"Bugünkü möhtəşəm zəfəri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Müzəffər Ordusuna təşəkkür edirəm" - Emil Əkbərov
"Bu gün həm Şuşanın şəhərinin işğaldan azad olunmasını, həm də Zəfər gününü qeyd edirik".
Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov deyib.
Emil Əkbərov qeyd edib ki, artıq 3 ildir ki, Şuşa şəhəri Azərbaycanın Müzəffər Ordusu tərəfindən düşmən işğalından azad edilib:
"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbə ilə bizi 30 ildən sonra tarixi torpaqlarımızı qovuşdurdu. Hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsində də Azərbaycan xalqı müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək gücünü və nə nail olduğunu bütün dünyaya göstərdi. 44 gün ərzində cənab prezident İlham Əliyev tək döyüş meydanında deyil, həm də diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoyaraq informasiya müharibəsində Azərbaycan xalqının haqq səsini bütün dünyaya çatdırdı. Tək Vətən müharibəsi zamanı deyil, ondan sonrakı dövrdə də Ali Baş Komandan İlham Əliyev böyük əzmlə bütün təzyiqlərə sinə gələrək Azərbaycan xalqının liderinə çevrildi".
Emil Əkbərov vurğulayıb ki, Azərbaycanın Müzəffər Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə Ermənistanı kaputilyasiyası aktını imzalamağa məcbur etdik:
"Şuşa döyüşündə Azərbaycanın mərd oğulları dünyaya sübut etdi ki, döyüş meydanında tək tanklarla, toplarla deyil, ağılla və 30 il ərzində ürəkdə böyüyən vətən sevgisi ilə də möhtəşəm zəfərə nail olmaq olar. 44 günlük Vətən müharibəsi, xüsusilə ilə də Şuşa qalasının alınması əməliyyatı ordumuzun peşəkarlığını, hərbçilərimizin mırdliyini və qəhrəmanlığını bütün dünyaya göstərdi. Azərbaycan əsgəri cəmi 44 günə düşməninin 30 il ərzində qurduğu istehkamları darmadağın etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycanın Müzəffər Ordusu sübuta yetirdi ki, bir qarış torpağını belə heç kəsə güzəştə gedən deyil. Artıq 30 ilə yaxındır ki, həsrətində olduğumuz şəhərlərə, rayon və qəsəbələrdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Xalqımız tarixi torpaqlarına qovuşub. Soydaşımız 30 ilə yaxındır ki, həsrətində olduğu doğma yurdlarına geri qayıdırlar. Bizə bu möhtəşəm zəfəri yaşadan Ali Baş Komandan İlham Əliyevə, Azərbaycanın igid oğullarına təşəkkür edir, ərazi bütövlüyümüzü uğrunda canlarından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyirəm".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Röya, Natavan və Elnur bir arada - Foto
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
Bakının bu rayonunda su olmayacaq
Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"
15 gün əvvəl təyin olunmuşdu, vəzifəsindən ayrıldı
Elektronika mağazalarına rəsmi zəmanət öhdəliyi qoyula bilərmi? - VƏKİLDƏN AÇIQLAMA