da ödənişləri "card to card" ilə edilə bilər. Bu da əməliyyatlar üzrə həcmin artmasına gətirib çıxaran faktorlardandır".

"Ödənişi karta göndərə bilərsiniz?"
Maraqlıdır, "card to card" əməliyyatlarının məşhurlaşması vergidən yayınma hallarını stimullaşdırırmı? Məlumdur ki, hökumət son zamanlar kölgə iqtisadiyyatının aradan qaldırılıb minimuma endirilməsi, dövriyyənin "ağardılması" üçün ciddi siyasət aparır. Bunun üçün müxtəlif üsullardan istifadə edilir. Qanunvericilik bazası təkmilləşdirilir, layihələr, tədbirlər həyata keçirilir, sərt qanunlar qəbul edilir. Yaxud vergi ödəyicilərinə nağdsız dövriyyələr nə qədər çox olarsa, o qədər vergi güzəştləri edilir. Həmçinin "ƏDV geri al" kimi layihələrlə nağdsız ödənişlər stimullaşdırılır. Nəticədə ölkədə əməliyyatların əksəriyyəti plastik kartlarla edilir, nağd puldan istifadə getdikcə azalır.

Bu tələb qanunvericiliyə ziddir

Vergi mütəxəssisi Anar Bayramov deyir ki, aparılan "ağartma" siyasətinin nəticəsində bəzi sahibkarlar vergidən yayınmaq üçün alternativ yollara əl atırlar. Post-terminalların çalışmaması əsas istiqamətdir. Onun sözlərinə görə, ictimai iaşə obyektlərində, mağazalarda ödənişin post-terminalla deyil, kartdan karta köçürülmə vasitəsilə tələb edilməsi qanunvericiliyə ziddir: "Son zamanlar ictimai-iaşə, xidmət, hətta ticarət sahəsində belə, post-terminalla ödəniş etmək istədiyinizi qeyd etdikdə, sizə onun xarab olması barədə məlumat verilir. Dərhal "ödənişi karta göndərə bilərsiniz", - deyə çıxış yolu təklif edilir. Halbuki post-terminal nasaz olduqda belə, dərhal nasazlığın aradan qaldırılması üçün addımlar atılmalıdır. Qanunvericilikdə nəzərdə tutulub ki, vergi ödəyicisi əhalidən ödəniş qəbul edərkən kassa çeki, qəbz təqdim etməlidir. Olmadığı təqdirdə onu cərimə, maliyyə sanksiyası gözləyir".

"Card to card" əməliyyatında vergidən yayınma

Burada sual oluna bilər ki, axı kartdan karta əməliyyat edərkən qəbz təqdim olunur. Bəs bu zaman vergi ödəyicisi vergidən necə yayınır?

Mütəxəssis bildirir ki, əgər bütün ödənişlər post-terminal vasitəsilə olarsa, vergi ödəyicilərinin real dövriyyələri əks olunur. Hətta nağd ödənişdə belə, əgər kassa çeki təqdim olunursa, problem yaranmamalıdır: "Lakin təcrübədə var ki, vergi ödəyiciləri kassaların yaddaşını silir, kassa çeklərini ləğv edir və dövriyyəni gizlədirlər. Amma post-terminalla ödəniş etdikdə, onlar həmin satış məlumatını yaddaşdan silə bilmirlər. Çünki pul artıq satıcının bank hesabına oturur. Hətta bu gün həmin dövriyyəni gizlətsə, kassa çekini ləğv etsə belə, vergi orqanı tərəfindən aparılan yoxlamalar zamanı həmin bank məlumatları əldə edilir və real dövriyyə dəqiqləşdirilir. "Card to card" əməliyyatında qəbz təqdim edilsə belə, bu, nağd ödəniş kimi sayılır".

"Alıcı pulu ödəyir, satıcı isə deyir ki, pul çatmayıb"

Həmsöhbətimizin fikrincə, "card to card" əməliyyatlarında vətəndaş çətin vəziyyətdə qala bilər: "Restoranlarda, yaxud ticarət mərkəzlərində bu ödəniş növünün fəsadları ilə tez-tez rastlaşırıq. Məsələn, alıcı, yaxud istifadəçi kartdan karta köçürmə etdikdə, pul onun hesabından çıxır, lakin bir çox hallarda satıcının hesabına köçmür. Burada texniki səbəb də ola bilər. Yaxud rəqəmi səhv yazanda başqasının hesabına da otura bilər. Bu zaman ciddi problemlər yaranır. Alıcı pulu ödəyir, satıcı isə deyir ki, pul çatmayıb".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 827   Tarix: 04 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İkinci təhsilə maraq ARTIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlərdə ikinci ali təhsil almaq istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar karyera istiqamətini dəyişmək, yeni ixtisas əldə etmək və əmək bazarında daha geniş imkanlar qazanmaq üçün ikinci dəfə ali təhsil almağa üstünlük verirlər. Əmək bazarında yeni ixtisaslara və bacarıqlara tələbatı

2 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA

Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy

1 oktyabr
.

Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Gücl

2 oktyabr
.

Zaqatalada zəlzələ oldu

Zaqatalada zəlzələ olub. APA-nın yerli bürosu xəbər verir ki, yeraltı təkan saat 14:52-də qeydə alınıb. Zəlzələ hiss edilib

1 oktyabr
.

Torpağın qiyməti mənzili geridə qoydu - Bakıda nə baş verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bakıda daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində artım diqqət çəkir. Azərbaycan Qiymətləndiricilər Palatasının iyul ayı üzrə məlumatında torpaq seqmentində baza ilə müqayisədə 22,8 faizlik artım qeydə alınıb. Bu dinamika mənzil bazarındakı bahalaşma ilə müqayisədə daha yüksək göstərici kim

1 oktyabr
.

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır. Qaynarinfo -a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeyd

1 oktyabr
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

1 oktyabr
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

1 oktyabr
406409_1790855066m.jpg" src="" alt="." />

Kəndli ucuz satır, marketdə od qiymətinə: Məhsulun qiymətini kim müəyyənləşdirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Kənd təsərrüfatında illərdir həllini gözləyən problemlərdən biri də fermerin yetişdirdiyi məhsulu saxlaya və bazara birbaşa çıxara bilməməsidir. Xüsusilə meyvə-tərəvəz istehsal edən kəndlilər soyuducu anbarların çatışmazlığı səbəbindən məhsullarını uzun müddət saxlaya bilmir, tez xarab olan məhsulu aşağ

1 oktyabr
.

Son xəbərlər

Unvan.az elanlar sayti
vipemlak.az
turlar.az