İranda həbs edilən Fərid Səfərlinin anası: "Ümidimiz var"
Bir neçə gün öncə İranda casusluq ittihamı ilə 2 il həbs cəzası verilmiş Fərid Səfərli ilə bağlı hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb. İranın yuxarı instansiya məhkəməsi şikayəti təmin etməyib. Qərara əsasən, F.Səfərli barəsindəki hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Fərid Səfərlinin anası Dilarə Əsgərova Modern.az-a bildirib ki, oğlu barəsində məhkəmənin qərarı olduğu kimi qalır, nəsə yenilik yoxdur.
D.Əsgərova iki şeyə ümidli olduğunu bildirib:
"İranda əfvlər tez-tez olur. Ola bilsin ki, əfvə düşsün. Buna ümidimiz var. Bir də Azərbaycan Xarici İşlər Nazirliyi İranla Fəridlə bağlı danışıqlar aparır. Buna ümidim böyükdür ki, nəsə razılıq əldə oluna bilər".
Dilarə Əsgərova oğlu ilə hər gün danışdığını vurğulayıb.
"Təbrizdəki konsulluğumuz hər gün oğlumla məni danışdırır. Saxlanma şəraitinin normal olduğunu deyir. Lakin hər halda olduğu yer həbsxanadır, azadlığı üçün darıxır", - deyə Dilarə Əsgərova qeyd edib.
Xatırladaq ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuyan iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb