Üzərinə şəhid qoxusunu hopduran məkandan REPORTAJ + FOTO

Üzərinə şəhid qoxusunu hopduran məkandan REPORTAJ + FOTOBura Vətən Müharibəsi Fondudur.

O fond ki, Azərbaycanın Milli Qəhrəmanları - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, polkovnik Şükür Həmidov və digər şəhidlərimizin izlərini yaşadır.

Belə ki, Azərbaycanın Milli Qəhrəmanlarına və Azərbaycanın bütövlüyü uğrunda qanından, canından keçən şəhidlərimizə məxsus əşyalar və fotolar burada mühafizə olunur.

Oxu.Az-ın əməkdaşları Milli Azərbaycan Tarixi Muzeyində yerləşən Vətən Müharibəsi Fondunda saxlanılan əşyalarla tanış olmaq üçün muzeyə yollanıblar.

2020-ci ildən başlayaraq torpaqlarımız mənfur düşməndən azad edildi. Ordumuz bu müharibədə rəşadət göstərərək torpaqlarımızı düşməndən azad edib. Təbii ki, itkisiz qələbə olmur. Gedən döyüşlər zamanı şəhidlər verdik.

Qəhrəman övladlarımızın əşyalarını saxlamaq və gələcək nəslə göstərmək üçün 2021-ci ilin yanvar ayında Vətən Müharibəsi Fondu təsis edilib.

Vətən Müharibəsi Fondunun müdiri Şəfa Mövsümov deyir ki, elə həmin il muzeyin müxtəlif şöbə və fondlarının əməkdaşları sosial şəbəkələr vasitəsi ilə müraciət yayaraq fonda materialların toplanılmasına başlayıblar:

"Əməkdaşlarımız ölkəmizin müxtəlif bölgələrindən olan şəhidlərimizə aid şəxsi əşyaların, hərbi geyimlərin, sənədlərin, fotoların və sairin toplanması işinə başladılar. Bizim fonda daxil olan materialların arasında Birinci Qarabağ müharibəsi, 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsinə aid materiallar yer alıb".

Öyrənirik ki, fonda daxil olan materiallar arasında Vətən müharibəsində xüsusi xidmətləri olan müvafiq dövlət qurumlarına aid nümunələr də vardır.

Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Ərazilərinin Minalardan Təmizləmə Agentliyi (ANAMA) və Müdafiə Sənayesi Nazirliyinin şəxsi heyətlərinin geyim növləri və ləvazimatlarının nümunələri, tədris və ideoloji vəsaitləri də Vətən Müharibəsi Fondunda daim mühafizə edilir.

Fondun müdiri deyir ki, hərbi geyimlər ayrıca geyim dolablarından asılır:

"Fotoşəkillər və sənədlər isə qovluqlarda mühafizə edilir. Bundan başqa, fondun materialları inventarlaşdırılır və qeydiyyat kitabına salınır. Bununla da həmin materiallar daimi mühafizəyə təqdim edilir. Fondun yaradılmasında əsas məqsəd Vətən müharibəsində şəhid olmuş həmvətənlərimizə məxsus əşyalar, sənədlər və materiallar əsasında sərgilərin təşkili, həmin materialların daimi mühafizəsi, onların elmi tədqiqat proseslərinə cəlb edilməsi və nəşrlərin hazırlanmasıdır.

Fond materialları əsasında gələcəkdə sənədli filmlərin və televiziya verilişlərinin çəkilişi də mümkündür. Fondun materiallarının gələcək sərgilərdə nümayiş etdirilməsi hərb tariximizlə yanaşı, şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi baxımından da əhəmiyyətlidir. Müxtəlif dövri mətbuat səhifələrində şanlı qələbəmizin təbliğatı istiqamətində Vətən Müharibəsi Fondunun özünəməxsus rol oynayacağı şübhəsizdir".

Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun geyimləri üçün guşə yaradılıb. Orada geyimi, əşyaları, aksesuarları nümayiş olunur.

Ş.Mövsümov deyir ki, hazırda Vətən Müharibəsi Fondunda 335 şəhid və qaziyə məxsus 3 279 ədəd inventar qorunur:

"Bunlar fondun əməkdaşları tərəfindən xüsusi proqram vasitəsilə pasportlaşdırılır. Həmçinin, fond materialları əsasında mütəmadi olaraq muzeyin saytında informasiya xarakterli yazılar gedir. Vətən müharibəsi tədqiqatçıları fonda müraciət etməklə elmi tədqiqat işləri də aparırlar. Artıq fond kolleksiyasına istinadən müxtəlif yerli və xarici konfranslarda elmi məruzələr edilib, müxtəlif toplularda məqalələr dərc olunub".

Vətən Müharibəsi Fondunun materialları əsasında 2021-ci ilin mayından 2022-ci ilin fevralınadək "Anadır arzulara hər zaman Qarabağ" adlı sərgi təşkil edilib. Həmin sərgidə ümumilikdə 205 şəhidin və 10 qazinin şəxsi əşyaları nümayiş etdirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2076   Tarix: 08 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib. Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyü

2 oktyabr
.

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)

Bakının Səbail rayonunda yataqxana tipli köhnə binalar söküləcək. Qaynarinfo xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq. Uzun müddətdir bu xəbəri gözləyən sakinlə

2 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

21 yaşlı Ayselin ölümünə səbəb olan həkimə bu cəza verildi

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət başa çatıb. "Qafqazinfo" xəbər verir ki, xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu 1961-ci il təvəllüdlü Elmira Əsgərovaya hökm oxunub

1 oktyabr
.

20 ildən sonra ARB-dən çıxarılır

"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı

1 oktyabr
.

MTK-ların "kvadrat oyunu": Vətəndaşa satılan mənzilin sahəsi necə şişirdilir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

MTK-ların mənzil satışında kvadratmetr hesablaması vətəndaşların ciddi narazılığına səbəb olan məsələlərdəndir. Mənzilin sahəsinə dəhliz, divarların tutduğu hissə və digər sahələr daxil edilərək alıcıya daha böyük kvadrat satılır, nəticədə vətəndaş faktiki istifadə edə bilmədiyi sahənin pulunu da ödəyir

2 oktyabr
.

Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 2-də axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, gecəyə doğru yağışın leysan xarakterli olacağı ehtimalı var. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabi

1 oktyabr
.

Xəbərdarlıq müddəti gözlənilmədən işçini işdən azad etmək qanunidir? - AÇIQLAMA

Ştat ixtisarı və ya işçilərin sayının azaldılması zamanı əmək müqaviləsinə xitam verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl olunması tələb olunur. Lakin bəzi hallarda işçinin razılığı və ya qanunda nəzərdə tutulan digər əsaslar olduqda bu müddət gözlənilmədən əmək müqaviləsin

2 oktyabr
.

Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsi və alternativ xidmət modellərinin tətbiqi ordunun komplektləşdirilməsi baxımından yeni imkanlar yarada bilər. Belə bir keçidin mərhələli şəkildə həyata keçirilməsi üçün həm ordunun kadr ehtiyacları, həm də xidmət modellərinin hüquqi və praktik

1 oktyabr