Ərdoğan: "Avropa İttifaqı Türkiyənin qapısını çox döyəcək"
"Avropa İttifaqı Türkiyənin qapısını çox döyəcək".
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Ali Mədəniyyət, Dil və Tarix Qurumunun Beştəpə Millət Konqresi və Mədəniyyət Mərkəzində təşkil etdiyi Mustafa Kamal Atatürkü anma tədbirindəki çıxışında bildirib.
Onun sözlərinə görə, Türkiyə onlarla hücumun qarşısını almış bir ölkədir: "Gələcəyimizi, müstəqilliyimizi hədəfə alan daxili və xarici ssenariləri, çirkin ittifaqları bir-bir üzə çıxardıq".
Ərdoğan deyib ki, ölkənin əsas infrastruktur ehtiyaclarını ödəyiblər: "Biz hər sahədə çox yaxşı səviyyədəyik. PKK-dan FETÖ-yə qədər terror təşkilatlarını fəaliyyət göstərə bilməyəcək hala gətirmişik".
Xatırladaq ki, Türkiyə Cümhuriyyətinin qurucusu və əbədi lideri Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya Muzeyindən Anıtqəbirə köçürülüb. Hər il noyabrın 10-u Atatürkü anım günü olaraq qeyd edilir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 873 Tarix: 10 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabr