Qarabağ Dirçəliş Fondu və "Azərlotereya" "Hər şey Qarabağ üçün" şüarı altında birgə layihəyə start verdilər
Qarabağ Dirçəliş Fondu (QDF) və "Azərlotereya" ASC-nin təşkilatçılığı ilə "Hər şey Qarabağ üçün" şüarı altında yeni layihəyə start verilib.
Layihənin təqdimatına həsr olunan tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, millət vəkili, Fondun Müşahidə Şurasının üzvü Fatma Yıldırım, Xalq artisti, Fondun Müşahidə Şurasının üzvü Alim Qasımov, "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, eləcə də QDF-nin donorları və partnyorları, televiziya və radio rəhbərləri, dövlət qurumlarının əməkdaşları və media nümayəndələri iştirak ediblər.
İlk olaraq adıçəkilən qurumlar arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində işğaldan azad edilən ərazilərin bərpasına və dirçəlişinə dəstək olmaq üçün birgə layihələrin həyata keçirilməsi, iki qurum arasında əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Tədbirin əvvəlində Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə təməlini qoyduğu və açılışını etdiyi obyektlərə, ümumilikdə həmin ərazilərdə aparılan bərpa və quruculuq işlərinə həsr olunan videoçarx nümayiş etdirilib.
Daha sonra layihəyə həsr edilən "Nə şanslıyam?!" adlı videoçarx və www.forkarabakh.az saytının təqdimatı nümayiş olunub.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək Fondun işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi layihələrin icrasında donorların dəstəyinin əhəmiyyətini vurğulayıb və Fondla yaxından əməkdaşlıq edən bütün donorlara təşəkkürünü bildirib.
İdarə Heyətinin sədri bildirib ki, uzun müddət ərzində davam edəcək layihənin məqsədi işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə dəstək vermək üçün ölkəmizdə insanlar arasında ianəçilik mədəniyyətinin təşviqi, daha çox insanın bu prosesə cəlb olunmasıdır:
"Layihə çərçivəsində "Azərlotereya" ASC tərəfindən keçirilən tirajlı lotereya ("Meqa 5/36", "4+4" və "Super Keno") biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. Belə ki, tirajlı lotereya bileti alan hər kəs bu xeyriyyə kampaniyasının iştirakçısı kimi yalnız uduş əldə etmək imkanı qazanmayacaq, həm də işğaldan azad edilən ərazilərin, doğma Qarabağımızın bərpasına dəstək olacaq. Dünyada bu cür təcrübələr kifayət qədər çoxdur. İstəyərdik ki, bu ənənə ölkəmizdə də geniş yayılsın və daha çox insan Qarabağın bərpasına töhfə versin".
"Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş da "Hər şey Qarabağ üçün" layihəsinin həmrəyliyimizin bariz nümunəsi olduğunu vurğulayıb.
"Nə şanslıyıq ki, Qarabağımızı birgə dirçəldirik" deyən Osman Karakuş da kampaniyanı yüksək qiymətləndirərək bu şanlı yolda vətəndaşlarımızı Fonda dəstək olmağa çağırıb. O, "Azərlotereya"nın bu amal uğrunda hər zaman çalışacağına və tezliklə Qarabağın ən inkişaf etmiş regionlar sırasında olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, "Hər şey Qarabağ üçün" layihəsi çərçivəsində ilk lotereyanın tirajı 8 noyabr - Zəfər Gününə təsadüf edəcək.
Kampaniya barədə daha ətraflı məlumatı forkarabakh.az saytından əldə edə bilərsiniz.







Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA